|
Geniş yayılmış məntiq mikrosxemlərinin seriyaları və onların
|
bet | 127/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -anGeniş yayılmış məntiq mikrosxemlərinin seriyaları və onların İTX-ları. Məntiq mikrosxemləri yaddaş elementləri olmayan kombinasion tipli funksional düyünlərdir. Bu o deməkdir ki, məntiq mikrosxeminin (elementinin) halı giriş siqnalı daxil olana qədər mikrosxemin olduğu məntiq halından asılı olmayıb, hal-hazırda mikrosxemin girişindəki siqnalların kombinasiyasından asılıdır.
Məntiq mikrosxemlərinin ən geniş tətbiq olunan növləri baza məntiq elementlərindən: “YOX”, “VƏ”, “YAXUD”, “VƏ –YOX” və “YAXUD-YOX” elementlərindən təşkil olunmuş mikrosxemlərdir.
YOX əməliyyatını yerinə yetirən mikrosxemlər bir girişə və bir çıxışa malik olan məntiqi inversiya (in-kar) elementlərindən ibarətdir. Məntiqi “YOX”
elementinin girişinə məntiqi “1” verildikdə, çıxışında “0”, girişinə “0” verildikdə isə çıxışında “1” olacaq. Beləliklə, girişdəki rəqəm siqnalı əksinə olana çevrilir. Sənayedə buraxılan məntiqi “YOX” mikrosxemlərinin bir korpusunda adətən altı “YOX” məntiqi yerləşdirilir.
VƏ - məntiqi vurma mikrosxemləri iki və ya daha çox girişə və bir çıxışa malik olan məntiq elementlərindən təşkil olunur. Məntiq elementlərinin girişlərinin sayından asılı olaraq, mikrosxemlərinin bir korpusunda yerləşən elementlərin sayı 1, 2, 3 və 4 ola bilər.
YAXUD - məntiqi toplama əməliyyatını yerinə yetirən mikrosxemlər də iki və ya daha çox girişə və bir çıxışa malik olan məntiq elementlərindən təşkil olunur. Eynilə bu mikrosxemlərin də bir korpusunda yerləşən elementlərin sayı 1, 2, 3 və 4 ola bilər.
“VƏ-YOX” mikrosxemləri məntiqi vurma və sonra inversləmə əməliyyatını, “YAXUD-YOX” mikrosxemləri isə məntiqi toplama və sonra invers-ləmə əməliyyatını yerinə yetirən bir çıxışlı məntiq elementlərindən təşkil olunub, girişlərinin sayından asılı olaraq bir korpusunda yerləşən elementlərin sayı 1, 2, 3 və 4 ola bilər.
“VƏ”, “YAXUD”, “VƏ –YOX” və “YAXUD-YOX” mikrosxemlərindən 3 və 4 məntiq elemntinə malik olanları daha geniş istifadə olunur.
Kütləvi istehsal olunan bir sıra mikrosxemlərin misalında müxtəlif markalı məntiq mikrosxemlərinin əsas parametrlərini nəzərdən keçirək.
Ən geniş yayılmış TTMŞ-məntiqli K555(KM555) seriyalı mikro- sxemlərin TTM – məntiqli K155 (KM155) seriyalı mikrosxemlərin analoqu oldu-ğunu nəzərə alaraq bu seriyadan olan mikrosxemlərin, həmçinin, az enerji tələbatına və digər müsbət cəhətlərinə görə geniş tətbiq tapan KMOY-məntiqli K176, yaxud K561 seriyalı mikrosxemlərin parametrlərini müqayisəli şəkildə nəzərdən keçirək.
|
| |