|
Sxemlərin hesabatına nümunələr
|
bet | 129/142 | Sana | 27.05.2024 | Hajmi | 3,55 Mb. | | #255298 |
Bog'liq Microsoft Word II -an Sxemlərin hesabatına nümunələr
Misal 1. Eq=9V, Rk=100Om, h21e=50 olduğunu nəzərə alaraq, bipolyar tranzistorlu elektron açarının parametrlərini hesablamalı.
Həlli: Maksimal kollektor cərəyanını təyin edək:
İk.doy. = Eq /Rk = 9/100 = 0,09A = 90mA
Baza doyma cərəyanını aşağıdakı şərtdən təyin edirik:
İb.doy. İk / h21e = 90/50 = 1,8mA
İb.doy.= 2mA qəbul edirik.
Əgər qida gərginliyi “+” qütblüdürsə elektron açar üçün n-p-n-tranzistor, “-“ qütblüdürsə p-n-p-tipli tranzistor seçilir, məsələn KT315, yaxud, KT361 tipli.
Misal 2. Verilmiş gücləndirici kaskadın giriş müqaviməti Rgir = 5kOm, çıxış müqaviməti Rçıx = 0,2kOm və gücləndirmə əmsalı K =50-dir. Əgər bu kaskada əks əlaqə dövrəsinin ötürmə əmsalı 0,02 olan gərginliyə görə ardıcıl mənfi əks əlaqə daxil etsək, onun parametrləri necə dəyişər.
Həlli. Aşağıdakı qaydada əks əlaqəli kaskadın gücləndirmə əmsalını təyin edirik :
Əks əlaqəni nəzərə almaqla giriş və çıxış müqavimətlərini aşağıdakı kimi təyin edirik:
Nəticədə: KƏƏ = 25, Rgir.ƏƏ = 10kOm, Rçıx.ƏƏ = 0,1kOm alırıq.
Misal 3. Əməliyyat gücləndiricisi əsasında güclənmə əmsalı KƏƏ=20 olub Ry=5kOm müqavimətli yükə qoşulmaq üçün nəzərdə tutulan gücləndiricini hesablamalı. Giriş siqnalının 0,1V amplitud qiymətində gücləndirici 20kOm-dan az olmayan giriş müqavimətinə malik olmalıdır.
Həlli. Sorğu cədvəlindən qida gərginliyinin qiyməti Uq =15, gücləndirmə əmsalı K 5104, giriş müqaviməti Rgir 50MOm, çıxış müqaviməti Rçıx. 2kOm olan K140УД14 mikrosxemini seçirik. Tələb olunan giriş müqaviməti nisbətən çox olduğundan invertləyici gücləndirici sxemini istifadə edirik və Rgir = 30kOm seçirik. Bu sxemdə güclənmə əmsalı
KƏƏ = RƏƏ/Rgir olduğunu nəzərə alaraq, RƏƏ =KƏƏ Rgir alırıq. Onda
RƏƏ =KƏƏ Rgir = 1030kOm = 300kOm
ƏG-nin çıxışındakı cərəyanı RƏƏ və Ry müqavimətlərindən axan cərəyanların cəmi kimi təyin etmək olar:
İçıx=İƏƏ+İy=(Uçıx. –U0)/RƏƏ +Uçıx./Ry =(KƏƏUgir.)/RƏƏ + (KƏƏUgir.)/Ry 0,2mA. Belə çıxış cərəyanı seçilmiş ƏG üçün tam yol verilə bilən cərəyandır.
Gücləndiricinin çıxış müqaviməti aşağıdakı kimi təyin olunur:
Rçıx.ƏƏ = Rçıx.KƏƏ/K = 0,06Om
olur.
|
| |