Əks əlaqə dövrəsinin gücləndirici qurğunun əsas xarakteristikalarına təsiri
Əks əlaqənin güclənmə əmsalına təsiri. Gücləndirici qurğuda siqnalın düzünə və əksinə ötürmə kanallarına ayrıldığını nəzərə alaraq mənfi əks əlaqəli gücləndiricinin güclənmə əmsalını təyin edək. Gücləndiricinin gərginliyə görə güclənmə əmsalı (şəkil 1.11)
Kə.r. = uçıx / ugir (1.25) Gücləndiricinin girişinə siqnal gərginliyi ugir0 və əks əlaqə gərginliyi uə.r.
təsir etdikdə cəm giriş gərginliyi
ugir.cəm = ugir0 + uə.r. (1.26) olur. Gücləndiricinin əks əlaqə olmadığı halda güclənmə əmsalı
.
K 0 = uçıx / ugir0 (1.27)
Əks əlaqə dövrəsinin ötürmə əmsalı
ə.r. = uə.r. / uçıx (1.28) (1.26) ifadəsində ugir0 və uə.r. kəmiyyətlərinin (1.27) və (1.28)
ifadələrindən alınan qiymətlərini yazsaq
.
uçıx / K 0 = ugir0 + ə.r.uçıx
alarıq. Buradan
u / u =
/(1- ) =
K0 e
jk
(1.29)
.
.
çıx
gir0 K 0
ə.r. K 0
1
e.r.
K0
e j
.
alarıq. (6.29) ifadəsinin ə.r. K 0
hasilinə baxaq:
.
ə.r. K 0
= ə.r. K0 ejj
= ə.r. ejj
b K0 e j
k=
ə.r. K0 ej( +
k) (1.30)
(1.30) ifadəsindəki bucağı Uə.r. gərginliyi ilə Ugir0 gərginliyi arasındakı faza sürüşməsidir, yəni güclənmə əmsalının və əks əlaqə dövrəsinin ötürmə
əmsalının faza bucaqlarının cəmindən ibarətdir:
əks əlaqə müsbət olur və
k
. = 0 olduqda,
.
ə.r. K 0
= ə.r. K0 ej
(1.31)
olur. (1.29) ifadəsindən görünür ki, K ə.r.(+)=K 0/(1- ə.r.K 0). Əgər 0 < ə.r. K 0
<1 olarsa, gücləndiricinin güclənmə əmsalı artır və ə.r. K 0 =1 olduqda sonsuz olur. Bu isə gücləndiricinin öz - özünə həyəcanlanması deməkdir.
=180 0 olduqda əks əlaqə mənfi olur, yəni
ə.r.K 0 = ə.r.K 0e j = ə.rK 0(cos180 0+jsin180 0) = - ə.r.K 0 (1.32) (1.29) ifadəsindən görünür ki,
K e.r.(-) = K 0 /(1 + ə.r.(-)K 0) (1.33)
olur, yəni mənfi əks əlaqə olan halda güclənmə əmsalı (1 + ə.r.(-) K0) dəfə azalır. (1 + ə.r.(-) K0) kəmiyyətinə əks əlaqənin dərinliyi deyilir.
Gücləndirici qurğuda mənfi əks əlaqə dövrəsinin daxil edilməsi
gücləndirilən siqnalın tezlik zolağını (1 + ə.r.(-) K 0 ) dəfə genişləndirir. Müsbət əks əlaqə halında isə tezlik zolağı (1- ə.r.(+) K 0) dəfə daralır.
Gücləndirici qurğuya mənfi əks əlaqə dövrəsinin daxil edilməsi gücləndiricinin qeyri-xətti təhriflər əmsalını və xarici maneələrin çıxış siqnalına təsirini azaldır. Müsbət əks əlaqə halında isə qeyri-xətti təhriflər əmsalı və xarici maneələrin çıxış siqnalına təsiri artır.
Gücləndirici qurğuya əks əlaqə dövrəsinin daxil edilməsi ilə giriş müqavimətinin dəyişməsi bu dövrənin, qurğunun giriş dövrəsinə qoşulması qaydasından asılıdır və əks əlaqə siqnalının hansı yolla alınmasından asılı deyildir. Ardıcıl mənfi əks əlaqə dövrəsinin daxil edilməsi ilə gücləndiricinin giriş müqaviməti əks əlaqənin dərinlik əmsalı dəfə artır. Ardıcıl müsbət əks əlaqə dövrəsinin daxil edilməsi ilə gücləndiricinin giriş müqaviməti əks əlaqənin dərinlik əmsalı dəfə azalır. Paralel mənfi əks əlaqə dövrəsinin daxil edilməsi ilə də gücləndiricinin giriş müqaviməti azalır. Paralel müsbət əks əlaqə dövrəsinin daxil edilməsinin giriş müqavimətinə təsiri gücləndirici ilə müsbət əks əlaqə dövrəsinin parametrləri arasındakı münasibətdən asılıdır və giriş müqaviməti müsbət sonsuz və mənfi qiymətlər ala bilər.
Gücləndirici qurğuya əks əlaqə dövrəsinin daxil edilməsi ilə çıxış müqavimətinin dəyişməsi ancaq əks əlaqə siqnalının götürülməsi qaydasından asılıdır və bu siqnalın giriş dövrəsinə hansı yolla daxil edilməsindən asılı deyildir. Gərginliyə görə mənfi əks əlaqə halında çıxış müqaviməti əks əlaqənin dərinliyi dəfə azalır. Çıxış gərginliyinə görə müsbət əks rabitə halında ötürmə əmsalının artması ilə çıxış gərginliyi əvvəlcə sonsuzluğa qədər artır və ə.r.>1 / Ku0 olduqda, işarəsini dəyişərək mənfi olur. Çıxış cərəyanına görə mənfi əks əlaqə halında gücləndiricinin çıxış müqaviməti artır, müsbət əks rabitə halında isə azalır.
Gücləndirici qurğuya mənfi əks əlaqə dövrəsinin daxil edilməsi ilə
gücləndiricinin buraxma zolağının genişlənməsi hesabına tezlik təhriflərinin həqiqi qiyməti azalır, müsbət əks rabitə dövrəsinin daxil edilməsi ilə buraxma zolağının daralması hesabına isə tezlik və faza təhrifləri artır.
1>
|