• Mövzu 10. TCP/İP protokolları 1. İP protokolu nə üçündür 2. TCP protokulunun vəzifəsi nədir
  • Mövzu 11. Siqnallaşma protokolları 1. SİP protokolu nə üçündür 2. SİP-TE protokolunun vəzifəsi nədir
  • Mövzu 12. RTP/ RTCP nəqliyyat protokolları 1. RTP/ RTCP nəqliyyat protokolunun vəzifəsi nədir
  • Mövzu 13. İP telefon şəbəkəsilə səsin ötürülməsinin xüsusiyyətləri İP paket kommutasiya şəbəkələrində xidmət
  • 4.Paketlərin təsadüfü vaxt intervalları fərqinin gecikməyə təsiri.
  • Şəbəkə ilə bağlı gecikmə.
  • Əməliyyat sistemləri ilə əlaqədar gecikmə
  • Paketlərin təsadüfü vaxt intervalları fərqinin (jitderin ) gecikməyə təsiri.
  • Kodekin və paketdəki kadrların sayı ilə əlaqədar yarana gecikmə .
  • Mövzu 14. Əks - sədanın (exo) təsiri 1. Əks-sədanın təsirini aradan qaldırmaq üçün hansı qurğulardan istifadə edilir
  • Mövzu 15. Əks-səda effektinin aradan qaldıran qurğular 1 . Əks-səda effektini aradan qalırmaq üçün istifadə edilən qurğular hansılardır
  • Mövzu 16. Vokoderlər və hibrid alqoritmlər 1. Vakoder nəyə deyilir 2. Xətti kodlandırma nəyə deyilir
  • Mövzu 9. NGN-nin şəbəkə protokolları




    Download 0.52 Mb.
    bet2/4
    Sana18.09.2020
    Hajmi0.52 Mb.
    #11413
    1   2   3   4

    Mövzu 9.

    NGN-nin şəbəkə protokolları

    1. NGN-nin şəbəkəsinin protokolları hansı siniflərə bölünür.

    2. İnternet şəbəkəsinin baza protokolları hansılardır.

    3. Siqnal və marşurutlama protokollarını sayın.
    NGN şəbəkəsi mövcud olan İnternet və ümumi istifadədə olan telefon şəbəkəsinin (UİTŞ) müxtəlif hisslərini özündə birləşdirməklə onlara xas olan xüsusiyyətləri qoruyub saxlayıq. Buna görədə NGN şəbəkəsində həm İnternet (məsələn, İP, TCP, UDP FTP, HTTP, SMTP və TCP/İP protokollarının digər birləşmələri) və həm də ÜİTŞ-nin (məsələn, ÜKS7, EDSSİ, V5 interfeysin prototokolları) protokolları istifadə edirlər. Bundan əlavə multiservis şəbəkəsi yaratmaq üçün İnternet və ÜİTŞ-nin qarşılıqlı işini təmin edəcək NGN şəbəkəsinin bəzi perespektiv protokolları vardır. NGN şəbəkəsinin protkolları aşağıdakı kimi siniflərə bölünə bilər:

    -İnternet şəbəkəsinin baza protkolları: İP, İCMP, TCP, UDP;

    -nəqliyyat protkolları: RTR, RTCP;

    -siqnal protokolları: SİP, H.233, SİGTRAN, MEGACON/H.248, MGCP, RSVP, SCTP, İSUP, BİCC, İNAP;

    -marşurutlama protokolları; RİP, İGRP, OSPF, İS-İS, EGP, BGP, İDRR, TRİP;

    -informasiya xidmətləri və idarəetmə protokolları: SLP, OSP, LDAP, SNMP;

    -xidməti protokollar: FTP, SMTP, HTTP, G.XXX, H.XXX, kodekləri, faks T.37, T.38, İRP, NNTP.

    Mövzu 10.

    TCP/İP protokolları

    1. İP protokolu nə üçündür?

    2. TCP protokulunun vəzifəsi nədir?

    3. İnternet protokolları hansı xüsusiyyətləri özündə birləşdirir?
    İnternet protokolları bir-biriləri ilə əlaqələnə bilən istənilən sayda şəbəkələrlə məlumat mübadiləsi üçün istifadə edilir. Bu protokollar həm likal, həm də qlobal şəbəkələrdə istifadə edirlər. internet protokolları nəinki aşağı səviyyələrin (məsələn, TCP, İP) xüsusiyyətlərini, həm də poçt (SMTP), qarışıq mətn terminalları (HTTP) və faylların ötürüləməsi (FTP) kimi ümumi istifadənin xüsusiyyətlərini özlərində birləşdirirlər.

