4. Xüsusi müddəalar
4.1. “Təchizatçı” balans mənsubiyyəti sərhədində qaz enerjisinin və xidmətin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur.
4.2. “İstehlakçı” təbii qazdan təhlükəsiz və səmərəli istifadə qaydalarına, məcburi şərtlərə və göstərişlərə əməl etməlidir.
4.3. “Təchizatçı” və “İstehlakçı” balans mənsubiyyəti sərhədində qaz enerjisinin və xidmətin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar.
Qeyd: Qaz enerjisinin keyfiyyət göstəricilərilə əlaqədar mübahisələrin həllində müstəqil ekspertizanın və ya ikitərəfli ekspertizanın rəyi əsas götürülür.
4.4. “Təchizatçı”nın icazəsi olmadan qidalandırıcı qaz xətlərinin, ölçü cihazlarının dəyişdirilməsi və yerdəyişməsi yolverilməzdir.
4.5. Xüsusi hallar (baş verə biləcək qəzanın qarşısının alınması, qəzaların nəticələrinin ləğv olunması, təbii fəlakət və s.) istisna olmaqla, “Təchizatçı” və “İstehlakçı” arasında razılaşma yolu ilə həll olunmayan mübahisələr yarandıqda, hər iki tərəf məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə qərarı olmadan “İstehlakçı”nın qaz təchizatının dayandırılması yolverilməzdir. Borcun hesabatı və ödənişlə əlaqədar sənədlər “İstehlakçı”nın ilkin şifahi tələbi ilə təqdim edilir.
4.6. “İstehlakçı” tərəfindən qaz enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, “Təchizatçı”nın nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini “İstehlakçı”ya təqdim edir. “İstehlakçı”nın izahatları və mülahizələri akta əlavə olunur. Pozuntu aşkarlanmadıqda da akt tərtib edir və bir nüsxəsini “İstehlakçı”ya təqdim edir.
4.7. “Təchizatçı” istənilən səbəbdən təchizatda yaranan fasilələr barədə xəbərdarlıq edir (səbəbi və müddəti göstərilməklə).
4.8. Yerli şərait nəzərə alınmaqla hər iki tərəf arasında razılaşdırılmış əlavə şərt (“İstehlakçı” tərəfindən doldurulur)__________________________________________________________________
____________________________________________________________________________________
|