GİRİŞ Mövzunun aktuallığı və işlənmə dərəcəsi




Download 74,19 Kb.
bet3/16
Sana24.07.2021
Hajmi74,19 Kb.
#15966
1   2   3   4   5   6   7   8   9   ...   16
GİRİŞ
Mövzunun aktuallığı və işlənmə dərəcəsi: Dilçilikdə mətn nəzəriyyəsinin meydana gəlməsi informasiyanın hazırlanıb ötürülməsi və qavranılması ilə bağlı praqmalinqvistik aspekti müəyyənləşdirdi. Dilin digər vahidləri kimi, nitq vahidi olaraq mətn-informasiyada törəyir, o, yaradıcılıqdır. Fərdin intellektual səviyyəsindən asılı olaraq mətnlər müxtəlif informativ və estetik dəyərə malik olur. Mətn daha çox nitq vahidi olmaqla informasiya daşıyıcısıdır; bizim duyğularımız, əqli fəaliyyətimiz müxtəlif məzmunlu mətnlərdə təzahür edir. Biz mikro və makromətnin semantik cəhətdən qurulmasının prinsiplərini öyrənməklə nitqimizdə informasiyanın təşkili xüsusiyyətlərini, onların nitqdəki təyinatını-praqmatikasını müəyyənləşdiririk. Bu mənada, dissertasiya mövzusu üzrə aparılan elmi-tədqiqat işi çox aktualdır.

Hər bir mətn, əvvəldə qeyd etdiyimiz kimi, yaradıcılıqdır; hansısa bir fərdin müəyyən sosial-tarixi şəraitdə əqli fəaliyyətinin təzahürüdür. Təbii ki, burada müəllifin bəhs etdiyi hadisə və ona münasibət öz ifadəsini tapır. Müəllif intensiyası adlanan bu məqam mətnin hansısa baxışlar nöqteyi-nəzərindən də yerliliyini müəyyənləşdirir. Müəllif intensiyası istənilən mətnin əsas xüsusiyyəti olduğundan mikro və makromətnin semantik cəhətdən təşkili mövzusu üzrə elmi-tədqiqat işinin aparılması mətnin qurulma prinsiplərinin müəyyən olunması baxımından çox aktualdır.

Hər bir mətn hansısa bir ideyanın, fikrin daşıyıcısıdır; onun ideya-estetik dəyəri də bu məqamla bağlıdır. Hadisənin mətnləşməsi və onun verilməsi zamanı müəllif mövqeyinin buraya təbii formada yerləşdirilməsi mətn dilçiliyində geniş tədqiq olunur və bu sahədə xeyli tədqiqat əsərləri vardır. Makromətnin quruluş prinsipləri nöqteyi-nəzərindən həmin məsələlərin əsaslı şəkildə öyrənilməsi mətn nəzəriyyəsini yeni müddəalarla zənginləşdirdiyindən mühüm aktuallıq kəsb edir.

Nitqin törəməsi zamanı çoxölçülülüklə xəttiliyin dialektikası mətndə öz ifadəsini tapır. Məntiqi baxımdan bir-birini tamamlayan bu hadisə dərin psixoloji və fəlsəfi məzmuna malikdir. Nitqin universal törəmə prinsipini özündə əks etdirən bu proses nitq mexanizmini öyrənmək cəhətdən mühüm nəzəri əhəmiyyətə malik olduğundan elmi-nəzəri baxımdan aktualdır.

Makromətn struktur-semantik cəhətdən bütövlüyə malikdir. Mikrodan makroya doğru inkişaf – bütövləşmə mexanizmi mətn ierarxiyası prinsipinə əsaslanır. Məhz bu yolla makrosistemi – mətn ierarxiyası və sistemini aydınlaşdırmaq olur. Bu da nitq və dil sistemlərinin qarşılıqlı əlaqəsini özündə əks etdirir. Bu mənada, dissertasiya mövzusu üzrə aparılan elmi-tədqiqat işi mühüm aktuallıq kəsb edir.



Mətn qurularkən hadisələrin dinamizmində retrospeksiya və prospeksiya xüsusi yer tutur. Onların mətndə yerinin düzgün müəyyənləşdirilməsi və mətnin süjeti ilə təbii bağlantısının qurulması makromətndə verilən informasiyanın bitkinliyi və məzmunluluğu ilə sıx bağlıdır. Dissertasiya mövzusu üzrə aparılan elmi tədqiqat işi makro mətnin təşkilinin bütün spektrlərini üzə çıxarmaq baxımından xüsusi aktuallıq kəsb edir.


Download 74,19 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   16




Download 74,19 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



GİRİŞ Mövzunun aktuallığı və işlənmə dərəcəsi

Download 74,19 Kb.