Birinci yarımbaşlıqda “Mürəkkəb sintaktik bütövlərin komponentləri arasında semantik əlaqə tipləri”




Download 74,19 Kb.
bet10/16
Sana24.07.2021
Hajmi74,19 Kb.
#15966
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
Birinci yarımbaşlıqda “Mürəkkəb sintaktik bütövlərin komponentləri arasında semantik əlaqə tipləri”ndən bəhs olunur.

Mürəkkəb sintaktik bütövlər (MSB) Struktur – semantik bütövlüyə malikdir; onlarda qeyd olunan strukturda hansısa bir informasiya verilir. Dilçilikdə həmin informasiyaları semantik cəhətdən zaman, ardıcıllıq, səbəb-nəticə, ziddiyyət-qarşılaşdırma, aydınlaşdırma, sadalama və s. cəhətdən təsnif edirlər.

MSB-də semantik əlaqə üsullarını aşağıdakı cür ümumiləşdirmək olar:

I. MSB-nın komponentləri arasında zaman əlaqəsi.

MSB-nın komponentləri arasında zaman əlaqəsi hadisələrin eyni zamanda baş verməsinə əsaslanır; əgər indiki zamanda cərəyan edirsə, danışıq anında bir neçə hadisə eyni zamanda baş verir:

Meşələr saralırdı. Cır armud ağacları lalə kimi qızarmışdı. Həmərsinlər, zoğallar çılpaq ağaclardan mərcan dənələri kimi sallanıb qalmışdı. Suyu azalmış dağ çayı ilə xəzəl axırdı. Durğun yerlərdə xəzəllər suyun üzündə üst-üstə qalanmışdı. Havalar yaxşı keçdiyindən köçməyə tələsməyən quşların səsi meşəni başına götürmüşdü. Bu səsləri çayın yatağından sivri qalxan qaya daha da artırırdı. Qayanın sağ tərəfində itən yol aşağıda ağarırdı. Qayanın başında isə qalanın divarları bozarırdı”10.

Yuxarıdakı MSB-də meşələrin saralması, cır armud, həmərsin, zoğal və digər ağaclarda meyvələrin payız vaxtı, köçməyə tələsməyən quşların səsi aşağıda itən yol və s. eyni zaman çərçivəsində ifadə olunmaqla payız lövhəsini özündə əks etdirir. Adətən, bədii mətnlərdə eyni zamanlılığa əsaslanan MSB zamanın bir kəsiyində baş verənləri əhatə edir; onun ümumi mənzərəsini yaradır. Eyni zamanlılıq təbiət təsvirini əhatə etdiyi kimi, müxtəlif hadisələrlə də bağlantını ifadə edən hisslərin oyanması əsasında da yarana bilər.

MSB-lərdə ifadə olunan informasiya ilə eynizamanlılığın üst-üstə düşməsi hansısa zaman kəsiyinin özünü səciyyələndirir. Eynizamanlılıq bədii mətndə ani reaksiyanın nəticəsi kimi də təzahür edə bilər. Məs: “Aləmşahbəyim çadırdan çıxanda Əbih Sultan onu təzədən gördü. Onun qızlıq dövrü gəlib düşdü yadına. Elə bu gözələ görə Şeyx Heydərlə qanlı düşmən olmuşdu. Oğullarını da ataları kimi özünün ən qorxulu düşmənləri sayırdı. O, Aləmşahbəyimdən gözlərini çəkə bilmirdi. Qara rəngin arasında ağ sifətə, qabarıq döşlərinə, təravətli qız bədəninə bənzər əndamına çox hərisliklə baxırdı. Ehtiras və hərisliklə dolu qızarmış gözlərini ondan ayırmırdı”11.

Əbih Sultanın Aləmşahbəyimi görməsi onda əvvəlki hissləri oyadır və həmin görüş səhnəsindən yaranan təəssürat sanki eyni zamanda baş verir; görüşün məzmunu həmin mikromətnin informasiyasını təşkil edir; ifadə üsuluna görə isə eynizamanlılıq üzərində köklənir. Haqqında danışılan mikromətndə səbəb-nəticə əlaqəsi də vardır, lakin zaman məzmunu onu üstələyir, hadisələri eyni zaman üstündə köklənir. Səbəb-nəticə isə eyni zaman kəsiyinə yerləşdirilən hadisələr üçün səbəbə çevrilir. MSB-dəki reaksiya “Aləmşahbəyim - Əbu Sultan” xətti üzrə baş verir.

