• Mövzu 31 Mərkəzi emal modulu-MEM (CPM)
  • Mərkəzi kommutasiya sahəsi -MKS (CNET)
  • Mövzu 32 Rabitə yaradılmasını idarə edən modul-RİM (CCM)
  • Xidmət növlərinin emal modulu (SPM).
  • Bölüşdürülən avadanlıqlar modulu
  • Xətti interfeys modulu (LİM). Xətti interfeys modulu əsas 3 növ interfeys əlaqəsini yaratmağa imkan verir.Bu interfeysləri nəzərdən keçirək. 1
  • Əlavə idarəetmə modulu (BAM)
  • Qəza siqnallaşmasının inteqrallaşdırılmış bloku
  • Mövzu 33 CC08 tipli ATS-də çağırışlara xidmət olunma prosesi Çağırışlara xidmət olunma haqqında ümumi məlumat
  • Mövzu 34 Stansiyadaxili rabitənin yaradılması
  • Mövzu 35 Çıxış rabitəsinin yaradılması
  • Mövzu 36 Giriş rabitəsinin yaradılması
  • Mövzu 37 İntellektual Təmir Bürosu Mərkəzi (İTBM)
  • Mövzu 38 İTBM platforması aşağıdakı alqoritmlərlə işləyir.
  • “ telefon nömrəsi düzdürsə” “1” rəqəmini (düyməsini) yığın
  • “yığdığınız nömrə səhvdir”
  • “ Sizin sifariş “xx/xx” tarixində saat “ yy yy ” daxil olub
  • “sizin sifarişiniz qəbul olundu”
  • Mövzu 39 İTBM-dən emal olunan çıxış sənədlər
  • Mövzu 40 NGN şəbəkələrində xidmət növlərinin təşkili
  • Mövzu 41. Əlavə növ rabitə xidmətləri
  • Mövzu 42 Ənənəvi rabitə xidmət növləri
  • Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar




    Download 0,52 Mb.
    bet4/4
    Sana18.09.2020
    Hajmi0,52 Mb.
    #11413
    1   2   3   4

    Şəkil 8.2. C&C08-128-in struktur sxemi

    - bölünən avadanlıqlar modulundan BAM (SRM);

    - xətti interfeys modulundan XİM (LİM);

    - sistemin sinxronlaşna modulundan SSM (STM);

    - əlavə idarəetmə modulundan ƏİM (BAM);

    - qəza siqnallaşmasının inteqral blokundan QSİB (ALM) ibarətdir.

    C&C08-in kommutasiya sistemi böyük sayda standart fiziki interfeyslərdən və kifayər qədər böyük həcmli şəbəkə birləşməsi matrisindən (cədvəlindən) təşgil olunur. Müxtəlif tutumlu kommutasiya sistemi yaratmaq üçün bu interfeyslər şəbəkə avadanlığı rolunu görür və müvafiq proqram təminatı yükləndikdə siqnallaşma protokolu funksiyasını yerinə yetirirlər.

    Mövzu 31

    Mərkəzi emal modulu-MEM (CPM)
    MEM özü də ASM və CPC platalarından ibarətdir. CPC yüksək məhsuldarlığa malik olan MPU 860 növlü prossesordan istifadə edilməklə qurulmuşdur.

    Müxtəlif proqram təminatlarının yüklənməsindən asılı olaraq CPC platası texniki xidmət, qəza siqnallaşması, avadanlığının idarə olunması, mərkəzi verilənlər bazasının idarə olunması və şinlərin idarə olunması funksiyalarını yerinə yetirə bilər.



    Mərkəzi kommutasiya sahəsi -MKS (CNET)
    Mərkəzi kommutasiya sahəsi periferiya kommutasiya sahəsinin-PKS(SNU) platalarından və mərkəzi kommutasiya sahəsi-MKS(CNU) platalarından təşgil olunmuşdur.Mərkəzi kommutasiya sahəsi 128k TS (zaman intervalı) 128kanalın trafikini kommutasiya etmək imkanına malikdir.

    128kx128k kommutasiya matrisası 512 giriş və 512 çıxışlı HW tipli yüksək sürətli xəttlərin kommutasiyasını (qoşulmasını) təmin edir. Hər bir HW xətti 16.384Mbit/s sürətli 256 zaman intervallı kanal kimi işləyir (istifadə edilir). Bu kanal qısa olaraq, çox vaxt, 16M HW adlanır. Rabitə xəttlərini sayını azaltmaq üçün 16 ədəd 16M HW bir ədəd yüksək sürətli optik lifli (HOFL tipli) kanala multipleksləşdirilirlər (yerləşdirilir) ki, bu kanalda da veriliş sürəti 393.2 Mbit/s olur. MKS-in strukturu sxemdə göstərilmişdir.


    Kommutasiya sahəsi şəbəkəsinin belə prinsiplə qurulması kanallar arasında zaman intervallarının mübadiləsi zamanı kanalların artıq yüklənməsinin qarşısını alır.

    Mövzu 32

    Rabitə yaradılmasını idarə edən modul-RİM (CCM)
    Bu modul kommutasiya sahəsinin kadr platalarından-KSKP(FSN) və idarəetmə platalarından-İP (BAC) ibarətdir. RİM modul C&C08 ATS-in müxtəlif modullarına rabitənin idarə olunması üçün vacib olan bütün verilənlərin ötürülməsini təmin edir. Bütün KM modulları digər modullarla yaradılan rabitənin idarə edilməsi üçün vacib olan informasiyaları RİM vasitəsi ilə mübadilə edir.

    İki səviyyəli struktura malik olan RİM modulundan və yüklərin bölünmə sxemindən istifadə olunması sistemin etibarlılığını yüksəldir.



    Şəkil 1-də kadr kommutasiya sahəsi platasının sxemi təsvir edilmişdir.


    Şəkil 1. Kadr kommutasiya sahəsi platasının sxemi


    RİM modulunun hər bir səviyyəsi HW tipli 56 ədəd giriş xəttinə və eyni tipli 56 ədəd çıxış xəttinə malikdir.

    Şəkildən göründüyü kimi trafikin həcmindən asılı olaraq dinamik qaydada veriliş sürəti avtomatik dəyişir. Bu isə şəbəkənin artıq yüklənməsinin qarşısını alır. Kommutasiya sahəsinin kadr platasının RİM modulunun tərkibində olması onun buraxma zolağının 512Mbitə qədər artırılmasına imkan verir.


