Tezlik təhrifləri gücləndiricinin amplitud-tezlik xarakteristikasının (ATX) formasına görə qiymətləndirilir (şək. 1.5). Dəyişən cərəyan gücləndiricisinin real tezlik xarakteristikasından görünür ki, aşağı və yuxarı tezliklərdə, işçi tezlik diapazonunun kənarlarında güclənmə əmsalı azalır. Güclənmə əmsalının bu cür azalması tezlik təhrifləri adlanır. İşçi diapazonda tezlik təhriflərini qiymətləndirmək üçün tezlik təhrifləri əmsalı anlayışından istifadə edilir.
Tezlik təhriflərinin əmələ gəlmə səbəblərinə şəkil 1.5,a - da verilən ATX halında baxaq. Fərz edək ki, gücləndirici qurğunun girişində eyni amplitudlu iki
harmonikanın cəminə bərabər siqnal təsir edir və
2 21
təşkil edir (şək.
,b). Şəkil 1.4,a - da göstərilən ATX –ya görə
KU ( 1 ) 2 KU ( 2 )
yazmaq olar.
Bu halda gücləndiricinin çıxışındakı cərəyan şəkil 1.5,c-də göstərilən vəziyyəti
alır. Giriş cəm
igir
və çıxış cəm
içıı
cərəyanlarının müqayisəsi göstərir ki, onlar
kifayət qədər fərqlidirlər.
Bu mülahizələrdən görünür ki, bütün güclənən tezliklər üçün
KU () const
münasibəti yerinə yetirilən halda ATX ideal (tezlik təhriflərinin
olmaması nöqteyi-nəzərindən) olur. Tezlik təhrifləri əmsalı M orta tezlikdəki
güclənmə əmsalının( K
u
(
orta
) ),verilmiş tezlikdəki güclənmə əmsalına
u
i
( K (
) ) olan nisbəti kimi təyin edilir:
K (
M
u orta
) / K ( ) . (1.14)
u i
Faza xarakteristikası φ = F(f) harmonik formalı giriş siqnalı halında çıxış və giriş gərginlikləri arasındakı faza sürüşməsinin tezlikdən olan asılılığına deyilir.
Spektri harmonik toplananlar yığımından ibarət olan mürəkkəb giriş siqnalı, faza xarakteristikası qeyri müntəzəm olan gücləndiricidə, siqnalın spektrinin ayrı-ayrı toplananları gücləndiricidən keçdikdə müxtəlif bucaq altında sürüşəcəklər. Bu isə siqnalın formasının dəyişməsinə - faza-tezlik təhriflərinin yaranmasına səbəb olur.
Şəkil 1.5. Gücləndiricidə tezlik təhriflərinin yaranması. Gücləndiricinin
ATX-si ; b) giriş siqnalı; c) çıxış siqnalı
|