Təşkilati-iqtisadi idarəetmə sisteminin informasiya əsasları




Download 113,79 Kb.
bet5/9
Sana08.01.2024
Hajmi113,79 Kb.
#132005
1   2   3   4   5   6   7   8   9
Bog'liq
.archivetempMovzu 1

1.4.Təşkilati-iqtisadi idarəetmə sisteminin informasiya əsasları
İqtisadiyyatın idarə edilməsi qarşısında duran vəzifələr müasir hesablama texnikası vasitələri tətbiq edilmədən yerinə yetirilə bilməz. İdarəetmə informasiyasının dönmədən artan həcmi öz növbəsində müvafiq işçilərin informasiya yükünün artmasına səbəb olur və işlənmənin avtomatlaşdırılması səviyyəsinin yüksəldilməsinin zəruri edir.
İstehsalın ıdarə edilməsi prosesində dövr edən informasiyanın öyrənilməsi onun tədqiqinin ümumi metodlarına əsaslanır.Bu zaman informasiya üç aspekdə tədqiq edilir.Praqmatik,semantik,sintaksis
İnformasiyaya praqmatik aspektdə baxıldıqda, idarəetmə prosesində qərarların qəbulu üçün informasiyanın praktiki cəhətdən nə qədər faydalı və qiymətli olması müəyyən edilir.
İstehsalın avtomatlaşdırılmış idarə edilməsi sistemlərin yaradılması zamanı informasiyanın praqmatik aspekdə öyrənilməsi istehlakçılar üçün informasiyanın zərurilik və kafilik dərəcəsini, faydalı informasiyanın həcmini ,faydasız sənədlər külliyatının miqdarını və.s müəyyənləşdirməyə imkan verir.İnformasiya həcmini ,işlənmə,saxlanma,verilmə tezliklərini və.s bilməklə informasiyanın işlənməsinin texniki vasitələrini hesablamaq olar.
İnformasiya semantik (mənaca) tədqiq edildikdə idarəetmə obyektinin vəziyyətini əks etdirən informasiyanın məzmununu açmağa və işarələr arasında olan münasibətlərin və ölçü vahidlərinin mənaca öyrənilməsinə imkan yaranır.İnformasiyaya semantik baxış iqtisadi göstəricilərin, obyektlərin təsnifatına. qarşılıqlı kodlaşdırma sistemlərinin yaradılmasına və beləliklə də, idarəetmədə baş verən hadisələrin, faktların, proseslərin və.s tam öyrənilməsinə imkan verir.
İnformasiyaya sintaksis aspektdə baxıldıqda onun məzmunu,mənası və istifadəedilmə xüsusiyyətindən asılı olmayaraq sistemdə işarələr arasında olan münasibətlər kəmiyyətcə müəyyənləşdirilir. İnformasiyanın kəmiyyətcə qiymətləndirilməsi onun maşında işlənməsi texnologiyasının səmərəli seçilməsi və layihələndirilməsinə, maşın daşıyıcılarının, onların maketlərinin səmərəli qurulmasına imkan verir.
İnformasiyaya hər hansı aspektdə baxılmasından asılı olmayaraq onun başlıca cəhəti qeyri-müəyyənliyi ləğv etməsidir.
İdarəetmə prosesində əsas məsələ hər hansı mümkün vəziyyətlər çoxluğundan müəyyən bir vəziyyətin seçilməsi aktıdır. Seçmə isə qeyri-müəyyənliklə (entropiya ilə) hüdudlanır və uyğun olaraq müəyyən miqdarda informasiya alınması ilə nəticələnir. Buradan aydın olur ki, informasiya ilə entropiya arasında mühüm əlaqə vardır. Görkəmli alim Klod Şennon informasiyanı məhz bu nöqteyi-nəzərdən izah edir: “informasiya seçmənin qeyri-müəyyənliyini ləğv etməklə onu müəyyənləşdirir”.
Müasir informasiya nəzəriyyəsinin banisi, amerikalı alimi Klod Şennon tərəfindən təklif olunmuş informasiya ölçüsü (sintaksis) hazırda çox geniş yayılmışdır. Klod Şennona görə informasiya ölçüsü baş vermiş və ya verəcək hadisələrin qeyri-müəyyənliyinin ölçüsü ilə əlaqədardır. Qeyri-müəyyənliyin ölçüsü entropiyadır.
Sistemdə qeyri-müəyyənlik nə qədər yüksək olarsa, entropiya bir o qədər böyük olur. Lakin sistem nə qədər nizamlı və mütəşəkkil olarsa və onun vəziyyəti haqqında doğru mühakimə yürütmək imkanı böyüyərsə, onda entropiya bir o qədər azalır.
