Üçüncü fəsil “Alınma pedaqoji terminlərin struktur və leksik-semantik təhlili” adlanır




Download 68,01 Kb.
bet13/16
Sana24.07.2021
Hajmi68,01 Kb.
#15967
1   ...   8   9   10   11   12   13   14   15   16
Üçüncü fəsil “Alınma pedaqoji terminlərin struktur və leksik-semantik təhlili” adlanır. Bu fəsildə Azərbaycan dilində alınma pedaqoji terminlərin struktur-semantik xüsusiyyətləri, mənşəyi və yaranma mənbələri araşdırılmışdır. Hazırda Azərbaycan təhsil, təlim və tərbiyə sistemi dünyanın mütərəqqi təhsil və tərbiyə sistemlərinə uyğunlaşma dövrünü yaşayır. Nəticədə pedaqoji ədəbiyyat da yeniləşir, sahənin terminoloji bazası da dəyişərək həm yeniləşir, həm də zənginləşir. Azərbaycanın inqilabdan əvvəlki dövr təlim-tərbiyə və təhsil sistemi daha çox dinə söykənmişdir. Ona görə də, bu dövrdə dinin və Quranın oxunmasının öyrədilməsi, ərəb və fars dillərinin tədrisi prosesləri aparıcı olmuşdur. Məktəb, əsasən, mollaxana, müəllim isə molla idi. SSRİ yaranması, savadsızlığın kütləvi ləğvi ilə bağlı qərarların qəbul edilməsi, məcburi təhsil sisteminə keçid, şübhəsiz ki, pedaqoji sahədə sıçrayışlı dəyişmələrə səbəb oldu. Pedaqoji sahədə bir çox ərəb mənşəli terminlər arxaikləşmiş, yeni terminlər yaranmışdır. Məsələn, çərəkə, mollaxana, höccə, höccələmə, əbcəd, fələqqə, nəsihətnamə, darülfun kimi terminlər müasir pedaqogika üçün arxaikləşmişdir. Bir zaman arxaikləşmiş lisey, gimnaziya terminləri isə yenidən elmi dövriyyəyə qayıtmışdır.

Azərbaycan dilinin pedaqoji terminologiyasının formalaşması dövründə məktəblərin yaranması və pedaqoji fəaliyyətin ilk inkişaf dövründə Azərbaycan dilinin leksikasında ərəb-fars mənşəli alınmalar üstünlük təşkil etmişdir. Ona görə də Azərbaycan dilinin pedaqogika terminologiyasındakı ilkin terminlərin əksəriy­yəti ərəb-fars mənşəlidir. Məsələn, təlim, tərbiyə, təhsil, məktəb, ibtidai məktəb, ibtidai təhsil, ali məktəb, ali təhsil, müəllim, şagird, dərs, dərsin təşkili, təkrar, əzbər, imla, ifadə, inşa və s. Müasir Azərbaycan dilinin pedaqoji terminologiyasında rus dilində alınmalar və Avropa dillərindən alınmalar da xeyli saydadır. Beləliklə, müasir Azərbaycan dilində pedaqoji terminləri mənşəyinə görə aşağıdakı kimi təsnif etmək mümkündür: 1) mənşəcə dilin özünə aid pedaqoji terminlər; 2) ərəb-fars mənşəli pedaqoji terminlər; 3) rus mənşəli pedaqoji terminlər; 4) Avropa mənşəli pedaqoji terminlər. Pedaqojı terminləri struktur cəhətdən aşağıdakı qruplara ayırmaq olar: 1) birkomponentli: məktəb, təlim, təhsil, varislik; 2) ikikomponentli: təlimin mərhələləri, təhsilin məzmunu, məktəb təlimi; 3) üçkomponentli: məktəb təliminin mərhələləri, təhsilin məzmununun varisliyi. Beləliklə, aydın olur ki, terminləri komponentlərin sayına görə təsnifat həm pedaqogika terminologiyasındakı terminoloji birləşmələri tədqiq etmək, həm də pedaqogika terminlərinin nizama salınması və unifikasiyası üçün əhəmiyyətlidir.

Pedaqogika terminologiyasını predmet və tematikaya görə qruplaşdırmaq olar. Bu zaman pedaqoji terminləri aşağıdakı əsas qruplara ayırmaq mümkündür: 1) ümumpedaqoji terminlər təlim və tərbiyə proseslərinin adları; 2) təhsilin məzmununu səciyyələndirən terminlər (tədris fənlərinin adları); 3)təlimin forma və metodlarını adlandıran terminlər; 4) təhsil müəssisələrinin tipini, konkret təhsil müəssisələrini ifadə edən terminlər; 5) təlim-tərbiyə prosesində iştirak edənləri bildirən terminlər; 6) fərdin, şəxsin xüsusiyyətlərini bildirən terminlər (bu qrupa insanın şəxsi keyfiyyətini, müəllim, eləcə də şagirdlərin arzu olunan və arzu olunmayan xüsusiyyətlərini ifadə edən terminlər daxil edilir); 7) məktəbşünaslıq terminləri (təhsil müəssisəsinin strukturu, vəzifəli adamları və s.).

Nəhayət, pedaqoji terminologiya, çoxmənalılıq, eyni terminin definisiyasında fərqlər qeydə alınır. F.Sadıqov göstərir ki, əsas pedaqoji anla­yış­lardan biri olan təlim məlum olduğu kimi iki tərəfli pedaqoji proses olub, öyrədənlə öyrənənin qarşılıqlı fəaliyyətidir. O yazır: “Bu fəaliy­yət prosesi bağçada da, orta ümumtəhsil məktəblərində də, litseylərdə də, orta ixtisas kollec və texnikumlarında da, ali məktəblərdə də, pilotlar, matros­lar, miçmanlar, ustalar, sənətkarlar, sürücülər hazırlayan peşə kurslarında, hətta sirk­də də cərəyan edir. Deməli, təlimi məktəblə məhdudlaşdırmaq düz­gün sa­yıla bilməz. Təəssüflər olsun ki, pedaqogika dərslik və dərs vəsaitlərinin böyük əksə­riyyətində təlim yalnız məktəbə şamil edilir”36.

Ona görə də, təlim sözünə verilmiş müxtəlif tərif və definisiyaları nəzərdən keçirək.

Təlim -müəllimin rəhbərliyi altında məqsədə yönəldilmiş, planlı və mütəşəkkil bir surətdə təhsil almaq prosesidir ki, bu prosesdə şagirdlərə bilik­lər sistematik şərh edilir, iş qaydaları göstərilir, onların bilik, bacarıq və vərdiş­ləri şüurlu və möhkəm mənimsəməsi, idrak qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə fəaliyyətləri təşkil olunur”37.

Təlim - müəllimin rəhbərliyi və müvafiq vasitələrin köməyilə şagirdlərin həyatı dərk etməsi prosesidir”38.

Təlim - müəllim və şagirdlərin qarşılıqlı şəkildə məqsədyönlü fəaliy­yə­tidir”39.

Definisiyalardan göründüyü kimi, eyni anlayış müxtəlif şəkildə təyin olunur, təriflərin variativliyi müəyyənləşdirilir. Unifikasiya zamanı termini dəqiq əks etdirən terminlər götürülür və qeyd edilir ki, müxtəlif təhsil, təlim, tərbiyə və s. yollarının yaranması, pedaqoji terminolo­giyanın tərkibinin dəyişməsi və zənginləşməsi ilə nəticələnir.


Download 68,01 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16




Download 68,01 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Üçüncü fəsil “Alınma pedaqoji terminlərin struktur və leksik-semantik təhlili” adlanır

Download 68,01 Kb.