    Xidmət növlərinin emal modulu (SPM).
    Huawei kompaniyası böyük həcmli şəhərlərarası stansiyalar və eləcə də, tranzit stansiyalar üçün XNEM-in köməyi ilə xüsusi olaraq birləşdirici xəttlər şəbəkəsinin qurulması üsulu işləyib hazırlanmışdır. XNEM modulu xidmət növlərinin emal edilən platasından, XNEM mərkəzi emal kartından-MEK və şinlərin idarə olunma kartından-ŞİK ibarət olub xidmət növləri və protokollarını emal etmək üçün standart KM modulunu əvəz edir. XNEM platasının qurulmasında MPU/860 Pentium prossesorundan istifadə edilir. MEK-in hər bir kartı 7 saylı ümumi kanal siqnallaşmasının 4 manqasını emal etmə imkanına malikdir. Sistem online rejimində işləyərkən xidmət növünün təqdim olunmasını dayandırmadan onun emal etmək məhsuldarlığını artırmaq mümkündür.

    Birləşdirici xəttlər şəbəkənin bu üsülla qurulması KM üsulu ilə qurulmaya nisbətən şəbəkənin qurulmasına sərf edilən xərcləri azaltmağa və inteqral xidmət göstərmə dərəcəsini artırmağa imkan verir.



    Bölüşdürülən avadanlıqlar modulu
    BAM modulu iki platadan təşgil olunur. Onlar SPD və SRC plataları adlanırlar. SPD platası tonal siqnalları hasil edərək istifadəçilərin tələblərindən asılı olaraq dinamik üsulla onları xəttlərə qoşur. SRC platası SPD platası ilə eyni struktura malikdir. Lakin SRC platası başqa proqramla yüklənir və başqa funksiyaları yerinə yetirir. Belə funksiyalara tonal siqnalların qəbulu, MFC, CİD çevrilməsi, videokonfrans və s. aiddirlər. Bütün bu avadanlıqlar BAM vasitəsi ilə dinamiki olaraq paylaşdırırlar.
    Xətti interfeys modulu (LİM).
    Xətti interfeys modulu əsas 3 növ interfeys əlaqəsini yaratmağa imkan verir.Bu interfeysləri nəzərdən keçirək.

    1. 40,96 Mbit/s sürətli xarici optik interfeys, OBC/RBC platası ilə yaradılır və KM modullarının qoşulması üçün istifadə edilir. Ondan həm də xarici sistemlərlə siqnallaşma üçün istifadə edilir.

    2. Eİ/Tİ interfeysi. Belə interfeys E16/T16 platası vasitəsi ilə təqdim edilir. Bu interfeyslərdən yarımstansiya kommutasiya modulları-YKM ilə rabitə yaradılarkən istifadə edilir. Bu interfeys YKM moduluna qoşulduqda rabitə daxili siqnallaşma vasitəsilə yaradılır. Digər qurğulara qoşulan zaman siqnal informasiyaları R2, CAS,1/3 bit, №5 və 7 saylı siqnallaşma sistemləri vasitəsilə həyata keçirilir ki, buda şəbəkənin təlabatı və imkanlarına müvafiq olur.

    3. SDH155 Mbit/S interfeysi STU platası vasitəsi ilə təqdim edilir. Bu interfeys SDH veriliş şəbəkəsinə birbaşa qoşulmağa imkan verirki, oda digər xarici qurğularla əlaqə yaratmaq üçün vacibdir.

    Şəkildə aşağıdakı interfeyslər təsvir edilmişdir:

    -SDH interfeys – SDH interfeysi;

    -E1/T1 interfeys - E1/T1 interfeysi;

    -İntemal optik interfeys- daxili optik interfeys.

    Əlavə idarəetmə modulu (BAM)
    Əlavə idarəetmə modulu (BAM) onun üçün hazırlanmış rəfdə yerləşdirilir. Kommutatorun tutumundan asılı olaraq istifadəçilər bir vəya bir neçə serverden istifadə edə bilərlər. C&C08 ATS-in terminal qurğuları NT platformasında və SQL serveri ilə proqram təminatının dayanıqlı işini təmin edən iş rejimində işləyə bilirlər. Bundan əlavə istifadəçilər əlavə diskli massivlərdən də lazımı gəldikdə istifadə etmək imkanlarına malik olurlar.

    Server Ethernetin 10Mbit/s, 100Mbit/s kanalları vasitəsi ilə kənar avadanlıqlarla verilənləri mübadilə edir və local şəbəkə LAN vasitəsi ilə müxtəlif işçi stansiyalara qoşula bilir. Bunun sayəsində stansiyanın texniki xidmətləri digər stansiyalarla mövcud verilənlərin mübadiləsini, qəza siqnallaşmasını və uzaqda yerləşən mərkəzi texniki xidmət sistemi ilə məlumat mübadiləsini təmin edir.


    Qəza siqnallaşmasının inteqrallaşdırılmış bloku

    Qəza siqnallaşma bloku ardıcıl port vasitəsilə ƏİM sisteminə vəya işçi stansiyaya qoşulur. Bu qurğu qəza siqnallarını səs və işıq siqnalı formasında hasil edir. Belə siqnallar sistemdə baş verən qəzanın səviyyəsini, növünü və yerini bildirirlər. Belə siqnallara əsasən operator sistemə qəzanın baş vermə yeri və səbəbi haqqda sorğu verə bilir və onlar barədə daha dəqiq məlumat ala bilir. Qəza siqnallaşması sisteminin tərkibinə: elektrik qida sisteminin qəza siqnallaşması, akkumlyator sisteminin qəza siqnallaşması, avtozalın qəza siqnallaşması və təhlükəsizlik sisteminin qəza siqnallaşması aiddirlər.


    Kommutasiya modulu (SM)

    Kommutasiya modulunun əsas vəzifəsi çağırışları emal etmək və C&C08 sisteminin bütün platalarına xidmət etməkdən ibarətdir. Yəni çağıran abunəçinin xəttinin təyin edilməsini, tonal siqnallarını generasiya edilməsini, nömrələrin qəbul və analiz edilməsini həyata keçirməklə rabitə yaratmaqdan ibarətdir. KM modulu analoq və rəqəm abunəçi xəttləri, analoq və rəqəm birləşdirici xəttlər interfeyslərinə və eləcə də abunəçi verilənlərinin ötürülməsi üçün istifadə edilən çoxlu sayda digər interfeyslərə malikdir. KM modulunun kommutasiya sahəsinin tutumu 4Kx4K olub kanalların zamana görə bölünməsini təmin edir. Bu modul müstəqil olaraq kanal intervallarını kommutasiya edir və AM/CM modulunun mərkəzi kommutasiya sahəsi (CNET) ilə işləyərək KM modulları arasında rabitə yaradılması funksiyasını yerinə yetirir. KM modulunun əsas prossesoru Pentium mikrosxemindən ibarət olub yaddaş həcmi 32 MDRAM-a qədər olur.