Beləliklə, idarəetmə (informasiyanın alınması, saxlanması, təhlili prosesi) sistemdəki entropiyanı azaltmağa xidmət edir. Buna görə də seçmə və idarəetmə aktı həm təsadüfi, həm də məqsədyönlü ola bilər. İdarəetmə aktı məqsədyönlüdürsə, bu “qərar qəbul edilməsi” adlanır. İnformasiyanın sintaksis ölçüsü məsələsində ilkin və uğurlu yanaşma Şennona müəyəssər olmuşdur.
Norbert Vinerə görə entropiya-sistemdəki xaos, intizamsızlıq ölçüsüdürsə, informasiyanın miqdarı isə intizamlılıq, sahmanlıq ölçüsüdür. Bu mənada entropiyaya informasiya çatışmamazlığı ölçüsü kimi baxmaq olar. İnformasiya isə mənfi entropiya mənası daşıyır. Buna görə informasiyanı Z.Brillyüen “neqentropiya” (mənfi entropiya) prinsipi mövqeyində izah edir. “Neqentropiya” prinsipi informasiya ilə entropiya birləşdirir və sübut edir ki, bunları bir-birindən təcrid edərək öyrənmək mahiyyətcə düzgün deyildir.
Beləliklə, idarəetmə (informasiyanın alınması, saxlanması, işlənilməsi prosesi) sistemdəki entropiyanı azaltmağa xidmət edir. buna görə də seçmə idarəetmə aktı-həm təsadüfi, həm də məqsədə yönəldilmiş ola bilər. Idarəetmə aktı məqsədə yönəldilirsə, bu “qərar qəbul edilməsi” adlanır.
Bütövlükdə idarəetmə prosesi həm müəssisə və ya onun quruluş bölməsinə xətti (məsələn inzibati) rəhbərlik şəklində, həm də funksional rəhbərlik (məsələn, maddi-texnik təminat, mühasibat uçotu, nəzarət, iqtisadi təhlil və s.) vasitəsilə həyata keçirilir. Ona görə də informasiya sisteminin funksional əlamət üzrə quruluşu idarəetmə funksiyaları sistemini reallaşdıran funksional altsistemlər adlandırılan ayrı-ayrı hissələri özündə birləşdirir. Funksional əlamət altsisteminin təminatını, onun hansı fəaliyyət dairəsinə aid edilməsini, hansı əsas məqsədləri, vəzifələri və funksiyaları yerinə yetirməsini müəyyən edir.
Funksional altsistemlər xeyli dərəcədə informasiya sisteminin tətbiq sahəsindən asılıdır.
Obyektin xüsusiyyətindən asılı olaraq funksional altsistemlərinin sayı on addan çox ola bilər.
Bəzi funksional altsistemlər informasiya sistemlərinin tətbiq sahəsinin müxtəlifliyinə baxmayaraq eyni qaydada adlandırılsa da, onlar daxili məzmununa görə müxtəlif obyektlərdə bir-birindən xeyli fərqlənir (məsələn, mühasibat uçotu və hesabat funksional altsistemi bütün obyektlərdə mövcud olur). Hər bir funksional altsistemin spesifik xüsusiyyətləri altsistemin tərkibinə daxil olan funksional məsələlərdə özünü göstərir. Bununla yanaşı yeni informasiya texnologiyalarının meydana gəlməsi “məsələ” anlayışının daha geniş mənada baxılmasını, yəni ona bilavasitə istehsal prosesinin gedişinə idarəedici təsirlərin göstərməsi, yaxud qərarların qəbul edilməsi üçün idarəedici heyətə zəruri informasiyanın verilməsini təmin edən iqtisadi informasiyanın işlənməsinin bitmiş kompleks kimi baxılmasını şərtləndirir.
Beləliklə, məsələyə məlumatların işlənməsi sisteminin elementi kimi deyil, bütövlükdə idarəetmə sisteminin bir elementi kimi baxılmalıdır. Idarəetmənin funksional altsistemlərinin tərkibinə daxil olan funksional məsələlərin seçilməsi bir qayda olaraq idarəetmənin aşağıdakı bazalarına uyğun şəkildə aparmalıdır: planlaşdırma; uçot; nəzarət və iqtisadi təhlil; tənzimləmə icra.

Download 113,79 Kb.
1   2   3   4   5   6   7   8   9




Download 113,79 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Təşkilati-iqtisadi idarəetmə sisteminin informasiya əsasları

Download 113,79 Kb.