II. MSB-nin komponentləri arasında ardıcıllıq əlaqəsi.

MSB-nin komponentləri arasında ardıcıllıq əlaqəsi eynizamanlılıq və ardıcıllıq zaman anlayışı ətrafında baş verir, buna görə də onları bir qrupda birləşdirmək olar. Ardıcıllıq əlaqəsi zaman əlaqəsindən onunla fərqlənir ki, ardıcıllıqda hadisələr zaman baxımından ardıcıl olaraq baş verir:

Hüseyn lələ bəy Şeyx Heydəri meşəyə gətirdi. Ağacların arasından keçən günəş şuaları gümüş xəncərlər kimi göy otluqlara sancılırdı. Burada “qurban olduğunu, sadağa olduğunu pirim, mürşüdüm nidaları eşidilmirdi. Meşəni quş səsi başına götürmüşdü. Dostunu yəhərdən endirdi. Bir daşın üstündə oturtdu. Ox ucluğunu çıxarıb atdı. Sinəsindən lələklə qarışıq oxu tutub çəkib çıxartdı. Heybəsindən sarğı, məlhəm çıxartdı. Onu otlar üstündə uzandırdı”12.

Verilmiş mikromətndə Hüseyn lələ bəyin meşəyə gətirilməsi, yəhərdən endirilməsi, daşın üstündə oturdulması, sinəsindən oxun çəkib çıxarılması ardıcıllıqla təsvir olunmuşdur. Mikromətnin daşıdığı informasiya da həmin ardıcıllığa rəğmən verilir. Burada, əvvəldə qeyd etdiyimiz kimi, komponentlər arasındakı ardıcıllıq hadisənin verilməsi üsuludur, amma informasiya ilə – Şeyx Heydərlə bağlı bir epizoddur. Deməli, mikromətn – MSB müəyyən struktur-semantik bütövlüyə malik olmaqla mətndə informasiya daşıyıcısıdır, informativ cəhətdən makromətnin tərkib hissəsidir.

Qeyd olunan mikromətndə hər bir komponent (cümlə) müəyyən bir hərəkəti ifadə edir; hərəkətlərin ardıcıllığı MSB-də komponentlər ardıcıllığı ilə verilir; bir iş qurtarır, digərinə keçilir.

Ardıcıllıq semantikası müəyyən zamanla bağlanır. Mikromətn kontekstində hadisə ardıcıllığı müəyyən zaman kəsiyində baş verdiyindən onlar üst-üstə düşmür:

Uzaqdan vaxtsız xoruz banının səsi gəldi, sonra bir-iki xoruz da o tərəfdən- bu tərəfdən həmin vaxtsız bana səs verdi, sonra yenə sakitlik çökdü və yatmış Gəncə bir müddət beləcə sakitlik içində qaldı, sonra həmin gecə yarısı cavan, məlahətli və həzin bir səs sazın, kamançanın və tütəyin müşayəti ilə dalğa-dalğa Gəncənin üstünə yayıldı. Ziyad xan xanəndə oxuyurdu”13.

Mətndə verilən “sonra”lar “və” bağlayıcısına müvafiq funksiya yerinə yetirməklə hadisə ardıcıllığını göstərir. Bu konteksdə zaman zərfinin (sonra) bağlayıcı kimi işarələnməsi kontekstualdır.

III. MSB-nin komponentləri arasında aydınlaşdırma əlaqəsi.

MSB-nin komponentləri arasında aydınlaşdırma əlaqəsi daha çox informativ açıma xidmət edir; informativ açım obrazlarla, hadisələrlə bağlanır; onlara bəzi məqamlarda işıq salır, aydınlaşdırır.

