Azərbaycan Respublikası Təhsil Nazirliyi
«Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası
A.M. Paşayev, A.R. Həsənov
İ.Ə. İsgəndərov, F.A. Abdurəhimov
ELEKTRON QURĞULARININ
ƏSASLARI
Cild I. Elektron qurğularının element bazası
Cild II. ANALOQ VƏ İMPULS QURĞULARI
Cild III. Rəqəm qurğuları
Ali məktəblərin texniki ixtisaslarının tələbələri üçün dərslik
Azərbaycan Respublikası Təhsil Nazirinin 594 saylı 16 may 2014-cü il tarixli əmri ilə qrif verilmişdir
Bakı – 2014
A.M. Paşayev, A.R. Həsənov, İ.Ə. İsgəndərov, F.A. Abdurəhimov ELEKTRON QURĞULARININ ƏSASLARI. Cild II. Analoq və impuls qurğuları. Dərslik, Bakı: MAA, 2014, - 323s.
Elmi redaktor: MAA-nın “Avionika” kafedrasının professoru, t.e.n. M.Ə. Babayev
Texniki redaktor: Az.TU-nun “Elektronika” kafedrasının
dosenti, t.e.n. R.M. Rəhimov
Rəyçilər:
AMEA-nın Fizika İnstitutunun “Bərk cisim elektronikası” laboratoriyasının müdiri, AMEA-nın həqiqi üzvü, f.-r.e.d., professor C.Ş. Abdinov
ADNA-nın “İnformasiya-ölçmə və kompüter texnikası”
kafedrasının müdiri, t.e.d., professor R.Q. Məmmədov
MAA-nın “İnformasiya texnologiyaları” kafedrasının
müdiri, AMEA-nın müxbir üzvü, t.e.d., professor A.Z. Məlikov
MAA-nın “Avtomatika və aviasiya cihazları”
kafedrasının müdiri, f.-r.e.d., professor A. Z. Bədəlov
Dərslik, müxtəlif növ elektron qurğularının, onlar əsasında qurulan müxtəlif texniki sistemlərin işlənməsi, tətbiqi və düzgün istismarını gələcək peşə fəaliyyətində həyata keçirən texniki ixtisasların tələbələrinin istifadəsi üçün nəzərdə tutulub. Eyni zamanda elektron qurğularının işlənməsi və tətbiqi, onların əsasında qurulan sistemlərin yaradılması və istismarı ilə məşğul olan mühəndis-texniki heyət, magistr, doktorant və elmi işçilər də bu dərslikdən faydalana bilərlər.
Dərslik, MAA-nın texniki ixtisaslarında uzun illər tədris olunan “Elektronikanın əsasları”, «Sxemotexnika» və digər uyğun fənlərin, o cümlədən, bakalavriat sisteminin “05.06.14 - Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi” və “05.06.27 – Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisaslarında tədris olunan
«Elektronikanın əsasları» fənninin işçi proqramlarına uyğun hazırlanmışdır. Vəsait, həmçinin, digər ixtisasların bakalavriat və magistratura səviyyələrində tədris olunan
«Elektronikanın əsasları», «Sxemotexnikanın əsasları», “Elektronika”, «Analoq və rəqəm elektronikası» kimi fənlərin əsas fəsillərini də əhatə edir.
|