    İP protokolu. Bir neçə rabitə şəbəkələrindən keçməklə yaradılacaq traktda İP protokolu ilə marşurutlama İP deytoqramlarının formatını, ünvanlaşmasını və onların hərəkətetmə xarakterini müəyyən edir. Deytoqramların ilkin hərəkətmərhələsində onların sonrakı marşurutları məlum olmur. Buna görə də hər bir aralıq qovşaqda, sonrakı qəbul məntəqəsi marşurut cədvəllərinə əsasən hesablanır və təyin edilir. Marşurutlamada iştirak edən hər bir qovşaqdan paketlərin keçməsi, onların yerləşdirilmiş daxili informasiyalara əsasən təyin edilir. Bu zaman paketlərin son məntəqəyə çatdırılması baş tutmayada bilər. Başqa sözlə desək İP protokolu paketin tələb olunan ünvana çatdırılması mümkün olmadıqda məlumat mənbəyinə bu haqda xəbər verilməsini təmin etmir.

    Paketlərin ünvanlara çatdırılması mümkün olmayan hallarda məlumat mənbələrinə bu haqda informasiyaların verilməsi internetin digər protokolunda nəzərdə tutulmuşdur. Bu İnternet məlumatların idarə edən protokol (İnternet Control Message Protokol –İCMP) adlanır.

    TCP protokolu. Transimission Control Protokol-TCP verilənlər selinin idarə olunmasına və təminatlı çatdırılmasına tam təminat verir. Bu protokol qarışdırılmış fasiləsiz selin tərkibində ardıcıl nömrələnməyə görə baytları identifikasiya edir. TCP həm də çox saylı dioloqları eyni zamanda yüksək səviyyədə təmin edilə bilər.



    Mövzu 11.

    Siqnallaşma protokolları

    1. SİP protokolu nə üçündür?

    2. SİP-TE protokolunun vəzifəsi nədir?

    3. Nəqliyyat şlüzinin idarəetmə protokolu hansılardır?
    SİP və H. 323 protokolları. Hal-hazırda İP şəbəkəsi ilə multimediya çağırışları yaratmaq üçün bir neçə protokollar yaradılmışdır. SİP və H.323 protokolları da onlara aiddirlər. Belə standartların yaradılması telefon rabitəsinin qeyri mərkəzləşdirilməsinə və bu xidmətlərin abunəçilər tərəfindən idarə edilməsnə geniş imkanlar yaratmışdır.

    Rabitə seanslarının yaradılmasına cəhd protokolu (SİP) multimedia seanslara və ya çağırışların təşkili, növlərə ayrılması və başa çatdırılması üçün yaradılmışdı. Multimedia seanslarına multimedia konfranslara, İnternet- telefoniya və digər analoji rabitə növləri aiddirlər. SİP protokolu İP şəbəkələri ilə nitqi vermək üçün açar protokollarında biri hesab edilir. Beləliklə, internet – telefoniyada geniş istifadə edilən SİP ən sadə siqnallaşma protokoludur.

    SİP “müştəri-server” tipli protokoldur və hiper mətnlərin verilməsi üçün istifadə edilən protokola həm sintaksis və həm də semantik nöqteyi nəzərdən uyğun gəlir. SİP protokolun mətn sorğusu aparmaq və mətndən cavab vermək imkanına malikdir. Protokolun başlıq sahəsində xidmətolunma barədə və birləşmənin xüsusiyyətləri haqqında informasiyalar verilir.

    SİP-T protokolu SİP protokolu məlumatında ənənəvi telefon siqnallaşmasının məlumatlarını inteqrasiya (birləşdirməyə) etməyə imkan verir. SİP- T protokolunun vəzifəsi məlumatın ötürülməsi və ötürmənin şəffaflığını təmin etməkdən ibarətdir. Bu protokol bir qayda olaraq VoİP şəbəkəsi ilə UİTS şəbəkəsi arasında interfeys əlaqəsi olan hallar üçün nəzərdə tutulmuşdur.