    KM modulu əsas ənənnəvi danışıq xidmətləri interfeysindən əlavə, standart İSDN interfeysi, internete qoşulmaq üçün istifadə edilən V5 qoşulma bloku interfeysi də təqdim etmək imkanına malikdir.

    KM modulunun max tutumu 6688 (USM) tipli abunəçi xətti vəya 3344( BRİ) tipli abunəçi xəttinə malikdir. Birləşdirici xəttlərin kommutasiya modulu (TSM) kimi istifadə edilərsə onda AM modulunu max tutumu 1440 DT tipli birləşdirici xətt ola bilir. Abunəçi və birləşdirici xəttlərin eyni zamanda kommutasiyası funksiyalarını yerinə yetirmək üçün AM modulu UTM standart tutumu uyğun olaraq 4560 ASL/480 DT vəya 2280DSL/480 DT tutuma malik olurki, onlar da bir stativdə yerləşdirirlər. KM modulunda internete qoşulmaq üçün İAU tipli blok qoyulur. İAU-nun hər bir rəfi internet xidmətləri üçün 240 port təqdim etmək imkanına malikdir.

    KM modulunda analoq, DSL rəqəm və danışıqları emal edən platalar eyni tiplidirlər. Modulun tərkibində olan LAP,№7,PRA, PHİ, VE5.2 protokollarını emal edən müxtəlif platalar öz sturukturalarına görə bir-birləri ilə eynidirlər. Onlar yalnız proqramları emal etmək üçün müxtəlif proqram təminatları ilə yüklənirlər. 1KM modulunda eyni zamanda müxtəlif protokolları emal edən platalar ola bilər. Müxtəlif plataların protokollarını emal edən UKS №7 siqnallaşmasını emal edən plata, R2 siqnallaşmasını emal edən üsullar da eyni ola bilər. Məsələn platanın və DTR platası üçün eyni emal üsulu tətbiq oluna bilərlər.
    Mövzu 33

    C&C08 tipli ATS-də çağırışlara xidmət olunma prosesi

    Çağırışlara xidmət olunma haqqında ümumi məlumat
    C&C08 tipli ATS-də çağırışlara xidmət olunma prosesin əməliyyat sistemi (OS) verilənlər bazasının altidarəetmə sistemi - VBAİ əsasında təşkil edilir. Çağırışlara xidmətetmənin altsistemi şəkil 8.10-da göstərilmişdir.

    Çağırışlara xidmətetmə prosesi UİTŞ, verilənlərin ötürülməsi və inteqral xidməti rabitə şəbəkəsi ilə yaradılan bütün xidmətlər zamanı birləşmələrin yaradılmasıını təmin edir.

    Çağırışlara xidmətetmə sistemi bu tip ATS-də üç növ modullardan istifadə edilməklə təmin edilir. Bu modul aşağıdakılardır:


    • rabitəni idarəedən blok – RİB ;

    • resurları idarəedən modullar – RİM. Bu modullar DTMF siqnallarını

    idaetmək üçün , stansiyadaxili verici-qəbuledici avadanlıqlarının və şəbəkənin idarə olunması üçün istifadə edirlər;

    • siqnallaşma sisteminin emal modulları - SSM. Belə modullar ayrılmış

    kanal və ümumikanal siqnallaşmasını emal etməyə xidmət edirlər.

    Rabitə yaradılması prosesində çağırışların emal sistemləri arasında və eləcə də modullar arasında xüsusi məlumat mübadiləsi rejimi istifadə edilir. Bu zaman verilənlər bazasına qoşulma asinxron rejimində təmin edilir.

    C&C08 tipli ATS-də eyni zamanda bir neçə verilənlər bazasından istifadə edilə bilər. Bunlara baza çağırışları üçün olan DBMS, DBMS Centrex, DBMS İN, DBMS TMN və s. verilənlər bazası aiddir.

    Hər bir siqnallaşma sistemi modulu (SSM) müxtəlif standartlara cavab verir və mövcud siqnallaşma sisteminin növləri ilə məsələn Q.931 R2, TUP, İSUP-la işləyir.

    Rabitə yaradılarkən birləşmələrdə bir ədəd çagırılan SSM, bir ədəd RİB və bir ədəd çağırılan SSM iştirak edir. SSM protokolların razılaşmasını təmin edir. Razılaşma şəbəkə interfeys protokolları vəistifadəçi – şəbəkə interfeysi arasında aparılır. RİB –in əsas vəzifəsi nömrələri analiz etmək, daxili protokolları idarə etmək, qoşulan kanalların vəziyyətini araşdırmaq və təqdim edilən rabitə xidmətinin dəyərini qeyd etməkdən ibarətdir.

    ATS-ə çağırışın daxil olunması SSM tərfindən qeydə alınır və bu halda o çağıran SSM kimi başa düşülür. Çağıran SSM şağırış haqda olan məlumatı rabitə yaradılması üçün RİB-ə verir.




    Mövzu 34

    Stansiyadaxili rabitənin yaradılması
    C&C08 tipli ATS-də stansiyadaxili rabitənin yaradılması prosesi əsasən beş mərhələdə həyata keçirilir.

    I mərhələ. Çağıran abunəçiyə stansiyanın “cavab” siqnalının göndərilməsi. ATS- ə qoşulmuş telefon aparatlarından birində mikrotelefon dəstəyi qaldırıldıqda, onun stansiyada yerləşən abunəçi komlekt (ASL) çağırış daxili olduğunu qeydə alır. Bütün abunəçi komplektləri kommutasiya modulunun (KM) tərkibində cəmləşdirir. Hər bir kommutasiya modulunun tərkibinə abunəçilərin prosessor modulu-APM (MPU) və DTVMF qurğusu daxildir. APM özü isə siqnallaşma sistemini idarə edən moduldan-SSM (SPM-ASL), rabitəni idarə eədn blokdan – RİB (CCB) və verilənlər bazasının altıidarəetmə sistemindən – VBAİ (DBMS) təşkil edilən bir prosessordur. Abunəçidən çağırış daxil olması haqda olan məlumatı ASL palatasının abunəçi xətləri prosessoru rabitə prosessoru vasitəsi ilə qəbul edilir. SSM-ASL çağıran abunəçinin verilənlərinin sorğusunu apararaq onun rabitə yaratmaq hüququnun olmasını araşdırır.

