• Müəllim
  • İxtisas: Təsviri incəsənət müəllimliyi Kurs




    Download 494 Kb.
    bet30/76
    Sana13.06.2021
    Hajmi494 Kb.
    #15002
    1   ...   26   27   28   29   30   31   32   33   ...   76
    İxtisas: Təsviri incəsənət müəllimliyi

    Kurs: II

    Fənn: Pedaqogika -2

    Mövzu: Təlimin diaqnostikası

    Ədəbiyyat siyahısı:

    1. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Yeni kurs. Dərs vəsaiti. Bakı: “Çaşıoğlu”, 2004, 510 səh., s. 299-308

    2.İbrahimov F., Hüseynzadə R. Pedaqogika. Dərslik. 2 cilddə. I c., Bakı: Mütərcim, 2013, 708 s.

    Müəllim: Lalə Allahverdiyeva lale.allahverdiyeva.81@bk.ru

    Plan:


    1. Şagirdlərin öyrənmə səviyyəsinin diaqnostikası

    2. Şagirdlərin təlimdə yetirməsinə nəzarət

    3. Nailiyyətlərin və inkişafın testləşdirilməsi

    4. Oxumağa qabilliyin diaqnostlaşdırılması


    P.1. Diaqnostikanın məqsədi didaktik prosesin baş vermə şəraitini, onun nəticələrini dəqiq üzə çıxarmaq,qiymətləndirmək və təhlil etməkdir. Didaktik prosesi səmərəli idarə etmək, mövcud çəraitdə optimal nəticlərə nail olmaq diaqnostikasız mümkün deyil.

    Diaqnostlaşdırma əldə olunan nəticələri onlara nail olma yolları, qaydaları ilə birlikdə öyrənir, təlim məhsullarının formalaşma dinamikasını üzə çıxarır, təlim məhsullarının formalaşma dinamikasını üzə çıxarır. Diaqnostlaşdırma nəzarəti, yoxlamanı, qiymətlən­dir­məni, statistik məlumatların toplanmasını, onların təhlilini,hadisələrin sonrakı inkişa­fının proqnazlaşdırılmasını özündə birləşdirir.

    Şagirdlərin bilik və bacarıqlarına nəzarət, onları qiymətləndirmək diaqnostlaşdırma­nın zəruri tərkib hissələridir. Bunlar pedoqoji texnologiyanın çox qədim komponentlə­ridir. Sivilizasiyanın ilk dövründə meydana gələn nəzarətvə qiymətləndirmə məktəbin daimi "yol yoldaşı"olmuş, onun inkişafını müşayiət etmişdir. Buna baxmayaraq, qiymət­ləndir­mənin mənası,onun texnologiyası ilə bağlı bu gün də qızğın mübahisələr gedir.

    Yeni demokratik məktəbdə formal nəzarət olmamalıdır. Dempkratik nəzarət təlimin özünəməxsus metodu kimi öyrədici,inkişafetdirici istiqamətdə olmalı,özünə nəzarətlə birləşdirilməlidir.

    Məktəb qiymətlərinin köməyi ilə oxumağa maraq oyatmağın köhnəlmiş formaların­dan imtina etməyi tələb edir. Şagirdlərin təlim əməyinin stimullaşdırılmasının yeni yolla­rı­nın axtarılması, qiymətləndirməyə yeni mövqedən yanaşmağı zəruri hesab edir. Diaq­nost­laşdırma sistemində qiymət stimullaşdırma vasitəsi kimi yeni keyfiyyətlər kəsb edir. Bu rəqabətli cəmiyyətdə mühüm oyadıcı,həvəsləndirici amildir.Qiymət təlim vasitəsin­dən başqa şagirdin öz şəxsi reytinqini rasional müəyyənetmə vasitəsinə,insanın cəmiyyət­də əhəmiyyətinin göstəricisinə çevrilmişdir.


    Download 494 Kb.
    1   ...   26   27   28   29   30   31   32   33   ...   76




    Download 494 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İxtisas: Təsviri incəsənət müəllimliyi Kurs

    Download 494 Kb.