İki atlı dağlardan enib Ərdəbilə gedirdi. Onlardan biri Şeyx Heydər idi ki, xeyli yaşlaşmışdı. Toy günündən on ildən artıq bir vaxt keçirdi. Sifətini qara saqqal və bığ örtmüşdü. Sifətindəki uşaqlıq cizgiləri itmiş, o, kişiləşmişdi. Qiyafəsində də dəyişiklik var idi. Şeyxiliyi təkcə çalmasından bilinirdi. O, daha çox pəhləvana, cəngavərə oxşayırdı. Çiyinləri enləşmiş, əlləri dirilib kobudlaşmışdı. Qollarının əzələsi böyümüşdü”14.

Burada aydınlaşdırılan nədir? - Ərdəbilə iki atlı gedir, biri Şeyx Heydərdir. Şeyx Heydərlə bağlı verilən əlavə məlumat həmin obrazın durumuna psixoloji mənəvi vəziyyətini açmaq cəhətdən mikromətn semantikasına aydınlıq gətirir.

Bu mikromətndə aydınlaşdırma təsvir fonunda verilmişdir. Mətn semantikasında ilkin cümlə xüsusi önəm daşıyır; mikromətnin sonrakı pillələrində onun məna açımı baş verir; komponentlər arasında aydınlaşdırma əlaqəsi də buna istiqamətlənir.

Aydınlaşdırılma əlaqəsi ümumən mətn semantikasının inkişaf xətti ilə bağlanır, şərh izahverici xüsusiyyətlərə malikdir. Mətn semantikasında bu əlaqə üsulu bir çox mətnlərin əsasında durmaqla hadisə və predmetlər barəsində olan fikirləri genişləndirməklə oxucuya informativ bolluq yaradır; hadisələr anı barədə geniş təsəvvür yaradır.

İstənilən bədii mətn oxucusuna istiqamətlənir; ona əlavə izahların verilməsində, bəzi məsul anların düzgün qavranılmasında bu əlaqə üsulu mühüm rol oynayır; müəllif-oxucu arasındakı məsafə azalır; hadisələr həmin kommunikativ parçalarda bir az da aydınlaşır. MSB-nin komponentləri arasında aydınlaşdırma əlaqəsi təkcə bədii mətnlərdə deyil, elmi və publisistik üsluba aid mətnlərdə də xüsusi mövqeyə malikdir.

IV. MSB-nin komponentləri arasında sadalama əlaqəsi.

Prof. K.M.Abdullayev yazır: “Mətn komponentləri arasındakı sadalama münasibəti mətnin elə quruluşunu nəzərdə tutur ki, bu quruluşda komponenetlərin düzülüşü, ardıcıllığı heç bir rol oynamır. Buradakı ardıcıllıq öz-özlüyündə qeyri-informativdir. Bu aspektdən götürüldükdə bu münasibət ardıcıllıq münasibətinə qarşı qoyula bilər15.

Verilmiş MSB dörd komponentdən ibarətdir; birinci üç komponentin yerlərini dəyişsək mikromətnin mətn məzmununu pozmaz; buna da səbəb sadalama prinsipləridir. Mikromətnlər arasında olan bu tipli əlaqə üsulu hər bir komponentin müstəqilliyini əvvəlki komponentlərdən asılı olmadığını əsas tutur.

Prinsip etibarilə yuxarıda qeyd olunan xüsusiyyətlər sadalanmanın təbiətindən irəli gəlir, çünki hər bir sadalanan özü-özündə bir avtonomdur; onların bu avtonomluğu müəyyən mövzu ətrafında cəmləşməklə informativlik qazanır. Deməli, MSB-nin komponentləri arasında əlaqə üsulunun növündən asılı olmayaraq, informativliyini qoruyub saxlayır, bununla da onlar kommunikasiyada öz yerini müəyyənləşdirir.

