|
Mİkro və makro mətnləRDƏ semantiK Əlaqə TİPLƏRİ
|
bet | 5/16 | Sana | 24.07.2021 | Hajmi | 74,19 Kb. | | #15966 |
Tədqiqatın metodları. Aparılan elmi tədqiqat zamanı təsvir, müqayisə və kontekstual təhlil metodlarından istifadə olunmuşdur. Qeyd olunan tədqiqat metodları aparılan elmi-tədqiqat işinin mahiyyətini üzə çıxarmağa tam imkan vermişdir.
Müdafiəyə çıxarılan əsas müddəalar. Dissertasiya mövzusu üzrə aparılan elmi tədqiqata rəğmən aşağıdakı müddəalar müdafiəyə çıxarılır:
Makromətn mikromətnlərin təmsil etdiyi yarımsistemlərin ierarxiyası əsasında qurulur;
Mikromətnlərin komponentləri arasında mövcud olan semantik və formal əlaqə vasitələri makromətnin təşkilində analoji rolu oynayır, yəni eyni məzmunlu vahidlər funksiyaca yarımsistemdən qlobal sistemə daxil olur;
Mətnin törəməsi yaradıcılıqdır, o, fəlsəfi və psixolinqvistik baxımdan çoxplanlılıqdan xəttiliyə keçidi nümayiş etdirir;
Mətn informasiya daşıyıcısı olmaqla universal qanunlarla idarə olunur;
Mikro və makromətnin komponentləri arasında oxşar semantik əlaqə tipləri mövcuddur.
|
| |