|
Mövzu 1 İnformasiya – kommunkasiya texnologiyalari fənninin predmeti plan
|
bet | 7/9 | Sana | 08.01.2024 | Hajmi | 113,79 Kb. | | #132005 |
Bog'liq .archivetempMovzu 1Blok-sxem* əvvəlcədən ciddi təyin olunmuş həndəsi fiqurların təsviri ardıcıllığıdır. Blok-sxemlə alqoritmi təsvir etmək məqsədilə bloklardan istifadə olunur. Bloklar aşağılakılardır:
-prosesin başlanğıcı və sonu bloku;
verilənlərin klaviaturadan daxil edilməsi bloku;
-şərti və ya məntiqi blok;
Blok- sxem tərtib edərkən ayrı-ayrı bloklar bir-biri ilə istiqmətlənmiş oxlarla prosesin gedişatı istiqamətində birləşdirilir.
Proqramlaşdırma dilləri. Müxtəlif təyinatlı məsələlərin müasir kompüterlərdə həll olunması üçün standart proqramlar və tətbiqi proqramlar paketlərinin tətbiqi ilə yanaşı hazırda istifadəçi tərəfindən hazırlanmış proqramlardan istifadə də xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, istifadəçinin tərtib etdiyi proqramlar proqramlaşdırma dillərinin köməyi ilə həyata keçirilir.
Proqram- proqramlaşdırma dilinin əmrləri, funksiyaları və operatorlarının köməyi ilə tərtib olunmuş xüsusi yazılışlar ardıcıllığıdır. Qeyd etmək lazımdır ki, proqramlaşdırma dillərinin yaranma tarixi və inkişafı EHM-larının yaranma tarixi ilə sıx əlaqədar olmuşdur.
Kompüterə daxil ediləcək əmrlər danışıq dilinə yaxın xüsusi dillərdə yazılır. Belə dillərə proqramlaşdırma dilləri deyilir.
|
| |