    SİP illk variantda UDP və ya TCP protokolların üzərindən istifadə üçün nəzərdə tutulmasına baxmayaraq, hər hansı texniki dəyişiklik edilmədən ondan İPX, Freyme Reley, AAL5/ATM və ya X 25 protokollarının imkanları kimidə istifadə edilə bilər.

    Nəqliyyat şlyuzunu idarəetmə protokolu H.248/MEGACO. Bu protokol MGCP protokolunun sonrakı təkmilləşəməsi sayəsində yaranmışdır. Bu protokol MGC kontrolleri ilə MG şlyuzu arasındakı interfeysdə istifadə edilir. Nəqliyyat şlyuzunun (MG) idarə olunması nəqliyyat şlyuzunun xüsusi idarəedici və ya onun kontrolleri vasitəsi ilə həyata keçirilir.

    Paket şəbəkəsinin interfeysi İP, ATM və ya başqa texnologiyaları işə sala bilər. interfeys böyük sayda siqnallaşma sistemi ilə işləməlidir: UDP, TCP, SCTP ( Stream Control Transport Protokol) və ATM texnologiyası. MGC şlüzlərinin kontrelləri üçün UDP protokollarından istifadə olunması məcburidir. TCP protokolu həm kontrellər, həm də şlüz tərəfindən istifadə edilir. SCTP protokolu və ATM texnologiyası da hər iki qurğu üçün istifadə olunur.

    Mövzu 12.

    RTP/ RTCP nəqliyyat protokolları

    1. RTP/ RTCP nəqliyyat protokolunun vəzifəsi nədir?

    2. RTP – protokolunun xidmət keyfiyyətinin təmin edilçəsi üçün hansı əlavə funksiyaya malik deyildir.
    İnternet şəbəkəsilə paketlərin ünvanlara çatdırılması və 6onların gecikməsinə təminat vermədən multimedia trafiklərinin verilməsi problemi trivial deyildir. Multimedia trafikinə nəzarət etmək üçün əlavə funksiyaların reallaşdırılması üçün tətbiqi səviyyə ən əlverişlidir.

    Bir qayda olaraq informasiyaların səhfsiz ünvanlara çatdrılmasının artrılma alqoritmi əlavə məlumatların verilməsi və informasiya seqmentlərinin yerdəyişməsi prinsipi əsasında qurulur. Real zaman protokolu belə yanaşmanın standartlaşdrılmasıdır və firmalardaxili protokollardan fərqli olaraq digər istehsalçıların avadanlıqları ilə qarşılıqlı əlaqədə işləyə bilir. RTP pratokolu nəqliyyat səviyyəsində UDP protokolunun imkanlarını reallaşdırır.

    RTP protokolunun özü xidmət keyfiyyətinin təmin edilməsi üçün əlavə funksiyaya malik deyildir. RTP protokolu “sondan sona ” prinsipi ilə fəaliyyət göstərir. Onun paketlərinin nəqliyyat səviyyəsinin marşurutlayıcılarında emalı isə digər İP – paketlər kimi həyata keçirilir.

    RTP və RTCP protokolları vasitəsilə son məntəqələrdə toplanan statistik informasiyalara əsasən əlavə imkanlardan istifadə edilməsidə istisna olunmur. Bir qayda olaraq belə informasiyalarda göndərilmiş və qəbul edilmiş RTP paketlərinin ümumi sayı, itmiş paketlərinin sayı, paketlərin gecikməsini bildirən “djitter” in qiyməti vəs. məlumatlar bildiririlir. RTP protokolunun xüsusiyyətlərində göstərilən statistik məlumatların hansı konkret üsulla istifadə edilməsi göstərilmir.

    Qeyd edəkki gələcək nəsil rabitə şəbəkəsində istifadə edilən protokol və interfeyslər hər gün təkmilləşir və yeniləri yaranır. Telekommunikasiya sahəsində çalışan mütəxəssislər informasita-telekommunikasiya texnologiyalarının belə inkişafını daim izləməli və öyrənməlidirlər.

    Mövzu 13.

    İP telefon şəbəkəsilə səsin ötürülməsinin xüsusiyyətləri


    1. İP paket kommutasiya şəbəkələrində xidmət

    keyfiyyətinə təsir göstərən göstəricilər hansılardı.

    1. Gecikməni yaradan səbəblər nədir?

    2. Əməliyyat sistemləri ilə əlaqədar gecikmə.

