Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani




Download 345,89 Kb.
bet23/81
Sana12.12.2023
Hajmi345,89 Kb.
#116562
TuriMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   81
Bog'liq
Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)

Ekran nitqi. Buna telenitq də deyilir. Ekran nitqi kütləvi informasiya vasitələrindən ən dəyərlisidir. Bu nitq həm yazılı, həm də şifahi nitqin xüsusiyyətlərini özündə birləşdirir. Telenitq monoloji və dialoji formalarda olur, məzmun hərəki təsvir və səs ifadəsi ilə dinləyiciyə çatdırılır. Televiziya verilişləri zamanı bəzən təsvir, bəzən də sözün rolu ön plana çəkilir. Şübhəsiz ki, hər bir halda sözün, nitqin publisistik funksiyası daha geniş olur.
Çoxmilyonlu auditoriya üçün səsləndirilən bu nitqdə ədəbi dilin normalarına ciddi bir şəkildə riayət edilir. Danışan fikrini çatdırmaq üçün münasib formaları tapmağa, dilin sinonimik vasitələrindən yerli-yerində istifadə etməyə, cümlələri düzgün qurmağa çalışır. Burada orfoepik normaları - ədəbi tələffüz qaydalarını gözləmək daha vacib sayılır. Teleekran ədəbi dilin, xüsusilə orfoepik tələffüzün təbliğatçısı, yayıcısı, tənzimləyicisi olduğundan bu verilişlərdə həmin qaydalara xüsusi qayğı və tələbkarlıqla yanaşılır, əməl edilir və tələb olunur ki, danışanın nitqi diksiya baxımından aydın olsun, səslər öz məxrəcində deyilsin. Hər bir söz, söz qrupu ədəbi tələffüz normalarına uyğun, aydın, emosional və təsirli bir şəkildə tələffüz edilsin.
Ədəbi tələffüz təkcə səs və sözlərin düzgün deyiliş qaydalarından ibarət deyildir. Vurğu, ritm, tembr, pauza kimi prosodik ünsürlər də bu anlayışa daxildir. Bu mənalı səslənmə vasitələrindən düzgün istifadə telenitqin gözəlliyi, təsir effekti baxımından olduqca əhəmiyyətlidir.
Tamaşaçılar televiziya verilişlərindən etalon səviyyəli nitqi eşidir və əxz edirlər. Məktəblilərimizdə teleekranda səsləndirilən nitqdən, aktyor və ya diktor oxusundan xarakter parçalar lentə köçürülərək nitqin inkişafı məqsədilə aparılan məşğələlərdə nümunəvi səsli vəsait kimi istifadə olunur. Həmin məşğələlərdə səsli nitq nümunələri təhlil edilir, onların ədəbi dil, o cümlədən orfoepik tələffüz, intonasiya normalarının gözlənilməsi baxımından məziyyəti göstərilir. Belə vəsaitlər üzrə aparılan iş məktəblərimizdə ədəbi dilimizin öyrənilməsinə əhəmiyyətli dərəcədə kömək edir.
Çox təəssüf ki, teleekranlarda (xüsusən özəl kanallarda) çıxış edənlərin nitqində ədəbi dildən, onun normalarından uzaqlaşma halları da müşahidə edilir.
Bu daha çox ədəbi tələffüz normalarının pozulmasında özünü göstərir. Danışanların nitqində yerli şivəyə, adi danışıq dilinə xas olan qüsurlara (məsələn; qabul, münasibat, avvam, məhşur, yani, sa`naye, təyyin, məsəlçin, belənçik, nərazılıq, gorə, məytəf və s.) yol verilir. Belə qüsurların bir qismi söz vurğusunun qüsurlu deyilməsindən irəli gəlir. Məsələn; şu`ra, si`pər, peda`qoq, mü`xtəlif, dü`nya, nəzə`riyyə, psixolo`ji, sı`ğorta, ma`nevr, o`xu, da`ha, i`sim, si`fət və s.
Ekran nitqində müşahidə olunan digər qüsur orfoepiyası orfoqrafiyasından fərqli olan söz və qrammatik formaların yazılıdığı kimi deyilməsi və ya oxunmasıdır. Məsələn; yarpaqlar (yarpa [x]lar əvəzinə), vətəndən (vətənnən əvəzinə) alırlar (alıllar əvəzinə), qanlı (qannı əvəzinə), başlayır (başlıyır əvəzinə), alsa idi (alseydi əvəzinə ) və s. Bir sözlə, televiziya verilişlərində (eləcə də radio verilişlərində) qüsursuz, təmiz, etalon səviyyəli, canlı, təbii Azərbaycan dili səslənməlidir. Lakin bu tələbə həmişə riayət olunmur. Məsələn, “Sizi ünsiyyətə dəvət edirik” adlı bir televiziya verilişində ünsiyyətin vacibliyindən dönə-dönə bəhs olunurdu. Amma çox təəssüf ki, verilişin iştirakçıları rusdilli idilər, azərbaycanca çətin danışırdılar. Belə verilişlərə dilimizi yaxşı bilənlər, nitq qabiliyyəti olanlar cəlb edilsə, daha məqsədəuyğun olar.Ədəbi dilimizin, mədəni nitqin tənzimləyicisi, yayıcısı olan ekran nitqində qüsurlara yol verməmək üçün televerilişlər ciddi redaktə olunmalıdır. Verilişin hansı kanalda getməsindən asılı olmayaraq, orada ədəbi dilimizin qaydalarına, o cümlədən orfoepik normalarına ciddi şəkildə riayət edilməlidir. Bu nitq aydın, ardıcıl, düzgün, təmiz, rəvan, sadə, təsirli olmalıdır ki, geniş ünsiyyətə lazımi səviyyədə xidmət edə bilsin. Ədəbi dilimizin, mədəni nitqin tənzimləyicisi, yayıcısı olan ekran nitqində qüsurlara yol verməmək üçün televerilişlər ciddi redaktə olunmalıdır. Verilişin hansı kanalda getməsindən asılı olmayaraq, orada ədəbi dilimizin qaydalarına, o cümlədən orfoepik normalarına ciddi bir şəkildə riayət edilməlidir. Bu nitq aydın, ardıcıl, düzgün, təmiz, rəvan, sadə, təsirli olmalıdır ki, geniş ünsiyyətə lazımi səviyyədə xidmət edə bilsin.



Download 345,89 Kb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Download 345,89 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani

Download 345,89 Kb.