Mənfi əks əlaqənin gücləndirilən tezlik zolağına təsiri. Mənfi əks rabitə dövrəsinin daxil edilməsi gücləndiricinin tezlik zolağını genişləndirir. Buna, ötürmə xarakteristikası
W(h) = Ku0 / (T1p +1)
olan gücləndirici halında baxaq:
Belə gücləndiricini ötürmə əmsalı ə.r. olan tezlikdən asılı mənfi əks rabitə dövrəsi ilə əhatə etsək, mənfi əks əlaqəli gücləndiricinin ötürmə funksiyası
Wm.ə.r.(p) =[Ku0 /(T1p +1)] / [1+Ku0 ə.r./ (T1p +1)]=
= Ku m.ə.r./{[T1/(1+Ku0 ə.r)]p+1} (1.34)
kimi yazıla bilər.
Məlumdur ki, gücləndiricinin buraxma zolağı onun ötürmə əmsalının 2 dəfə (3 dB) azalması səviyyəsində təyin edilir. İlkin ötürmə funksiyası üçün bu azalmaya 1/T1 tezliyi uyğun gəlir. Mənfi əks əlaqə daxil edildikdən sonra bu tezlik, alınmış ötürmə funksiyasına görə, əvvəlkindən (1+ Ku0 ə.r) dəfə böyük olur:
f y.m.e.r .
f y (1 Ku 0 e.r . ) . (1.35)
Baxdığımız gücləndiricinin loqarifmik ATX-sı şəkil 6.15 - də göstərilmişdir. Fərz edək ki, gücləndirici dərinliyi (1+ Ku0 ə.r) =10 olan mənfi əks əlaqə dövrəsi ilə əhatə olunub. Bu halda Ku m.ə.r. = Ku0 /10 olur, yəni güclənmə əmsalı 20 dB azalmış olur. Odur ki, buraxma zolağının yuxarı tezliyi
10 dəfə artır. Yeni ATX-sı ilkin ATX-ya nəzərən 20lg(1+ Ku0 ə.r) qədər, yəni 20 dB aşağı sürüşmüş olur.
Şəkil 1.15. Mənfi əks əlaqənin daxil edilməsi halında gücləndiricinin loqarifmik ATX-si
Buraxma zolağının genişlənməsini fiziki olaraq aşağıdakı kimi aydınlaşdırmaq olar. Əvvəldə göstərildiyi kimi, mənfi əks əlaqə dövrəsinə malik gücləndiricinin güclənmə əmsalının azalmasının səbəbi onun giriş gərginliyinin
ugir ugir0 r uçıı
real qiymətinin azalması ilə əlaqədardır. Tezliyin artması ilə
K u kəmiyyətinin azalması gücləndiricinin çıxış gərginliyinin azalmasına gətirib çıxarır. Lakin bu halda uər=K Uu çıx əks əlaqə gərginliyinin mütləq qiyməti də aşağı düşür. Bu gərginlik sabit giriş u gir0 gərginliyi halında gücləndiricinin
u gir
giriş gərginliyinin real qiymətini artırır. Nəticədə, çıxış gərginliyi artır.
Beləliklə, müəyyən tezliyə qədər KU əmsalının azalması
u gir
giriş
gərginliyinin artması ilə müşahidə olunur ki, bu da çıxış gərginliyinin və uyğun olaraq gücləndiricinin K Umən.ər əmsalının sabitliyini təmin edir.
Müsbət əks əlaqə halında gücləndiricinin buraxma zolağı daralır və əvvəlkindən (1- K u0 ə.r) dəfə kiçik olur. Göstərilən nümunə halında gücləndiricinin yeni ATX-sı ilkin ATX-ya nəzərən 20lg(1- K u0 ə.r) qədər, yəni 20 dB yuxarı sürüşmüş olur.
|