    4.Paketlərin təsadüfü vaxt intervalları fərqinin gecikməyə təsiri.
    Ənənəvi telefon rabitəsində gecikmələrin məhdudlaşdrılması və küy problemi həmişə mövcud olmuşdur. Lakin İP texnologiyasına keçdikdən sonra problem dahada dərinləşmiş palketlərin itməsi və gecikmələrin xarakterinin xaotik olması təmamilə yeni problemlər ortaya çıxarmışdır. Bu problemin həlli böyük çətinliklərlə əlaqədardır. Amma qlobal internet şəbəkə sisteminin sürətli inkişafı İP – telefon rabitəsinin geniş istifadəsinə şərait yaradır. Əbəs deyilki ikinci bir telekommunikasiya texnologiyası göstərmək olmaz ki, o paket kommutasiyası əsasında qurulmuş İP texnologiyaları kimi qısa müddətdə yüksək tempdə inkişaf etsin.

    Gecikmə

    İP paket kommutasiya şəbəkələrində xidmətin keyfiyyətinə təsir göstərən göstəricilərindən biri paketlərin gecikməsidir. Lakin klassik kanal kommutasiyalı şəbəkə ilə müqayisədə bu gecikmələrin qiymətləri daha geniş diapazona malikdir. Bu halda paketlərin bir birinə nəzərən gecikmə müddətləri təsadüfi xarakter daşıyır. Bu fakt özü -özlüyündə əks – sədanın aradan qaldırmaq üçün problemlər yaradır. Paketlərin gecikməsi dedikdə, iki istifadəçi arasında paketlərin bir nöqtədən digər nöqtəyə ötürülmə müddəti başa düşülür. Paketlərin gecikməsi parametrinin xidmətin keyfiyyət xarakteristikalarına olan təsiri gecikmələri yaradan digər səbəbləri nəzərdən keçirək.



    1. Şəbəkə ilə bağlı gecikmə.

    Informasiya paketinin şəbəkədə xidmət olunma müddəti xaotik olub, sabit deyildir.Əgər şəbəkədə istifadəçilər yaratdığı trafik nisbətən az olarsa, onda İP şəbəkəsinin marşrutlayıcıları və kommutatorları trafikə yüksək sürətlə (tezliklə) xidmət edir. Dəqiq desək, şəbəkə bu halda paketlərin ani olaraq emal edir və rabitə xətləri ilə ötürür. Şəbəkənin marşrutlarındakı trafiki nisbətən çox olarsa, onda paket seli növbələrdə uzun müddət gözləməli olur və nəticədə paketlərin qəbul və veriliş müddətləri arasında şəbəkənin yaratdığı vaxt fərqi – gecikmə yaranır. Hətta paketlərin verilmə ardıcıllığı pozularaq paketlər arası vaxt fərqi – jitder yaranır. Gecikmə müddəti çox olduqca, vaxt intervallarının da qiyməti artır.

    1. Əməliyyat sistemləri ilə əlaqədar gecikmə.

    İP – telefon rabitəsinin bir çox tətbiq sahələri adi proqramlar əsasında həyata keçirilir. Bu proqramlar kompüterin periferiya qurğularına interfeyslə qoşularaq həmin qurğuları drayverlərinə yüklənir. İP şəbəkəsinə qoşulma prosesi Socket-interfeyslərin tətbiqi ilə aparılır.

    Əməliyyat sistemlərinin əksəriyyətinin tətbiqi ilə əlaqədar mərkəzi prosessor bir neçə millisaniyə müddətində cərəyan edən müxtəlif proseslərə nəzarət edə bilmir. Bu proseslərin gedişində kodlaşma üsulundan asılı

    olmayaraq, xarici drayverlə daxili prosessor arasındakı əməliyyatlar zamanı gecikmələr yaranır. Söylənən fikirlərdən belə bir nəticəyə gəlmək olar ki,

    gecikmələrin ümumi qiymətinə təsir edən ən güclü faktor əməliyyat sisteminin seçilməsinə əsaslanır. Ona görədə əməliyyat sistemlərinin gecikmə ilə əlaqədar təsirini minimallaşdırmaq üçün şlüz və İP telefon şəbəkə avadanlıq istehsalçıları tərəfindən real zamanda əməliyyat aparan sistemlərdən (VxWorks, pSoS, QNX və s.) istifadə edilir. Bu halda, əməliyyatlar arası vaxtın paylanmasına nəzarət mexanizmi daha mürəkkəb olur.




