Mənfi əks əlaqənin gücləndirmənin qeyri - stabilliyinə təsiri.
Təcrübədə gücləndiricinin K gücləndirmə əmsalı zamanca qeyri-stabil olur. Buna səbəb temperaturun dəyişməsi, sxem elementlərinin parametrlərinin müxtəlifliyi, sxem elementlərinin köhnəlməsi, qida gərginliyinin dəyişməsi və s. ola bilər. Mənfi əks rabitənin daxil edilməsi gücləndirmə əmsalının stabilliyini kəskin artırmağa imkan verir. Doğrudan da, (1.33) ifadəsini K-ya görə diferensiallasaq və gücləndiricinin mənfi əks rabitəli və əks rabitəsiz hallarındakı gücləndirmə əmsalının nisbi dəyişmələrini yazsaq, görərik ki,
stabillik (1+ K) dəfə artmış olur, yəni
m.w.r
dK
1 (1 K)2 ;
K
m.w.r.
m.w.r.
dK(1 K) (1 K)2 K
dK K(1 K)
(1.36)
dK
dK
İfadədən göründüyü kimi, mənfi əks rabitə zamanı gücləndiricinin gücləndirmə əmsalının nisbi dəyişməsi (qeyri-stabilliyi) (1+ K) dəfə, yəni
gücləndirmə əmsalının mənfi əks rabitə zamanı azaldığı qədər artır. Odur ki, nəzərdə tutulmuş gücləndirmə əmsalını təmin edən stabil gücləndirici almaq üçün gücləndiricinin gücləndirmə əmsalını əvvəlcədən böyük götürmək lazım gəlir.
Mənfi əks əlaqənin giriş müqavimətinə təsiri. Əks əlaqəli gücləndiricinin giriş müqavimətinin dəyişməsi siqnalın hansı üsulla alınmasından yox, ancaq əks əlaqənin qurğunun girişinə daxil edilməsi üsulundan asılıdır. Gücləndiricinin ardıcıl mənfi əks əlaqə ilə əhatə olunmuş giriş dövrəsi şəkil 1.16a - da göstərilmişdir.
Şəkilə görə gücləndiricinin giriş müqaviməti üçün aşağıdakı ifadələri yazmaq olar:
Zgir.m.ə.r. = Umənbə /İgir = (Ugir + Um.ə.r. )/İgir = (Ugir /İgir )(1+Um.ə.r. /Ugir ); Um.ə.r. = Ugir Ku0 ə.r. ; Zgir.m.ə.r. = Zgir.0 (1+Ku0 ə.r. ), (1.37)
burada Z gir.0 - əks əlaqəsiz gücləndiricinin giriş müqavimətidir; (1+U u0 ə.r.)- mənfi əks əlaqənin dərinliyi əmsalı adlanır.
Gücləndiriciyə ardıcıl mənfi əks əlaqənin daxil edilməsi onun giriş müqavimətini mənfi əks əlaqənin dərinliyi əmsalı dəfə artırır. Bunu fiziki olaraq belə izah etmək olar. Gücləndiriciyə ardıcıl mənfi əks əlaqənin daxil edilməsi zamanı gücləndiricinin girişinə U mənbə – U m.ə.r. gərginlik fərqi təsir edir və giriş siqnal mənbəyinin verilmiş parametrlərində onun cərəyanını azaldır.
b)
Şəkil 1.16. Mənfi əks rabitəyə malik gücləndiricinin struktur sxemi:
ardıcıl; b) paralel
Həqiqətən İmənbə=İgir=(Emənbə-Umənbə)/Zmənbə olduğundan, Um.ə.r. gərginliyinin artması ilə İmənbə azalır və ekvivalent olaraq gücləndiricinin giriş müqaviməti Zgir.m.ə.r. artır.
Gücləndiriciyə müsbət əks əlaqənin daxil edilməsi isə əksinə, giriş müqavimətini azaldır. Müsbət əks əlaqə gərginliyi giriş siqnal mənbəyinin gərginliyi ilə cəmlənərək giriş cərəyanını artırır, bu isə öz növbəsində giriş müqavimətini azaldır.
Gücləndiriciyə paralel mənfi əks əlaqənin daxil edilməsi sxemi şəkil 1.16,b - də göstərilmişdir. Paralel mənfi əks əlaqə zamanı gücləndiricinin girişində əks əlaqə gərginliyi və giriş siqnal mənbəyinin gərginliyi cəmlənir. Əks əlaqə rezistoruna Zm.ə.r. gərginliklərin Ugir + Uçıx cəmi təsir edir və İə.r. cərəyanı işarəsini dəyişir. Odur ki, gücləndiricinin giriş müqaviməti üçün
Zgir.m.ə.r =Ugir /İmənbə ;
İmənbə =İgir +İm.ə.r.= Ugir/Zgir0 + (Ugir +Uçıx)/Zm.ə.r.=
=Ugir /Zgir0 + Ugir (1+Ku0)/Zm.ə.r.=Ugir [Zgir0 (1+Ku0)+Zm.ə.r.]/Zgir0Zm.ə.r.. ifadəsini alırıq. Bu halda
Zgir.m.ə.r.=Zgir0Zm.ə.r../[Zgir0(1+Ku0)+Zm.ə.r.] (1.38)
alarıq. Göründüyü kimi, paralel mənfi əks əlaqə gücləndiricinin giriş müqavimətini azaldır. Fiziki olaraq bu onunla izah olunur ki, paralel mənfi əks əlaqə daxil edilməsi giriş siqnal mənbəyindən götürülən cərəyanı, əks əlaqə dövrəsindən axan cərəyan hesabına artırır.
|