    Çağıran abunəçiyə stansiyanın “cavab” siqnalının göndərilməsi sxemi şəkil 8.11-də göstərilmişdir.

    Əgər çağıran abunəçinin rabitə yaratmaq hüququ vardırsa, onun abunəçu komplektinə RİB bloku qoşulur və onu məşğul edilmiş vəziyyətə keçirir.

    Çağıran abunəçinin telefon aparatı tonal yığımlı aparat olduqda, onun xəttinə DTMF qəbuledicisi qoşulur. Bundan sonra APM rabitə yaradılmasının mümkün olduğunu təyin edir və həmin abunəçinin terminal moduluna komanda göndərir ki, çağıran xəttə stansiyanın “cavab” siqnalı göndərsin.

    ASL-dən çağıran abunəçiyə stansiyanın “cavab” siqnalı göndərilməyə başlayır.

    II mərhələ. Rəqəmlərin qəbulu və təhlili. Stansiyanın “cavab” siqnalını eşidən abunəçi çağırmaq istədiyi abunəçinin ünvan məlumatını bildirən nömrə rəqəmlərini yığmağa başlayır. Nömrənin birinci rəqəmi qəbul edildikdə rəqəmləri qəbul edən qurğu (DTMF), stansiyanın “cavab” siqnalını göndərən dövrəni xətdən açır. Tələb edilən sayda rəqəmlər qəbul edildikdən sonra abunəçilərin prosessor modulu (MPU) onları emal edir. Bundan sonra rabitənin idarəetmə bloku (CCB) verilənlər bazasının idarəetmə sisteminə (DBMS) müraciət edir və nömrənin prefiksini (ilk rəqəmlərini) təhlil etməklə stansiyadaxili rabitə yaradılmasına vacib olduğunu müəyyənləşdirir. Müəyyən sayda rəqəmlər qəbul edildikdən sonra SSM-ASL DTMF qəbuledici qurğusunu azad edir.

    III mərhələ. Çağrılan abunəçiyə çağırış siqnalının göndərilməsi. Bu proses aşağıdakı ardıcıllıqla həyata keçirilir. RİB bloku qəbul edilmiş rəqəmlərə əsasən VBİA-da çağırılan abunəçinin koordinatlarını axtarıb tapır və çağırılan tərəfə onun abunəçi komplektinin məşğul edilməsi barədə bir komanda göndərir. Çağrılan abunəçinin komplektinin məşğul və ya boş olması müəyyənləşdirilir. Əgər həmin abunəçinin ASL komplekti məşğul deyildirsə çağrılan tərəfin SSM-ASL-i ona çağırış siqnalı göndərir. Bundan sonra çağırılan abunəçinin komplekti məşğul olan vəziyyətə keçirilir. Daha sonra RİB blokuna çağrılan abunəçiyə çağırış siqnalının göndərildiyi barədə məlumat çatdırılır. RİB bloku çağrılan abunəçiyə çağırış siqnalının göndərilməsini təmin edir. Bu siqnal çağrılan abunəçinin öz komplektindən göndərilir. Çağıran abunəçiyə çağırışa nəzarət, çağrılan abunəçiyə isə çağırış siqnalının göndərilməsi sxemotik olaraq şəkil 8.12-də göstərilmişdir.

    Şəkildə göstərilmiş rəqəmlərlə əməliyyatların yerinə yetirilməsi ardıcıllıqlarını təsvir edilmişdir.



    1-nömrənin birinci rəqəminin qəbul edilməsi;

    2-stansiyanın cavab siqnalı göndərilməsinin dayandırılması;

    3-nömrənin sonrakı rəqəmlərinin ötürülməsi;

    4-məlumatların RİB -ə verilməsi;

    5- prefiksin təhlili;

    6-çağırış emalı məlumatlarının verilməsi;

    7-DTMF registirinin azad edilməsi;

    8- RİB-dən SSM- ASL-ə məlumat verilməsi;

    9- çağırılan abunəçiyə çağırış siqnalının göndərilməsi;

    10- çağırılan abunəçiyə çağırış siqnalının göndərilməsi barədə

    məlumatın verilməsi;



    11- çağıran SSM-ASL-ə həmin məlumatın verilməsi;

    12- çağırışa nəzarət siqnalının eşidilməsi.
    IV mərhələ. Danışıq dövrəsinin yaradılması. Çağırılan abunəçi mikrotelefon dəstəyini qaldırdıqda, onun abunəçi komplekti dəstəyin qaldırıldığını qeyd edir və çağırış siqnalının göndərilməsi dövrəsini açır. Bundan sonra RİB bloku çağıran SSM-ASL vasitəsilə verir. Daha sonra RİB bloku çağıran və çağırılan telefon aparatları arasında danışıq traktının yaradılmasını həyata keçirir.

    Danışıq traktının sxematik təsviri şəkil 8.13-də verilmişdir.



    V mərhələ. Danışıq dövrəsinin açılması və cihazların ilk vəziyyətə qaytarılması. Çağıran abunəçi tərəfindən birinci olaraq mikrotelefon dəstəyinin yerinə qoyulması (otboy verilməsi) onun xətti qoşulmuş ASL – də qeydə alınır. RİB bloku belə informasiyanı təsdiq etdikdə çağıran və çağırılan SSM modullarına yaradılmış birləşmənin açılması barədə məlumat göndərir. Çağıran tərəfin SSM modulu belə bir informasiyanı alan kimi dərhal çağıran abunəçinin ASL komplektini dövrədən açır. Çağrılan SSM isə belə informasiyanı alan kimi çağırılan abunəçi xəttinə məşğulluq siqnalı dövrəsini qoşur və onun aparatına belə siqnal göndərilir. Çağırılan abunəçi otboy verdikdə yaradılmış dövrə tam azad edilir və rabitə yaradılmasında iştirak etmiş digər qurğular da qeyri-aktiv (ilk) vəziyyətə gətirirlər.