    1. Paketlərin təsadüfü vaxt intervalları fərqinin (jitderin)

    gecikməyə təsiri.

    Paket kommutasiyalı şəbəkələrdə qəbulda paketlərin formalaşdrılması zaman gecikmənin vaxt intervallarının müxtəlifliyi problem olaraq qalır. Çünki danışıq paketləri mənbəyi onları əvvəlcədən fiksə edilmiş vaxt intervallarında (20 ms – dən bir) verir.

    Bununla yanaşı, paketlər kanallarla verilən zaman qəbulda gecikmənin vaxt intervalları eyni olmur.


    1. Kodekin və paketdəki kadrların sayı ilə əlaqədar yarana

    gecikmə .

    Hal-hazırda istifadə edilən müasir, olduqca səmərəli kodlama və dekodlama alqoritmlərində danışıq siqnalı kadr formasında verilir, yəni danışıq siqnalı ayrı ayrı kodlanmış kod sözləri formasında deyil, kodekin kadrı üçün ayrıalan vaxt ərzində müəyyən uzunluğa malik danışıq siqnalının rəqəmli hissələri cəmlənərək ötürülür. Digər tərəfdən bəzi kodeklər üçün kadrda nəzərdə tutulduğundan da artıq səs informasiyaları həmin koderlərdən ilkin emal olunmalıdır. Nəticədə paketdə informasiya bitlərinin cəmlənmə müddəti artır və informasiyanın ilkin təhlilindən yaranan gecikmə “paketlərin gecikməsi” parametrinin artmasına səbəb olur.



    Mövzu 14.

    Əks - sədanın (exo) təsiri

    1. Əks-sədanın təsirini aradan qaldırmaq üçün hansı qurğulardan istifadə edilir?

    2. Akustik formalı əks-səda qurğuları nəyin hesabına yaradılır?

    3. Əks-səda fenomenin özünəməxsus çətinlikləri hansılardır?
    Səsin verilişi və qəbulunda əks – səda fonomeni özünəməxsus çətinliklər yaradır, yəni danışan insan müəyyən gecikmə ilə özü öz səsini eşidir. Əgər siqnal peykdən geri qayıdırsa (əks olunmursa), onda eşidən adam özü öz səsini iki dəfə eşidir (ikinci dəfə gecikmiş və zəifləmiş şəkildə öz səsini eşidir.) Əks – səda elektrik və akustik təbiətə malikdir. Məsələn, telefon aparatında istifadə edilən transformator və ya çoxkanallı rəqəm tipli abunəçi komlektində differensial sxemi transformatorun tətbiqi iki abunəçi arasında danışıqda enerji ötürən dövrədən qəbul edən dövrəyə keçməsinin əsasən qarşısını alır. Eyni hadisə İP şəbəkəsində də baş verir. Kabel sərfinə qənaət etmək məqsədi ilə ənənəvi telefon şəbəkəsində abunəçi terminallarını stansiyaya qoşmaq üçün iki naqilli fiziki dövrələrdən istifadə edilir. Bu dövrələrlə giriş və çıxış istiqamətində müstəqil surətdə danışıq (səs) siqnalları verilir. Stansiyalararası rabitədə isə eyni iki naqillə hər iki tərəfə telefon danışığının (səsin) ötürülməsi dövrəsi təşkil edilir. Rəqəm dövrələrində isə differensial sistemin tətbiqi dörd naqildən istifadə edilməklə, giriş və çıxış birləşmələrini bir birindən ayrılır. Bu məqsədlə abunəçi terminallarında çıxış və girişistiqamətlərini ayırmaq üçün differensial sistemlər sadə körpü sxemlərinin vəzifələrini yerinə yetirir. Bu sxemlərin əsas iş prinsipi körpünün qarşı-qarşıya duran çiyinlərin müqavimətlərinin hasillərinin bir-birinə bərabər olmasına əsaslanır. Bu çiyinlərdən iri iki naqilli abunəçi xəttidir. Onun isə şleyf müqaviməti heç vaxt sabit olmayıb, abunəçi xəttinin uzunluğundan asılıdır. Ona görə də differensial sistemdə bu razılaşdırma prosesi əslində 100% alınmır. Bu da öz növbəsində bir hissəsini kosmik peyk rabitə sistemində əks sədanın yaranmasına şərait yaradır. Ona görədə bir çox milli şəbəkələrin rəhbərlərin bu məsələdə hər hansı orta bir qiymət qəbul edirlər. Nəticədə əks-səda gərginliyinin səviyyəsinin yol verilən həddə olur. Əgər səpələnən (yayılan) siqnalın gecikmə müddəti çox deyilsə adi şəbəkə abunəçisi əks-səda effektinin sadəcə olaraq hiss etməyəcəkdir. Əgər siqnalın gecikməsi 15-20 ms olarsa, “boş otaq” effekti alınır. Əgər gecikmə müddəti 20 ms –dən çox olarsa, onda xidmət keyfiyyətinin abunəçi tərəfindən subyektiv üsullaqiymətləndirilməsi artır. Ümumiyyətlə, abunəçi 50 ms-ə qədər gecikmələrə çox da ciddi reaksiya vermir, lakin böyük qiymətlərdə bu çzünü göstərir. Əgər gecikmə müddəti 300 ms-dən çox olarsa, bu dözülməz hal kimi abunəçiyə pis təsir göstərir. Hətta danışıq prosesi belə hallarda tam dayandırıla bilər. Müasir paket kommutasiya metodu ilə qurulmuş İP texnologiyalı şəbəkədə gecikmələr problem olaraq qalır. Daha dəqiq desək, gecikmə İP şəbəkəsinə xas olan xüsusiyyətdir. Ona görə də, gecikmənin yaranması istər-istəməz əks-səda effektinin yaranmasına səbəb olur.

