|
Mövzu 1 İnformasiya – kommunkasiya texnologiyalari fənninin predmeti plan
|
bet | 2/9 | Sana | 08.01.2024 | Hajmi | 113,79 Kb. | | #132005 |
Bog'liq .archivetempMovzu 1Elmi - texniki tərəqqinin naliyyətləri əsasında əldə olunan məhsulların alqı-satqı prosesi elmi- texniki məhsullar bazarını formalaşdırır. ETT maddi istehsalın və cəmiyyətin tələbatının genişlənməsi və mürəkkəbliyi ilə bilavasitə baglıdır.
İqtisadiyyatda ETT və ETİ anlayışları fərqləndirilir. ETT-dən fərqli olaraq ETİ istehsalın elmi əsaslarla ikişafının keyfiyyətcə və köklü surətdə həyata keçrilməsini xarakterizə edir.
Hər bir ölkənin ETT onun elmi- texniki potensialı ilə şərtlənir.Elmi – texniki potensiala aşğıdakılar aid edilir:
1.Kadr potensialı- alimlər,mühəndislər,elmi peadaqoji kadr hazırlığı ilə məşgul olan işçilər ,fəhlələr və s. daxildir.
2. Maddi – texniki resurslar- elmi tədqiqat və bu tipli digər işlərin həyata keçirilməsi, təkmilləşdirilmiş texnika və texnologiyaların nümunələrinin hazırlanması məqsədi ilə mövcud və nəzərdə tutulan əsas və dövriyyə fondları daxildir.
3.İnformasiya potensialı- elmi tədqiqat fəaliyyətinin və onun nailiyyətlərinin istehsalda istifadəsinə hazırlıq prosesinin informasiya təminatı üçün zəruri olan müxtəlif informasiya daşıyıcılarında yıgılmış məlumatların məcmusunu xarakterizə edir.
4. Təşkilati, iqtisadi və idarəetmə potensialı- elm və texnikanın birgə fəaliyyətini ümumiləşdirən üsul və vasitələrin məcmusundan ibarətdir.
ETT-nin səmərəliliyi 3 istiqamətdə hesablanır: iqtisadi,texnoloji və sosial.
1.Iqtisadi səmərəlilik- müxtəlif elmi- texniki yeniliklərin istehsalın nəticəsinə təsirini müəyyənləşdirməyə imkan verir.Elmi – texniki yeniliklərin mühüm istiqamətlərindən olan yeni texnikanın istehsalata tətbiqinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi konkret olaraq əmək sərfinin azaldılması,ümumi xərclərin tərkibində texnikanın istismar xərclərinin azaldılması,işə sərf olunan vaxtın azaldılması və əmək şəraitinin yaxşılaşdırılması kimi göstəricilərdən istifadə olunur.
Texnoloji səmərəlilik- yeni texnika və texnologiyaların texniki- iqtisadi göstəricilərinin yaxşılaşdırılması və təkmillşdrilməsini xarakteizə edir.
|
| |