• II fəsli “Mürəkkəb sintaktik bütövlərin təşkili
  • Birinci fəslin ikinci yarımbaşlığı “Mətn və informasiya”




    Download 74,19 Kb.
    bet9/16
    Sana24.07.2021
    Hajmi74,19 Kb.
    #15966
    1   ...   5   6   7   8   9   10   11   12   ...   16
    Birinci fəslin ikinci yarımbaşlığı “Mətn və informasiya” adlanır.

    Dilçilikdə mətn termini adı altında iki anlayış – makro və mikromətn anlaşılır. Məlum olduğu kimi, mikromətn cümlələrdən təşkil olunmaqla müəyyən informativ bütövlüyə malik olur; təbii ki, informativ bütövlüyü də təmin edən cümlələr düzümündən formalaşan spesifik struktur vardır. Qeyd olunan cümlələr düzümünün həmin kontekstdə spesifikliyi ondadır ki, o, hansısa informasiyanın verilməsi üçün məqsədyönlü strukturla müşayiət olunur. Daha doğrusu, mikromətnlər özünəməxsus struktura malikdir. İnformasiya və mikromətni struktur çərçivəsində nəzərdən keçirək:

    Üç gün idi ki, yağış başlamışdı. Bütün göy üzü bulud idi. Amma o buludların səddi – sərhəddini ayırmaq mümkün deyildi. Boz buludlar lap aşağı enmişdi, yağış kəsmək bilmirdi. Yayın quraqlığından çat-çat olub ayrılmış muğan torpaqları sudan doymurdu. Su dənəvərlənmiş torpaqları elə isladırdı ki, yollar, çöllər keçilməz olmuşdu. Üçüncü gün Araz daşıb bərəni də götürüb aparmış, Qaradonlu kəndindən neçə çovuştanı yumuşdu, yağış isə kəsmirdi ki, kəsmirdi”6.

    Yağışın yağması, muğan torpaqlarının sudan doymaması, Arazın daşması bu mikromətnin yükləndiyi informasiyanın əsasında dayanır. Cümlələrin bu şəkildə ardıcıl düzümü, onların mətnin quruluş prinsipi üzrə təşkili verilən informasiyanın formal tərəfini təşkil edir. Təsvir fonunda verilən bu informasiya cümlələrin elə bir məntiqi ardıcıllığına əsaslanır ki, yağışla başlayan informasiya “yağış isə kəsmirdi ki, kəsmirdi” cümləsi ilə qapanır, bununla da cümlələr düzümü məntiqi bir ardıcıllıqla qapanır. Məhz informasiyanın başlanması ilə qapanması arasındakı məkan mikromətn məkanıdır; onun mətnin qlobal informasiya sistemində öz payı var. Qlobal informasiya sistemi deyəndə həcmdən asılı olmayaraq bütün ədəbi mətnləri nəzərdə tuturuq; qlobal informasiya sisteminin vahidləri də mikromətn informasiyasıdır.

    Makromətn isə qlobal informasiya bütövlüyünü özündə əks etdirən vahiddir; onun tərkib hissələri isə mikromətnlərdir. “Həcmindən asılı olaraq makromətn çoxlu sayda nisbətən kiçik informasiya daşıyıcıları olan mikromətnlərdən ibarət olur. Əgər mikromətn cümlələrdən təşkil olunursa – cümlələrin məntiqi düzülüşündən yaranırsa, makromətnlər isə mikromətnlərin bu tipli məntiqi əlaqələnməsinə əsaslanır”7.

    Mikromətnin ifadə etdiyi informasiya makromətn miqyasında bir informativ vahiddir və onun sərhədləri çox asanlıqla müəyyənləşir; bu da mikromətnin struktur-semantik müəyyənliyi ilə bağlıdır. Çünki mikromətn xüsusi quruluş prinsipinə malikdir və onun müəyyənləşməsi meyarı onda verilən informasiya bitkinliyi ilə səciyyəvidir.

    İ.R.Qalperin mətnin bütövlüyündən, onun sistem xarakterindən danışarkən mətnlə bağlı kateqoriyalara aydınlıq gətirir; həmin kateqoriyaları həm mikro, həm də makromətnə aid edir8.

    Həmin kateqoriyalar bunlardır:

    İnformativlik. İnformativlik, müəyyən mənada, nominasiyadır, nominasiya mətndə verilən fikrin, mənanın işarələnməsidir. Kommunikasiya nəzəriyyəsində bu termindən çox geniş istifadə olunur. Mətnin informativliyi hansısa predmet və ya hadisə haqqında yeni məlumatın verilməsi ilə xarakterizə olunur.

    1. Faktual informasiya. Bu informasiya həmişə verbal ifadə olunmaqla bizi əhatə edən aləmdə baş verən hadisə, proses, faktlar haqqındakı məlumatları əhatə edir.

    2. Konseptual informasiya. Belə mətnlərdə yazıçı öz oxucularına iqtisadi, siyasi, mədəni hadisələr, eləcə də məişət hadisələri haqqında informasiya verir, bunun faktual – məzmun informasiyasından fərqi ondadır ki, o daha çox məişət zəminində bədii-estetik informasiyanı əhatə etməsindədir.

    3. Mətnaltı informasiya. Belə informasiyalar istər konseptual, istərsə də faktik informasiyaların içindən çıxaraq assosiativ və ya konnotativ xarakter daşıyır.

    İnformasiyalar mahiyyətcə yenidir və onlar, göründüyü kimi, spesifik xüsusiyyətlərinə görə fərqlənir. Adətən, dərin strukturdan üst struktura keçərkən informasiya mümkün qədər dil işarələrindən az istifadə olunmağa cəhd olunur; beləliklə, üst strukturda dil vasitələri qənaət olunur, lakin qənaət informasiyanın düzgün və dəqiq catdırılmasına xələl gətirmir.

    İnformasiya və oxucu kontekstinin üç cəhəti vardır:

    1.Müəllif və oxucu oriyentasiyasının üst-üstə düşməsi.

    2. Orta oxucu səviyyəsindən aşağı olanlar.

    3. Müəllif tezariusunu aşan oxucular9.

    Dissertasiyanın II fəsli “Mürəkkəb sintaktik bütövlərin təşkili” adlanır və aşağıdakı yarımbaşlıqları əhatə edir.




    Download 74,19 Kb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   16




    Download 74,19 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Birinci fəslin ikinci yarımbaşlığı “Mətn və informasiya”

    Download 74,19 Kb.