    Akustik formalı əks-səda ucadan danışan qurğuları olan terminalların hesabına yaranır. Bu zaman informasiyanın verilişində hansı texnologiyanın tətbiqinin praktiki əhəmiyyəti olmur. Akustik təbiətlli əks-səda uzun müddət davam edə bilər. və çox vaxt bu xoşa gəlməz hisslər yaradır. Məsələn, bir-birinin yanında yerləşmiş terminalların olması şəraitində bu hadisə əsəbləşdirici effekt yaradır. Ona görədə, əks-səda effektinin aradan qaldırılması (azadılması) heç də asan məsələ deyildir.



    Mövzu 15.

    Əks-səda effektinin aradan qaldıran qurğular

    1. Əks-səda effektini aradan qalırmaq üçün istifadə edilən qurğular hansılardır?

    2. Əks-səda məhdudlaşdırıcısı vəzifəsi nədir?

    3. Əks-səda kompensatorları nə üçündür?

    Hal-hazırda əks sədanın mənfi təsirini aradan qaldırmaq üçün iki qurğudan istifadə edilir: əks-səda məhdudlaşdırıcısı və əks-səda kompensatoru.



    a) əks-səda məhdudlaşdırıcısı. Bu qurğu 70-ci illərdən etibarən tətbiq edilməyə başlanmışdır. Onların iş prinsipi olduqca sadədir və bu halda kanalla danışıq informasiyası verilmədikdə, sadəcə olaraq, ötürmə kəsilir. İlk yaranan telefon aparatlarında (spikerfon adlanan aparatlar) bu üsuldan geniş istifadə edilmişdir. Amma sadəlik normal ayırdetmə qabiliyyətini yaratmağa imkan vermir, çünki dialoqda iştirak edən insanların danışan anda öz səsini eşitməməsi üçün özü tərəfindən mexaniki olaraq danışığı kəsməsi əlverişli deyil. Bir qədər dəqiq desək, əslində bu halda birtərəfli rabitə (yarım dupleks) alınır.

    b) əks-səda kompensatorları. Bu, sxeminə görə mürəkkəb qurğu hesab olunur. Onların iş prinsipi əks-səda siqnalını əvvəlcədən modelləşdirmək və sonra – veriliş vaxtı danışıq siqnalının tərkibindən həmin siqnalı çıxmaq prinsipinə əsaslanır.

    Əks = səda gərginliyi gecikmiş giriş siqnallarının cəminin orta qiyməti formasında modelləşdirilir, başqa sözlə desək, rabitə kanalının impuls xarakteristikasının təsviri kimi formalaşdırılır. İmpuls - xarakteristikasının qiymətləndirilməsi istifadəçi danışan anda baş verir. Bu vaxt danışığın aktivlik detektorundan (DAD) istifadə edilir. Əks istiqamətdə daxil olan siqnaldan əks-səda siqnalının məhv edilməsi (səviyyəsinin azadılması) əməliyyatı prosesi aparılır (çox zəif siqnalarla verilən əks –səda siqnalının azadılması metodu).

