• Tavtologiya
  • Üslubi fonetika
  • Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani




    Download 345,89 Kb.
    bet46/81
    Sana12.12.2023
    Hajmi345,89 Kb.
    #116562
    TuriMühazirə
    1   ...   42   43   44   45   46   47   48   49   ...   81
    Bog'liq
    Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)

    Anaxronizm (yun. Ana – geri, xronos - vaxt) iki mənada işlədilir. 1. Tarixi səhvlər 2. Zamanın tələbinə uyğun gəlməyən köhnəlmiş adətlər, baxışlar,anlayışlar Məsələn, V.Şekspirin “Juli Sezar” faciəsində top, qüllə saatı sözləri işlədilmişdir. Halbuki bu sözlər qədim Romada olmamışdır. Ə.Yusifovun “Babək” dramında Babək deyir: “Xoşlanırıq rübaidən, qəzəldən”. Rübai janrı Babəkdən çox-çox sonra – XII əsrdə meydana gəlmişdir.
    Alogizm (yunanca məntiqə zidd) ümumiyyətlə, tarixi faktlara, məntiqə zidd olan söz və ifadə mənasında işlədilir. Ev yiyəsi nəşə içində cavab verdi. Ay oğul, sənə demədim bizim də küçədə toy olacaq. İndi bizim də küçədə bayram olacaq. “Bizim də küçədə bayram olacaq” ifadəsi dilimizdə XX əsrdə işlənməyə başlanmışdır. Ə.Nicatın XV-XVI əsrdəki Azərbaycandan bəhs edən “Qızılbaşlar” romanında bizim küçədə toy olacaq ifadəsi yerinə düşməmişdir.
    Bu və ya digər məfhumu ifadə etmək üçün hər bir yazıçı və ya şair dəqiq sözlər seçməyi, tapmağı bacarmalıdır. Uyğun və dəqiq söz seçilməyəndə nitqdə artıqlıq, sözçülük yaranır. Nitqdə söz və ifadə artıqlığı, bolluğu pleonazm və tavtologiya formasında özünü göstərir.
    Pleonazm (yun. artıqlıq) termini iki mənalıdır. 1. Eyni məfhumun başqa-başqa dil vahidləri vasitəsilə təkrarı. 2. Eyni tərkibli sinonim dil vahidlərinin toplusu, üslubi artıqlıq. Məs. Sən tələbəsən, mən mənəm. Məs. Ağzımda söz danışıram. Bax, bu qulaqlarımla eşitmişəm. Oturmuşam özüm üçün.
    Tavtologiya (yun. Tavto – həmin, özü, loqos - söz) adı çəkilmiş məfhumların başqa sözlərlə təkrar ifadəsidir Məs. Ütü ütüləmək. O mənim qardaşımdır, mən də onun qardaşı.
    Dil vahidlərinin üslubi növləri bunlardır: üslubi fonetika, üslubi leksika, üslubi onomastika, üslubi frazeologiya, üslubi morfologiya, üslubi sintaksis.
    Üslubi fonetika fonetik vahidlərdən üslubi məqsədlər üçün istifadə edilmə haqqında təlimdir. Bu təlimdə fonetikanın üslubi variantları, fonemlərin neytrallaşmasını, səslərin nitqdə tezliyi məsələsini, səs simvolizimini, səslərin qalın və incəliyinin məna ilə bağlılığını, sözlərin az və coxhecalılığının üslubi əhəmiyyətini, vurğu və intonasiyanın rolunu və.s. məsələləri öyrənir.
    Səslərin uzanması, qısalması, samit səslərin təkrarı, cingiltiləşmə, vurğu, heca , ahəng qanunu, sonor samitlərin işləkliyi, intonasiya və.s fonetik vasitələr nitqdə müxtəlif məna çalarlı üslubi fonetika yaradır.
    Alliterasiya eyni samit səslərin təkrarına deyilir. Al ilə ala gözlərin aldatdı aldı könlümü, Pıçıldaşır şirin-şirin şıltaq ləpələr, Sönmüş bir sevginin soyuğu gəlir.
    Assonas eyni saitlərin təkrarına deyilir. Azcıq aşım, ağrımaz başım və.s.

    Download 345,89 Kb.
    1   ...   42   43   44   45   46   47   48   49   ...   81




    Download 345,89 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani

    Download 345,89 Kb.