Üçüncü fəslin sonrakı yarımbaşlığında “Mikromətnlərin semantik cəhətcə əlaqələnmə prinsipləri”




Download 74,19 Kb.
bet13/16
Sana24.07.2021
Hajmi74,19 Kb.
#15966
1   ...   8   9   10   11   12   13   14   15   16
Üçüncü fəslin sonrakı yarımbaşlığında “Mikromətnlərin semantik cəhətcə əlaqələnmə prinsipləri”ndən bəhs olunur.

Əvvəlki bölmədə qeyd etdiyimiz kimi, makromətn forma ilə məzmunun vəhdətindən yaranır. Mikromətnlərin makro səviyyəsində əlaqələnmə prinsipləri də həm də ayrıca götürülmüş dil kontekstində də oxşarlıq təşkil edir.

Makromətnin komponentləri mikromətnlərdir; onların arasında olan zaman, ardıcıllıq, ziddiyyət, qarşılaşdırma, sadalama və s. münasibətlər obyektiv reallıq, yazıçı intensiyası və ifadə planının qarşılıqlı əlaqəsi reallaşır. Mikromətnlərdə komponentlər arasındakı semantik əlaqə tiplərindən danışarkən prof. K.M.Abdullayev yazır: “Mətndaxili əlaqələrin məna tiplərini məqsədəuyğun olardı ki, bu şəkildə qruplaşdıraq. Birinci qrupa eynizamanlılıq və ardıcıllıq əlaqəsini daxil etmək olar, başqa qrupa müqayisə, qarşılaşdırma və sadalama əlaqələrini daxil etmək olar”34.

Mikromətnlərin makroşəraitdə makromətnin komponentləri kimi əlaqələnməsi mikromətnin komponentləri arasındakı əlaqələnmə prinsipləri oxşar olduğundan eyni prinsiplərlə görə qruplaşdırıla bilər. Məsələnin çətinliyi ondadır ki, makromühitdə zaman, müqayisə-qarşılaşdırma, sadalama və aydınlaşdırma semantikalı mikromətnlər əlaqələnir; ikisi veriləcək informasiya hüdudunda birləşib bütövlük yaradırlar. Bu bütövlük makrosəviyyədə nisbi bitkinliyə, müəyyən qədər də avtonomluğa malik olur. Mikromətnlərin əlaqələnməsi zamanı eyni tipli və fərqli semantik əlaqələnmələrlə reallaşa bilər. Məsələn zaman+zaman; ziddiyyət+ziddiyyət və ya: zaman+ardıcıllıq, qarşılıq güzəşt+aydınlaşdırma və s.

Aparılan müşahidələrə əsasən deyə bilərik ki, komponentləri arasında semantik əlaqə cəhətcə oxşar və ya müxtəlif olan mikromətlər bir-biri ilə əlaqəyə girə bilər; bu cəhətdən onlara konkret ölçü qoymaq çətindir. Lakin onların daha çox hansılarla əlaqəyə girmə imkanları müəyyən qədər məhduddur.

Məsələn: zaman+zaman, zaman+ardıcıllıq nisbətən üstünlük təşkil edir. Məs:“Bələdçilər onları yolla keçirib pirin yanına gətirdilər. İsmayıl Qızılqanaddan düşdü. Qızılbaş ağsaqqalları da onun dalınca yeridilər. Pirin qarşısında İsmayıl dua oxudu. Əvvəldən hazırladıqları qoçu qurban kəsdilər”35.

Komponentləri arasında aydınlaşdırma əlaqəsi olan bu mikromətn sonrakı oxşar semantik əlaqəli mikromətnlə birləşir:

Onun qanından İsmayılın da alnına yaxdılar. Bunu Lələ bəy elədi. Sonra İsmayıl namaza dayandı və atlardan düşən müridlərin hamısı onun arxasında dayanıb namaz qıldılar”36.

Birincidə olduğu kimi, ikincidə də komponentlər arasında ardıcıllıq əlaqəsi mövcuddur. Deməli, məntiqlə belə məlum olur ki, ikinci mikromətnin semantikası birincinin davamıdır; ardıcıllıq anlayışı informasiyanın verilməsi xüsusunda onları bir araya gətirir və əlaqələndirir. Prof. K.M.Abdullayevdən gətirdiyimiz arqumentə görə, onlar zaman semantik əlaqəsi ilə bir qrupda birləşir; lakin bir-birini təkrar etmir. Beləliklə, müəyyən zaman ardıcıllığı ilə hadisələrin davamı iki ardıcıl gələn mikromətn arasında daha aydın nəzərə çarpsa da, fərqli olanlarda məsələ bir qədər mücərrədləşir. Misala müraciət edək:

Mahmud ağa gecə köynəyi əynində yataq taxtında çöməlmə oturmuºdu və bu dəm Mahmudun sifəti də əynindəki gecə köynəyi kimi ağappaq idi; Sofi başa düºdü ki, nə isə olub”;

Axır vaxtlar hərdən Sofiyə elə gəlirdi ki, Mahmudun sifəti yədi-bəyza kimi işıq saçır, amma bu dəfə Mahmudun bütün sifətində, iri göy gözlərində bir qorxu var idi.

Mahmud elə bil bu qorxudan daha iriləşmiş gözlərini Sofiyə zillədi:

Qarışıq yuxu gördüm Sofi!...

Sofinin ürəyi sakit oldu”37.

Birinci mikromətnin komponentləri səbəb-nəticə əlaqəsi əsasında əlaqələnmişdir. Sadə quruluşlu bu mətnin birinci komponenti “ Sofi başa düşdü ki, nə isə olub” cümləsi üçün səbəbdir; qeyd etdiyimiz kimi, ikinci isə həmin səbəbin nəticəsidir. İkinci mikromətn isə “amma” bağlayıcısının iştirakı ilə yaranan qarşılaşdırma əlaqəsi üstündə qurulub və həmin mikromətnin ikinci komponentində aydınlaşdırma münasibəti olsa da, həmin mətnin semantik əlaqəsini müəyyənləşdirəcək səviyyəyə yüksəldə bilmir; qarşılaşdırma onu üstələyir. Beləliklə, ikinci mikromətnin komponentləri arasında qarşılaşdırma əlaqəsi tam reallaşır. Elə olan halda qeyd olunan mətnlər arasında “səbəb-nəticə + qarşılaşdırma” modeli meydana çıxır.

Əgər qeyd olunan iki mətni nəzərdən keçirsək, birinci mətnin son komponenti olan “Sofi başa düşdü ki nə isə olub” cümləsi ikinci mətn üçün ümumiləşdirici cümlədir – ikinci mətn onun aydınlaşdırılmasına xidmət edir. Nəticədə bir-biri ilə əlaqələnmiş iki mətn arasında aydınlaşdırma əlaqəsi müəyyənləşir. Həmin əlaqənin təyin olunması iki mətn arasında aparılan semantik sintezə görədir. Semantik sintez prinsip etibarı ilə baş fikrin mətnlərin üst qatına çıxarılması ilə şərtlənir; yuxarıda qeyd etdiyimiz abstraktlıq da bununla bağlıdır.


Download 74,19 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16




Download 74,19 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Üçüncü fəslin sonrakı yarımbaşlığında “Mikromətnlərin semantik cəhətcə əlaqələnmə prinsipləri”

Download 74,19 Kb.