V. MSB-nin komponentləri arasında qarşılaşdırma əlaqəsi.

Mətnlərdə ən geniş yayılmış əlaqə formalarından biri də qarşılaşdırma əlaqəsidir. Bu tipli əlaqə MSB-nin komponentlərini sanki iki hissəyə ayırır, əvvəlinci hissədə verilən fikir, ikinci hissədə müəyyən mənada inkar olunur. Prof. K.M. Abdullayev yazır: “Mətn komponentləri arasında qarşılaşdırma münasibəti bir-birini müəyyən mənada inkar edən əks informasiyalar daşıyan komponentlərin hesabına başa gəlir. Belə komponentlər arasında əlaqəni gücləndirmək məqsədi ilə amma, ancaq, lakin kimi bağlayıcılar iştirak edə bilər16.

Misallara müraciət edək:

Şeyx Heydər xidmətçinin açdığı darvazadan ağ atın üstündə geniş həyətə girəndə onu qızılgüllərin ətri vurdu. Həyətin hər tərəfində növbənöv, cürbəcür qızılgüllər açmışdı. O atdan düşdü. Xidmətçi atı çəkib apardı. O, hovuzun ətrafına fırlandı və iplərə dırmaşan səbagüllü kolunun arxasında Aləmşahbəyimlə üz-üzə dayandı. Qaranlıq düşmüşdü. Göydə iri ulduzlar parıldayırdı. Amma o sevimli arvadının ətrindən onu tanımışdı. Bu qədər güllərin arasında onun öz ətri vardı ki, Heydər onu ayıra bilmişdi. Qarşı dayandı. Əllərini əllərinin içinə aldı. Baxdı, baxdı. Amma bir-birini güclə gördülər. Amma baxışlarını, gözlərini, təbəssümlərini yaxşı seçdilər. Heydər onu bağrına basdı. Dodaq onun gül qönçəsinə oxşayan dodaqlarını tapdı. Hər ikisi məst oldu”17.

Bu mətndə “amma” bağlayıcısı bir neçə dəfə işlənməklə sonrakı fikri əvvəlki ilə üz-üzə qoyur. Şeyx Heydərin həyətə daxil olması, qızılgüllərin ətrinin onu vurması, onların təravətinə qarşı sevimli arvadının ətrinin onu vurması iki situasiyanın qarşılaşdırması ilə bağlıdır. Burada iki ətir var; güllərin ətri və sevimli arvadının ətri. Bu situasiyada Aləmşahbəyimin ətri xüsusi fərqləndirilərək qızılgüllərə qarşı qoyulur; nəticədə də sanki mikromətn iki hissəyə bölünür; birində ifadə olunan fikir o birisinə qarşı qoyulur. İkinci hissədə işlənən “amma”lar bir-birini inkar edə-edə davam olunur. Mikromətndə verilmilş “amma” sanki mətni iki hissəyə bölür və həmin hissələrin üzərinə qoyulur.

Başqa bir misal:

Sultan Yaqub bacısı ilə ikilikdə danışırdı.

Sən mənim ana ayrı olsa da, ata bir bacımsan. Ər eldən gələr, övlad beldən gələr, bəs qardaş hardan gələr? Mən onun qanını ala bilərəm. Neçə yüz adam deyirsən boynunu vurdurum. Bütün ölkədə qırx gün təziyə məclisini saxlatdırım, matəm elan eləyim. Amma qardaşını başa düş. Bu sufi-salik taxtına göz dikmişdi. Qoşun yığırdı təlim keçirdi; Əfşar, Qacar, Varsaq tayfalarını mənim üstümə qaldırdı. Mən gec tərpənsəm sən bir gün ərinlə mənim matəmimi saxlamaq barəsində danışacaqdın. Onda qardaşını ağlayıb oxuyacaqdın, indi ərinə ağlayırsan”18.

Ziddiyyətli qarşılaşdırmada əks tərəflərin fikirlərinin qarşılaşdırılması ifadə olunur; fikirlərin qarşılaşdırılması məntiqi əməliyyatdır. Onların məğzində əvvəldə verilən fikrə qarşı dayanan digər fikir dayanır; həmin fikirlər uzlaşmır, qarşı-qarşıya dayanır; biri digərindən üstünlüyə malikdir. Mikromətndə qarşılaşdırılmalar iki şəkildə özünü göstərir. Birinci halda MSB iki hissəyə bölünməklə əvvəlinci fikir inkar olunur. İkinci halda isə “amma”, “ancaq”, “lakin” bağlayıcısının təkrar-təkrar işlənməsi ilə ikinci hissənin daxilində inkarlar.