    Əks- səda siqnalı xətti funksiya kimi modelləşdirildiyindən, bu siqnalın harmonikalarından yaranan qeyri-xətti siqnallar əks-səda komoensatorunun işinə ciddi surətdə mənfi təsir göstərir. Hazırda daha mürəkkəb alqoritmlərin tətbiqi ilə əks-səda gərginliyinin mənfi təsiri tam surətdə aradan qaldırılır. Bu zaman nəinki gücikmiş siqnallar , hətta tezliklərinə görə fərqlənən siqnalların da mənfi təsiri aradan qaldırılır. Sonuncu effekt yerli şəbəkələrin artıq köhnəlmış çoxkanallı ötürmə sistemlərində baş verir.

    Bu növ alqoritmlərin tətbiq edilməsi keçmiş MDB məkanında, o cümlədən ölkəmizin rabitə sistemində özünü doğrultmuşdur. Belə ki, Rusiya istehsalı olan mürəkkəb alqoritmli əks-səda kompensatorları intellektual şəbəkələrdə əks-sədanın ləğv edilməsi üçün müvəffəqiyyətlə istifadə edilir. Məsələn, Protey-İP platformasına əks-sədanın tezliyə görə sürüşməsi faktoru nəzərə alınmaqla, bu tip qurğunun sxemi işlənilmişdir.

    Əslində əks-səda kompensatorun kompensatorun yaddaş elementi olmalıdır ki, zamana görə gecikmə müddəti sıfırdan başlamış danışığın sonuna kimi oaln müddət ərzində yaranan əks-səda siqnallarının amplitudasını yadında saxlasın. Bu o deməkdir ki, daha uzun müddətli əks-səda siqnallarının ləğvinə yönəldilmiş əks – səda kompensatorları böyük yaddaşa malik olmalı və istifadə olunan prosessorlarının yük buraxma yüksək olmalıdır. Ona görə də məntiq baxımından əks-səda kompensatorlarını şəbəkənin dialoqda iştirak edən istifadəçilərə yaxın yerdə yerləşdirmək lazımdır.

    Deyilənlərdən aydın olur ki, əks – səda kompensatorları əslində İP- telefon şəbəkəsinin şlüzlərinin ayrılmaz elementidir və onların alqoritmləri rəqəm tipli prosessorlarda tətbiq edilən alqoritmlərlə eynidir. Onların köməyilə davam etmə müddəti 32-64 ms olan əks – səda siqnalları ləğv edilir. Ucadan danışan qurğulu terminalların əks – səda kompensatorlarına sərt tələblər irəli sürülür. Akustik maneələrin ləvği problemi İP – telefona aid olmadığından bu barədə əlavə şərhə ehtiyac yoxdur.


    Mövzu 16.

    Vokoderlər və hibrid alqoritmlər

    1. Vakoder nəyə deyilir?

    2. Xətti kodlandırma nəyə deyilir?

    3. Hibrid alqoritm ilə kodeoma üsulu dedikdə nə başa düşürsünüz?

    İlkin informasiyanı elan edən koderlər vokoder adını almışdır. Bir çox kodlama metodları kodlama əməliyyatlarında insan danışığının xüsusiyyətlərini insanın danışıq aparatının quruluşu ilə əlaqələndirir. Məhz bu xüsusiyyəti və metodları nəzərə alan koderə vokoder adı verilmişdir (voice codinq). Məlumdur ki, insanın danışığı mexaniki səslər çoxluğu insanın danışıq aparatının elementləri onun dili, səs telləri, dodaqları, dişləri, damağı və onlar arasındakı səs əlaqələndirir. Buna görə də, hər hansı bir səsin formalaşmasında bu elementlər tək-tək və ya kombinə edilmiş formada istifadə edilir. Məsələn, səs “səs telləri” ilə formalaşırsa, deməli, ağ ciyərdən daxil olan hava seli nəticəsində səs telləri rəqsi hərəkət edərək səs tonu yaradır. Bu üsulla formalaşan səslərin ardıcıllığı danışığın tonunu əmələ gətirir (danışığın ton seqmenti). Əgər səs əlaqələrsiz yaranırsa onda onun tərkibində ton iştirak etmir və bu formalı səslər qeyri-ton danışığını əmələ gətirir. Buna görə də, tona malik səslərin spektirini xüsusi üsullarla modelləşdirmək olar. Bu məqsədlə, xüsusi formada fromalaşdırılan siqnalı müəyyən parametrə malik rəqəm tipli süzgəclərin girişinə verməklə, səsi xarakterizə edən elementlərə malik modelləşdirilmiş səs spektirini almaq olar. Aydırdır ki, tonu olmayan səsin tezlik spektri düzxətli olacaqdır. Bu onun küy xarakteri ilə əlaqədardır.