    Mövzu 35

    Çıxış rabitəsinin yaradılması
    Çıxış rabitəsi yaradılan zaman yerinə yetirilən əməliyyatlar stansiyadaxili rabitənin iki iki mərhələsində olduğu kimi yerinə yetirirlər. Çıxış rabitəsinin sonrakı mərhələsi rəqəmlərin təhlili qurtardıqdan sonra başlayır. Belə ki, yaradılacaq rabitənin çıxış rabitəsi olması təyin edildikdən sonra RİB bloku stansiya verilənlərə əsasən boş birləşdirici xətti seçir və birləşdirici xətlərin siqnallaşma sistemi moduluna (SSM-DT) rabitə yaratmaq üçün sorğu göndərir. SSM-DT həmin birləşdirici xətti çıxış rabitəsi yaratmaq üçün hazırlayır. Əgər seçilmiş birləşdirici xətt ayrılmış siqnal kanalı ilə təmin edilmişdirsə, onda birləşdirici xətlər modulu ehtiyatada olan MFC-dən istifadə olunmasını təmin edir. Bundan sonra həmin modul digər ATS-ə məşğul edilmə sorğusunu göndərir. “Məşğul edilmə” siqnalının təsdiqini aldıqdan sonra bu modul çağırılan ATS-in RİB blokuna rabitə yaradılmasını təmin etmək üçün sorğu göndərir. Həmin ATS-in RİB-dən verilən informasiyanı qəbul edən SSM-TD MFC registrinə və ya məlumat göndərəcək modula komanda göndərir ki, çağrılan abunəçinin nömrəsini versin.

    Rabitə yaradılması haqqında tam informasiyanı qəbul etdikdən sonra çağırılan abunəçinin xəttinin vəziyyəti yoxlayır. Əgər çağrılan abunəçi xətti boşdursa uzaqda yerləşən ATS çağrılan abunəçiyə çağırış siqnalı göndərir və bu haqda çağıran abunəçiyə məlumat verir. Çağırılan abunəçinin ATS-də RİB bloku MFC registrini azad edir və çağrılan abunəçi xəttini danışıq dövrəsinə qoşur. Bundan sonra çağıran abunəçinin aparatına digər ATS-dən çağırışa nəzarət siqnalı göndərilir. Çağırılan abunəçi cavab verdikdə hər iki telefon apparatı arasında danışıq dövrəsi yaradılmış olur. Çıxış rabitəsinin yaradılması sxemotik olaraq şəkil 8.14-də göstərilmişdir.

    Şəkil 8.14-də oxlar üzərində göstərilən rəqəmlər ATS daxilində əməliyyatların yerinə yetirilməsi ardıcıllığını göstərir.

    Çağıran abunəçidən otboy siqnalı daxil olduqda onun ASL komplektindən RİB blokuna dövrənin açılması sorğusu göndərilir. RİB bloku həm çağıran həm də çağrılan SSM tərəfin modullarına dövrənin açılması barədə komanda göndərir. Bundan sonra RİB çağıran abunəçinin komplektini azad edir. Daha sonra birləşdirici xətlər modulu (SSM-DT) digər ATS-in abunəçisinə dövrənin açılması barədə komanda göndərir və vaxt qurğusunu işə salır. Vaxt tamam olan kimi və ya digər tərəfdən təsdiq cavabı aldıqda SSM-DT stansiyalararası birləşdirici xətti azad edir və bütün qurğular ilk vəziyyətə qayıtmış kimi qeydə alınır.



    Mövzu 36

    Giriş rabitəsinin yaradılması
    Digər ATS-dən daxil olan çağırışlar giriş xətləri modulunda DTM vasitəsi ilə qeydə alınır və bu haqda ARM-ə məlumat göndərir. Şəkil 8.15-də giriş rabitəsinin sxemini təsvir edilmişdir.

    Əgər siqnallaşma ayrılmış kanalla təmin edilirsə, onda çoxtezlikli registrin (MFC) qoşulması təmin edilir. Bundan sonra APM modulu DTF platasına qarşı tərəf məşğul edilmənin təsdiqi barədə siqnal göndərmək və nömrə rəqəmlərinin qəbul edilməsinə hazır olmaq əmrini göndərir. Qarşı tərəfdən müəyyən sayda rəqəmlər daxil olduqdan sonra RİM onları analiz edir və prifiksə görə çağrılan abunəçi xəttinin bu ATS-ə qoşulduğu müəyyənləşdirilir. Bütün rəqəmlər qəbul edildikdən sonra, lazım gələrsə qarşı tərəfə abunəçinin kateqoriyası haqda məlumat göndərilir. Bundan sonra RİM çağırılan abunəçinin verilənlərini VBİA-da axtarıb tapır və onun məşğul edildiyini qeydə alır. Əgər çağırılan abunəçinin xətt azalırsa, onda RİB bloku onun ASL-nə komanda göndərir ki, abunəçi xəttinə çağırış siqnalı dövrəsini qoşsun və bu haqda SSM-DT moduluna məlumat göndərir. Registr dövrədən açılır və çağıran stansiya tərəfə çağırışa nəzarət siqnalı göndərir.

    Çağırılan abunəçi mikrotelefon dəstəyini qaldırdıqda RİB bloku SSM-DT moduluna danışıq dövrəsinin yaradılması komandası göndərilir. SSM-DT çağıran abunəçiyə çağırışa nəzarət siqnalının göndərilməsini dayandırır və danışıq dövrəsini yaradır.

    Çağıran abunəçi birinci olaraq otboy verdiksə SSM-DT bu siqnalı qeydə alır və bu haqda RİM-ə məlumat verir. SSM-DT birləşmənin açılmasının vacib olduğunu qeydə aldıqdan sonra çağıran və çağırılan SSM-ASL-ə dövrəni azad etmək üçün komanda göndərir. SSM-DT birləşdirici xətti azad edir. Bundan sonra çağırılan abunəçiyə SSM-ASL-in əmri ilə onun öz ASL-dən məşğulluq siqnalı göndərilir. Çağırılan abunəçi dəstəyi yerinə qoyduqda danışıq dövrəsi tam açılmış olur.



    Mövzu 37

    İntellektual Təmir Bürosu Mərkəzi (İTBM)
    Şəhər telefon şəbəkəsində ən kiçik aktual məsələlərdən biri texniki istismarı sahəsində təmir berosunda sifarişlərin əsasında texniki xidmətin avtomatlaşdırılması və texniki xidmətə nəzarətin avtomatik idarəetmə sistemləri əsasında qurulmasıdır.