VI. MSB-nin komponentləri arasında qarşılıq – güzəşt əlaqəsi.

Mətn dilçiliyinə aid yazılmış kitablarda MSB-nin komponentləri arasında bu tipli əlaqələrdən bəhs olunmur; lakin belə faktların bolluğu və komponentlər arasında əlaqənin qabarıqlığı bu əlaqə tipindən bəhs etdiyini labüdləşdirir:

Əbih Sultan Ərdəbildə Hüseyn lələ bəyin əlinə keçəndə o Muradı danışdırmış, Əbih Sultana harada rast gəldiyini öyrənməyə çalışmış, ona inansa da, Əbih Sultanın qaçaqlıqla məşğul olan bir adamla dostluq eləməyinə inanmamışdı. Təbrizdə dayandıqları ilk gecə o Muradı təzədən danışdırmaq fikrinə düşdü. Səfəri onu tapmağa göndərdi. Səfər də çox çətinliklə Muradı tapıb Hüseyn lələ bəyin yanına göndərdi”19.

Bu tipli MSB-lərdə ziddiyyət-qarşılaşdırmada olduğu kimi, qarşılaşdırma var, lakin o, güzəştli qarşılaşdırmadır. (Əbih Sultan lələ bəyin əlinə keçir, bu vaxt o qaçaq Muradı danışdırır, Əbih Sultanın Muradla əlaqəsini öyrənməyə çalışsa da, onların əlaqəsinə inanmır). Əgər – sa da, komponenti “amma” bağlayıcısı ilə əvəz olunsaydı, tam ziddiyyətli qarşılaşdırma olardı, bağlayıcıdan sonrakı hissə birinci hissəni (bağlayıcıdan əvvəlkini) tam inkar edərdi. Lakin burada güzəştli qarşılaşdırma vardır. Güzəştli qarşılaşdırma ziddiyyətliyə nisbətən yumşaqdır, konsensius əlamətləri onda vardır. Təqribən yuxarıdan mətndə belə bir düstur vardır; inansa da, inanmır (“Murada inansa da, Əbih Sultanın onunla əlaqəsinə inanmır”) Ziddiyyətli qarşılaşdırmada isə fikir birtərəflidir: inanmır.

VII. MSB-nin komponentləri arasında səbəb-nəticə əlaqəsi.

MSB-nin komponentləri arasında səbəb əlaqəsi bədii mətnlərdən ziddiyyət qarşılaşdırma əlaqəsi kimi çox geniş yayılmışdır. “Çünki” tabe edən bağlayıcı bu əlaqənin formalaşmasında xüsusi rola malik olur. MSB-nin komponentlərindən birində fikir ifadə olunur, sonrakında isə “çünki” bağlayıcısı verilməklə sonrakı komponentlərdə səbəb açıqlanır:

Yorğa at yüksək qiymətləndirilirdi. Çünki hökmdarlar at üstündə ölkənin bu başından o biri başına dəfələrlə gedir. Təbrizdən Bağdada, Bağdaddan Qahirəyə, Qahirədən Şama, Şamdan Təbrizə, oradan Xorasana. Onun atı yorğa yerişli olmasa, yorub əldən salar. Onsuz da mehtərlərin yüyənindən tutub saxladıqları atların hamısı yorğa yerişli idi”20.



Mikromətndə verilən birinci cümlə (“Yorğa at yüksək qiymətləndirilirdi”) “çünki” bağlayıcısı ilə sonrakı komponentlərdə açılış və birinci cümlədə ifadə olunan fikrin səbəbi əsaslandırılır. Deməli, dörd komponentli bu MSB-də sonuncu üç komponent arqument statusunda çıxış edir.


Download 74,19 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Download 74,19 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Birinci yarımbaşlıqda “Mürəkkəb sintaktik bütövlərin komponentləri arasında semantik əlaqə tipləri”

Download 74,19 Kb.