    Real danışıq zamanı bütün səs siqnallarını tonu olan və tonu olmayan kimi iki yerə bölmək olmur. Ona görə də, bu proses kodlama alqoritmini xeyli çətinləşdirir və aşağı veriliş sürətlərində xidmətin keyfiyyət səviyyəsinin yüksək olmasına imkan vermir. şəkil 3.5-də qeyd edilən modelin struktur sxemi təsvir edilmişdir.

    Bu əlbəttə ki, insanın səs aparatının sadələşdirilmiş funsional modelidir. Bu modelə əsasən koder qurğusunun vəzifəsi danışıq siqnallarının təşkil edicilərini təhlil etməklə rəqəm tipli süzgəcin uyğun elektrik parametrlərinin seçilməsi və o parametrlərin hesablanmasıdır. Beləliklə, danışığın tonunun olub-olmamaması ilə hər bir tonun tezliyi, gurluğu və s. müəyyən edilir. Təsvir edilən kodlanma prinsipi ədəbiyyatda LPC (Linear Predaction Coding) adını almışdır. Buna xətti kodlandırma deyilir, çünki səs traktının bu modelinin mərkəzi elementi rəqəm tipli süzgəcdir. Təsvir edilən bu tip koder olduqca aşağı ötürmə sürəti yaratmağa imkan verir. Bu yaxşı cəhət olsa da, lakin bərpa edilən danışıq informasiya sellərinin keyfiyyət səviyyələrinin yüksək olmasına imkan vermir.

    Yuxarıda qeyd etdik ki, kodlama prosesində ayrı-ayrı hissələri arasında korrelyasya əlaqələri mövcuddur ki, buna əsasən xətti kodlama prosesi aparmaq olar. Adaptiv kvantlama ilə xəttin kvantlamanın birgə tətbiqi veriliş surətinin 24- 32 Kbit/s şərtində kifayət qədər yaxşı danışıq keyfiyyət səviyyəsi alınır. LPC tipli koderlərin (və ya vokoderlər) qurulmasında səs traktının olduqca sadə riyazi modelindən istifadə edilir. Nəticədə, ifrat dərəcədə aşağı – 1200 – 2400 bit/s veriliş sürətini təşkil etməyə imkan yaranır. Doğrudur, bu halda nitqin-danışığın ancaq sintetik xarakterindən söhbət gedə bilər.

    Hibrid alqoritm ilə kodlama üsulunda “sintez köməyi ilə analiz” tipli alqoritmlərlə yuxarıda təsvir edilən iki üsulun müsbət cəhətlərini özündə birlə.dirmək nəzərdə tutulur. İkinci məqsəd veriliş sürəti 6-16 Kbit/s olan səmərəli kodlama sxemlərini qurmaqdır. Təsvir olunan hibrid kodekin əsas diqqəti cəlb adən cəhəti odur ki, bu alqoritmlər əsasında bərpa edilən səsin hansı tipə məxsus olması (tonlu və ya tonsuz) əhəmiyyət kəsb etmir. Çünki siqnal LPC tipli süzgəcdən keçərkən onun kodlanması üçün xüsusi texniki tədbirlər görülür. Məsələn, səhv siqnallar ADİKM alqoritmi əsasında kodlana bilər. Bununla da onun yüksək dərəcədə seçicilik qabiliyyəti təmin edilmiş olur. burada əsas məqsəd real halda informasiya verilişindəki xətaları minimallaşdırmaqdır.




    Download 0.52 Mb.
    1   2   3   4




    Download 0.52 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mövzu 9. NGN-nin şəbəkə protokolları

    Download 0.52 Mb.