    Telefon şəbəkəsinin keyfiyyətli işi təmir bürosunun fəaliyyətindən bir başa asılıdır. Təmir bürosunda insan amilindən yaranan (daxil olan sifarişlərin qəbulunda, sifariılərin dispeçer tərəfindən xidmət edən mantyora, yaxud texnikə ötürülməsində, təkrar sifarişlərin analizində, təmirlə bağlı statistik analizdə, hər bir mantyorun işinin qiymətləndirilməsində, xidmət borcunu ödəmədiyindən telefonu bağlı olan istifadəçiyə operativ məlumatların verilməsində, qovşaq və ümumilikdə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) şəbəkəsi üzrə təmir bürosuna daxil olan sifarişlərin emal olunmasında, keyfiyyət parametrlərinin öz xeyirlərinə yüksəldilməsində məlumatların saxlanılması və s. olan) problemlərin aradan qaldırılması və təmir bürosunun idarəetmə sistemində operativliyi təmin etmək üçün bu sektorda insan əməyini minumuma endirməklə təmir bürosu işinin avtomatlaşdırılması telefon şəbəkəsinin istismarı üçün xüsusi əhəmiyyət kəsb edir.

    Bütün yuxarıdakıları və təmir bürosu işində mövcud və informasiya texnologiyaları imkanlarından istifadə etməklə yeni kompleks funksional parametrləri nəzərə alaraq BTRİB şəbəkəsi üçün intellektual təmir bürosu mərkəzi (İTBM) platforması qrulmuşdur. Məmin intellektual platformanın prinsipial sxemi 4.15-də təsvir olunmuşdur. Bu platformanın struktur sxemi aşağıdakı kimi təşkil edilmişdir.


    1. İstifadəçilər (bütün şəbəkə telefon istifadəçiləri) üçün əlverişliyi

    nəzərə alaraq təmir bürosu intellektual platformasına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən vahid “122”şəbəkə nömrəsi ayrılmışdır.

    1. Şəbəkədə telefon istifadəçilərindən İTBM-ə istifadəçilərin rabitəsini

    təşkil etmək üçün NGN platformasından 4 ədəd E1 (registr siqnallaşması PRİ-İSDN ) 120 telefon kanalı ayrılmışdır. Bunun üçün 4 E1 kanallı PRİ- İSDN portu olan CİSCO-5350 intellektual şlüzü istifadə edilir.

    1. CİSCO-5350 ilə MHM-in intellektual serveri (baza verilənlərin istifadəsi

    üçün) arasında FE (100 Mbit/s) “AzDataCom” Data şəbəkəsi vasitəsilə təşkil edilmişdir.

    1. Avtomatik nömrə yığmaqla öz telefon nömrəsinin məlumatlarını

    intellektual platformaya daxil edə bilməyən istifadəçilərə operatorlar tərəfindən xidmət göstərmək üçün CİSCO-5350-dən bir FE istifadəçiyə iki ədəd Swich-24 vasitəsilə 24 operatorun PC- iş yerinə FE – rabitəsi təşkil edilmişdir.


    Mövzu 38

    İTBM platforması aşağıdakı alqoritmlərlə işləyir.
    1. Abunəçi çağırışı İTBM -ə daxil olan təmir bürosu abunəçiyə “Siz mərkəzi təmir bürosuna daxil olmusunuz. Təmirə ehtiyacı olan telefonun nömrəsini yığın” səsli anons verir. Abunəçi təmirə ehtiyacı olan telefonun yeddi rəqəmli nömrəsini yığır. İTBM-i abunəçidən bu rəqəmləri qəbul edərək əks tərəfə abunəçiyə həmin rəqəmlləri Azərbaycan dilində danışıq formasında səslə bildirərək ondan sonra telefon nömrəsi düzdürsə” “1” rəqəmini (düyməsini) yığın təklif edir. Abunəçi “1” rəqəmini yıöan kimi İTBM abunəçisi haqqında Məlumat Hesablama Mərkəzinin (MHM) BTRİB şəbəkəsi telefonlarının texniki verilənləri və abunəçi haqqında ünvanı, xidmət haqqı borcu və verilənləri bazalarında araşdırma aparır.

    2. Araşdırma nəticəsində intellektual platforma məlumat bazasında aşağıdakı ehtimal olan bütün vəziyyətlərə öz fonksiyasını həyata keçirir.

    2.1. Belə nömrə yoxdur, bu zaman abunəçiyə İTBM “yığdığınız nömrə səhvdir” cavab verməklə xidməti başa çatdırır.

    2.2. Nömrə xidmət borcuna görə bağlı ola bilər. Bu halda İTBM “abunəçiyə telefon xidmət borcuna görə bağlıdır” cavabı verərək xidməti başa çatdırır.

    2.3. Bu nömrədən həmin gün sifariş təkrardırsa , onda abunəçiyə “ Sizin sifariş “xx/xx” tarixində saat “ yyyy ” daxil olub cavabı verir.

    2.4. Əgər telefon nömrəsi BTRİB-ə aid deyilsə onda “ bu telefon xidmət olunmur” cavabı verir.

    2.5. Əgər 2.1, 2.2, 2.3 və 2.4 hallarının heç biri baş verməyibsə onda İTBM abonentə “sizin sifarişiniz qəbul olundu” cavabı verərək , həmin sifarişin icrasını İTBM aşağıdakı qayda ilə təmin edir.

    3. İTBM sifarişi qəbul etdikdən sonra həmin sifariş haqqında aşağıdakı məlumatları 15 dəqiqə ərzində sifarişin aid olduğu ATS-in terminalına ötrürür.

    3.1.Telefon nömrəsi, telefon nömrəsində olan əlavə xidmətlər, ADSL və s.

    3.2.Sifarişin qəbul olunma tarixi, vaxtı (saat, dəqiqə).

    3.3.Telefonun kabe xətt qurğuları.

    3.4.Xidmət göstərən sahə montyoru və s.

    Kross böyük elektromexaniki, dispetçer, yaxud operator bu məlumatı götürərək, xətti yoxlayır, müvafiq təlimatlara uyğun bu telefonun və həmin telefona aid əlavə xidmətlərin işinin bərpa olunmasını təmin edir.

