Fəsil 2. TRANZİSTORLU GÜCLƏNDİRİCİLƏRİN SXEMOTEXNİKASI
Ümumi emitterli sxem üzrə yaradılan gücləndirici kaskadlar
Gücləndirici qurğuların yaradılmasında ümumi emitterli kaskadlardan geniş istifadə edilir. Belə kaskadlarda yükün qoşulması iki üsulla yerinə yetirilə bilər. Birinci üsulda yük elementi kimi kollektor dövrəsinə qoşulmuş aktiv Rk rezistorundan istifadə edilir (şəkil 2.1,a). Bu halda kaskad ardıcıl struktur sxemə malik olur. İkinci üsulda yük elementi tranzistorun kollektor-emitter keçidinə paralel qoşulur (şəkil 2.1,b). Bu halda kaskad paralel struktur sxemə malik olur.
Şəkil 2.1. a) gücləndirici kaskadın (pillənin) ümumiləşmiş sxemi,
xarici yükə malik gücləndirici kaskad
Yükün qoşulma üsullarının fərqli olması kaskadın xüsusiyyətlərinin də fərqlənməsinə səbəb olur. Birinci üsulda giriş və çıxış siqnallarının fazaları üst- üstə düşür. Belə kaskad qeyri-invers kaskad adlanır və bu kaskad üçün
k k
Uçıx = i R (2.1)
olur. İkinci üsulda giriş və çıxış siqnallarının fazaları 1800 fərqlənir. Belə kaskad invers kaskad adlanır və bu kaskad üçün çıxış gərginliyinin sxem elementləri ilə əlaqəsi aşağıdakı kimi ifadə olunur:
k
y
1 R / R
B
Baza dövrəsinə qoşulan R rezistoru ballast müqavimət adlanır və
kaskadın giriş xarakteristikasını xəttiləşdirmək üçün nəzərdə tutulur. Məlumdur
i
ki, tranzistorun giriş müqaviməti VAX – nın başlanğıc hissəsində kəskin qeyri-
xətti xarakterə malikdir. Odur ki, giriş gərginliyinin bərabər artımı,
B baza
cərəyanının müxtəlif artımlarına səbəb olur. Bu isə, nəticə olaraq çıxış cərəyanının uyğun dəyişməsinə gətirib çıxarır:
i h
i
k B 21 e
h U
21 e gir
/ R ; (2.3)
gir
Burada
h - ümumi emitterli sxemin cərəyana görə ötürmə əmsalıdır.
21 e
Ballast müqavimətin qiyməti
R
R
B
gir
şərtindən seçilir. Bu
bərabərsizlik nə qədər sərt yerinə yetirilərsə, giriş gərginliyinin verilmiş qiymətində kaskadın giriş xarakteristikasının xəttiliyi bir o qədər artmış olur. Bu halda
|