Güclənmənin «AB» sinfi (rejimi). Güclənmənin «AB» sinfində giriş siqnalının yarım perioddan böyük müddət ərzində dəyişməsi zamanı tranzistorun çıxış dövrəsindən cərəyan axır. Bu rejimdə Ugir =Ubehədd > 0 olur. Belə iş rejimi çıxış güc gücləndirici kaskadlarda geniş tətbiq edilir və çıxış siqnalının təhrif olunmasını kəskin aşağı salır. Kəsmə bucağının qiyməti
90 o
olur.
Güclənmənin «C» sinfi (rejimi). Güclənmənin «C» sinfində giriş siqnalının yarım perioddan kiçik müddət ərzində dəyişməsi zamanı tranzistorun çıxış dövrəsindən cərəyan axır. Bu rejimdə tranzistor periodun yarısından çox müddətdə kəsmə rejimində işləyir (şəkil 2.2,b, O nöqtəsi) və onun cərəyanı sıfırdan az fərqlənir. Bu rejimdə sükunət nöqtəsi kəsmə oblastında yerləşir. Bu rejim əsasən rezonans gücləndiricilərinin çıxış kaskadlarında tətbiq olunur.
Kəsmə bucağının qiyməti
90 o
olur.
Baxılan rejimlərdə maksimum giriş cərəyanı və gərginliyi aktiv və doyma rejimləri arasındakı sərhədə uyğun qiymətlərlə məhdudlaşır. Belə ki, bu rejimlərdə işçi nöqtə çıxış xarakteristikasında Kkəs nöqtəsindən sağa, D nöqtəsindən sola yerini dəyişə bilmir. Baxılan rejimlərdə gücləndirici kaskadlarda güc itkisinə yol verilir. Bu, güclənmə prosesində gücün (gərginliyin) tənzimləyici elementlə yük arasında paylanması ilə əlaqədar meydana çıxır.
Güclənmənin «D» sinfi (rejimi). Güclənmənin «D» sinfində tranzistor açar rejimində işləyir, yəni tranzistor ancaq doyma (açıq) bə yaxud kəsmə (bağlı) rejimlərində işləyir. Göründüyü kimi, çıxış dövrəsindən axan cərəyan iki
I–
kmaks və
I
k min
qiymətlərini ala bilər. Bu sinif gücləndiricilərin F.İ.Ə vahidə
(100%-ə) yaxın olur. Bu rejimi həyata keçirmək üçün giriş gərginliyi ya U
Be . h d
hədd gərginliyindən az olmalı, yaxud aktiv iş rejimi ilə doyma rejiminin
sərhədinə uyğun gələn U
gir maks
gərginliyindən çox olmalıdır.
«D» sinfində tranzistor açar rejimində işlədiyindən gücləndiricinin çıxış gərginliyi həmişə düzbucaqlı impuls formasında olur və giriş siqnalının güclənməsi həmin impulsun bu və ya digər parametrinin (məs., davametmə müddəti, fazası və s.) dəyişməsi ilə əlaqədardır. «D» rejimi, əsasən impuls gücləndiricilərində istifadə olunur.
|