    Sifariş icra olunandan, yəni telefonun xəttində olan bütün rabitə xidmətlərinin (ADSL, servis xidmətləri, İPTV və s.) işi normal bərpa olunandan sonra kross personalı tərəfindən zədələnmənin səbəbi (şifri) terminala daxil edilir. (düzəltmə vaxtı, terminala daxiletmə vaxtı qəbul edilərək MHM tərəfindən avtomatik qeyd olunur).

    Sifariş istifadəçi tərəfindən avtomatik İTBM-ə daxil edilməzsə onda İTBM həmin istifadəçini operatora qoşur.

    Operator istifadəçidən sifarişi qəbul edib, abunəçidən zədələnmiş telefonun nömrəsini soruşaraq, nömrəni İTBM-ə operator özü daxil edir, yuxarıda qeyd olunan ardıcıllıqla xidmət göstərilir. Operator tərəfindən sifariş qəbul edilərkən sifarişçinin zəng etdiyi nömrə operatorun terminalında avtomatik qeyd olunur.

    Bu həm də daxil olan sifarişinin emalı funksiyasında bir parametr kimi daxil edilir. Yəni audentifikasiya keçən nömrələrin sayı ilə sifarişlərin sayı bir-birinə bərabər olmalıdır.

    III. (1) Əgər abunəçi nömrəsini avtomatik İTBM-nə daxil etməzsə və həmin vaxt sərbəst cavab verən operator olmazsa onda istifadəçinin çağırışı “avtocavab” iş yerinə yönəldilir. Avtocavab istifadəçiyə “hörmətli abunəçi telefonunuzun ton rejimi varsa” sizə verdiyimiz anonsa uyğun zədəli telefon nömrəsini kompüterə daxil edib, “ 1 ” nömrəsini yığın. “Sifarişi təkrar edin”.

    III. (2) Əgər abunəçi nömrəsini avtomatik İTBM-ə daxil etməzsə və həmin vaxt bütün operatorlar və avtocavab iş yeri məşğuldursa, onda İTBM istifadəçiyə “hörmətli abunəçi bütün operatorlar məşğuldur, bir azdan zəng etməyiniz xahiş olunur” cavabı verərək çağırışa xidməti bitmiş hesab edir.

    IV. İş rejimindən kənar vaxtlarda istifadəçilərdən İTBM-ə çağırış daxil olanda İTBM abunəçiyə iş rejimi vaxtları haqqında məlumat verir.

    Qeyd: Sifariş hansı nömrədən daxil edilibsə, həmin nömrə də bazaya daxil edilir. Bu sanksiya edilməmiş çağırışların qarşısını alır.


    Mövzu 39

    İTBM-dən emal olunan çıxış sənədlər
    Qeyd olunan çıxış sənədlər hər gün və aylıq hər ATS, qovşaq və BTRİB üzrə verilir.

    I.Sutka ərzində sifarişlərin sayı

    _________

    onlardan


    a) “MX” məlumat xarakterli, o cümlədən

    __________

    - “a” telefon ŞTŞ-ya bağlıdır

    __________

    - “Şa” telefon ŞATS-a bağlıdır.

    __________



    • “Kr” telefon kreditə bağlıdır

    __________

    b) “AO” zədə aşkar olunmayıb

    __________

    c) “D” telefon məşğuldur

    __________

    d) “CV” abunəçi cavab vermir

    __________

    e) “X” xəttə zədəsi

    ___________

    f) “K” kabelə zədəsi

    ____________

    g) “St” stansiya zədəsi

    _______________

    h) “İS” saxlanıb növbəti sifarişə qədər- NSQ _______

    II Ötən gündən qalan zədələrin sayı

    __________

    a) xətlərdə

    ______________________________________

    b) kabellərdə

    ____________________________________

    c) “NSQ”

    ____________________________________

    III. Sutka ərzində düzələn zədələrin sayı_________

    a)xətlərdə

    _______________________

    b)kabellərdə

    _______________________

    c)stansiyada

    _______________________

    d) “NSQ”

    _______________________

    e) “AKT”


    IV. Növbəti günədək düzəldilməyən zədələrin sayı ________

    a)xətlərdə

    ________________________________

    b)kabellərdə

    _________________________________

    c) “NSQ”


    _________________________________

    d) “AKT”


    V. İki gündən artıq işləməyən telefonların ATS-lər və qovşaqlar üzrə sayı və nömrələri.

    VI. ADSL istifadəçilərindən ATS-lər və qovşaqlar üzrə I, II, III, IV bəndləri ayrıca təqdim edilir.

    VII. ATS-lərdə hər sahə montyoru sahəsi üzrə daxil olan sifarişlərin I, II, III, IV bəndləri ayrıca montyorun adı, soyadı göstərilməklə verilsin.

    VIII. Ayda bir dəfə ən çox sifariş daxil olan sahə montyorun adı, soyadı və magistral kabellərin nömrəsini, ATS, qovşaq və BTRİB üzrə verir.




      1. Magistral kabelin nömrəsi______MKN_______


    Mövzu 40

    NGN şəbəkələrində xidmət növlərinin təşkili
    Hal-hazırda NGN şəbəkələrində istifadə edilən xidmət növlərinin sayı və çeşidləri olduqca müxtəlif olduğundan ümumi halda siniflərə bölünməsi (təsnifatı) mövcud deyildir. Təqdim edilən bu vəsaitdə NGN şəbəkəsinə ayrıca rabitə şəbəkəsi kateqoriyası kimi deyil, mövcud şəbəkələrin yenidən qurulması və inkişafı formasında baxılması şəraitində NGN texnologiyaları çərçivəsində təqdim edilən xidmət növlərini aşağıdakı kimi siniflərə bölmək olar.

    • Baza (əsas) rabitə xidmət növləri. NGN elementindən istifadə etməklə, iki son terminal (adi telefon aparatı ən sadə terminal sayılır) arasında birləşmə üçün nəzərdə tutulan xidmətlər;

    • Əlavə rabitə xidmət növləri. Mövcud EATS-lərin təqdim etdiyi əlavə xidmətlər hamısı NGN-də nəzərə alınır.

    • İntellektual xidmətlər. İntellektual və diskret veriliş şəbəkələri resurslarından istifadə etmək üçün nəzərdə tutulan xidmətlər;

    • İnformasiya sorğu xidmətləri. NGN strukturuna daxil olan diskret informasiya bazaları (verilənləri) haqqında məlumatların təqdim edilməsi;

    • Virtual özəl rabitə şəbəkə xidmətləri. NGN şəbəkə elementindən istifadə etməklə VPN funksiyasının (virtual özəl kanallarının təşkili) təşkilinə əsaslanan xidmətlər;

    • Multimedia xidmətləri. NGN elementi çərçivəsində multimedia xidmətlərinin (genişzolaqlı internet, İP TV, İP video, sürətli Data və s.) təşkilinə və təminatına əsaslanan xidmətlər.



    Mövzu 41.

    Əlavə növ rabitə xidmətləri

    NGN-də əsas rabitə xidməti ilə yanaşı, istifadəçinin imkanlarını artıran ənənəvi xidmətlər təqdim edilməlidir. Həmçinin əlavə xidmətlərin spesifikasiyasında istifadəçi tərəfindən birləşmələrin konfiqrasiyasını dəyişdirmək imkanı yaranır. NGN şəbəkəsi kanal kommutasiya şəbəkəsinin bütün əlavə servis xidmətlərini özündə cəmləşdirməklə istifadəçilərə aşağıdakı əlavə xidmət növləri təqdim edilə bilər:



    • Çağrılan xəttin identifikasiyası (CLİP);

    • Çağrılan xəttin identifikasiyasına qadağa qoyulması (CLİR);

    • Qoşulmuş xətlərə identifikasiya olunma imkanının verilməsi (COLP);

    • Giriş çağırışların qeyri-şərtsiz istifadəçi tərəfindən təyin edilmiş digər ünvanlara göndərilməsi

    • Məşğululq zamanı giriş çağırışın abunəçinin istədiyi digər ünvana göndərilməsi;

    • Dələduzluq məqsədi ilə edilən çağırışların identifikasiyası (MCİD);

    • Məşğulluq zamanı gözləyən çağırış haqqında (Call/Message Waiting) siqnal verilməsi;

    • Çağırışın başa çatdırılması(Call Completion);

    • Çağırışların geri alınması və yığılması (Call Park/Pick-up);

    • Çağırışın müvəqqəti dayandırılması (Call Hold);

    • Bir qrup qapalı abunəçi arasında rabitənin təşkili (CuG);

    • Geniş imkanlı konfrans rabitənin təşkili (CONF) və s.

    Qeyd edək ki, istifadə edilən terminal avadanlığından, qoşulma tipindən, Softswitch kommutatorunun imkanlarından və təqdim edilən xidmətlərin aqoritmindən asılı olaraq, xidmət növləri bir-birindən fərqlənə bilər. H.323 və SİP terminalları olan NGN şəbəkə istifadəçiləri üçün əlavə xidmət növlərinin (ƏXN) spefikasiyası həddindən artıq çox olub, istifadəçilərin rahatlığını təmin etmək üçün hər şür əlavə servis xidməti təqdim etmək mümkündür.

    Qeyd edək ki, NGN şəbəkədə bütün çağırışlar üçün əlavə xidmət növlərini təmin etmək üçündür.

    NGN şəbəkə fraqmenti aşağıdakı xidmətlərə qoşulma imkanlığı yaradır:


    • Kommutasiya yolu ilə birləşmədə NGN fraqmentində avtorizasiyanın

    təmini ilə istifadəçinin İP şəbəkəsinə qoşulması ilə Data informasiya resurslarından, www, e-mail, ftp xidmətləri və İP telefon rabitəsindən istifadə xidmətləri;

    • NGN şəbəkə daxilində SSP funksiyalarını həyata keçirən intellektual

    şəbəkə resurslarına qoşulma xidmətləri, SSP funksiyaları tərkibində ən azı aşağıdakı intellektual şəbəkə xidmət növləri nəzərə alına bilər:

    • Rabitə operatorunun təqdim etdiyi bir aylıq kreditlə çağırış (Pulsuz danışıq);

    • Telesəsləndirmə;

    • Əlavə ödənişlə çağırış;

    • Əvvəlcədən ödənişli kart ilə çağırış (əvvəlcədən ödənişli kartla danışıq).

    NGN şəbəkəsi daxilində informasiya sorğı resusrlarından (xarici resurslara qoşulmaq üçün Service Node funksiyası yerinə yetirilməlidir) istifadə imkanı təşkil edilir.

    Bu halda NGN şəbəkə daxilində xidmətlər serveri ilə Softswitch siqnallaşma kommutatoru arasında APİ interfeysi ilə qarşılıqlı əlaqə qurulur.




    Mövzu 42

    Ənənəvi rabitə xidmət növləri
    Ənənəvi rabitə xidmət növləri dedikdə aşağıdakılar nəzərdə tutulur:

    • Tam və qismən NGN texnologiyasındanistifadə etməklə yerli,

    şəhərlərarası və beynəlxalq telefon rabitə xidmət növlərinin təşkili, NGN şəbəkəsində (voice) telefon xidmət növlərini təqdim etmək üçün danışıq siqnalının sıxılması texnologiyasından (mövcud A və ya μ qanunlarına uyğun informasiya daşıyıcı siqnalların amplitudasının sıxılması prosesi) istifadə edilir. Bu halda telefon rabitəsinin xidmətin keyfiyyəti “ən yüksək” və “yüksək” səviyyələrinə uyğun olmalıdır. H. 323 və SİP terminal istifadəçilərinə də əsas telefon xidməti təqdim etmək imkanıqurulmalıdır;

    • İstifadəçilərin terminalları arasında faksimil rabitə təşkil edilən

    xidmət növləri;

    • İstifadəçilərin terminalları arasında modemlərdən istifadə

    etməklə rabitə seansının təşkili üzrə xidmətlər. Bu xidmət növü telefon və Data şəbəkəsi terminalları arasında təşkil edir. İP şəbəkəsinə qoşulan xidmət növləri bu aid deyildir;

    • 64 Kbit/s veriliş sürətli informasiyaların İSDN BRA texnologiyası ilə verilişi xidməti. Bu xidmət növlərindən İSDN BRA texnologiyası terminal avadanlığına malik abunəçilər istifadə edə bilər.

    NGN şəbəkə elementi daxilində əsas xidmət növlərinin təşkilində rabitənin keyfiyyəti və birləşmənin parametrləri İTU-T-nin (beynəlxalq Rabitə İttifaqı) tələblərinə uyğun olmalıdır.
    Download 0,52 Mb.
    1   2   3   4




    Download 0,52 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mövzu 1 ngn – şəbəkəsinin strukturu və elementləri. Suallar

    Download 0,52 Mb.