• 2. Tərəflərin hüquq və vəzifələri.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı IL tarixli Sərəncamı ilə fəaliyyətini bərpa edəndən sonra ötən müddət ərzində “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti öz işinə Bakı sakinləri arasında ictimai rəy sorğusunun




    Download 317,5 Kb.
    bet14/17
    Sana15.03.2017
    Hajmi317,5 Kb.
    #162
    1   ...   9   10   11   12   13   14   15   16   17
    1. Müqavilənin məzmunu.
    Bu müqavilə “Təchizatçı” və “İstehlakçı” arasında qaz enerjisinin alqı-satqısına, onun istifadə və istismarına dair öhdəlik və şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Qaz təsərrüfatının texniki istismar Qaydaları”na, Mülki Məcəllənin müvafiq maddələrinə və digər qanunvericilik aktlarına əsasən tənzimləyir.
    2. Tərəflərin hüquq və vəzifələri.
    2.1. “Təchizatçı”:

    2.1.1. “İstehlakçı”nı fasiləsiz, təhlükəsiz və keyfiyyətli qaz enerjisi və ödənişsiz qaz sayğacı ilə təmin edir. Sayğac balans mənsubiyyətinin sərhəd nöqtəsində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə ödənişsiz dəyişdirilir.

    2.1.2. “İstehlakçı”nı qaz enerjisindən istifadə qaydaları ilə ildə bir dəfə təlimatlandırır, rübdə bir dəfə qaz enerjisindən istifadənin təhlükəsizliyini yoxlayır, abonent kitabçasında müvafiq qeydlər aparır.

    2.1.3. “İstehlakçı”nın enerji dəyərini ödəməsi üçün sayğac göstəricisi, enerji istehlakı miqdarı və son ödənişin tarixi, məbləği göstərilməklə ona hər ay bildiriş təqdim edir.

    2.1.4. Balans mənsubiyyəti sərhədi daxilində (sayğacın çıxış nöqtəsinə qədər) aşağı və orta təzyiqli magistral qaz xətlərinin və qaz-tənzimləyici qurğuların istismara yararlılığını təmin edir.

    2.1.5. “İstehlakçı”nın mənzilindən (evindən) kənarda müdaxilə imkanı olmayan şəraitdə quraşdırılmış (binanın girişində, pilləkən meydançasında və s.) qaz sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə cavabdehlik daşıyır, qaz sayğacına ümumi baxış keçirilməsi üçün ona şərait yaradır.

    2.1.6. “İstehlakçı”ya yalnız istifadə olunmuş qaz enerjisinə görə borc bildirişi təqdim edir.

    2.1.7. “İstehlakçı”ya verilmiş qazın sayğacla müəyyənləşdirilən hesabı təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə (ödəniş sənədində yanlışlıq olmadığı halda) təchizatı dayandırır və hesablanmış qazın dəyəri ödənildikdən sonra dərhal qaz təchizatını bərpa edir.

    2.1.8. “Təchizatçı”nın səlahiyyətli nümayəndələri mənzilə, sayğaca baxış keçirdikdə xidməti vəsiqələrini göstərərək özlərinə təqdim edirlər.
    2.2.“İstehlakçı”:

    2.2.1. Müvafiq qaydalara əsasən məişət qaz cihazları vasitəsilə qaz enerjisindən istifadə edir.

    2.2.2. Qaz enerjisinə görə hesablaşma dövrü bir ay qəbul olunur. “Təchizatçı” tərəfindən qaz enerjisi sərfinə görə ödəniş sənədi təqdim edildiyi gündən sonra bir ay müddətində poçt və ya bank şöbələri vasitəsilə qaz enerjisinin haqqını kod №_____________________ saylı hesaba ödəyir.

    2.2.3. “Təchizatçı”nın nümayəndələrini (sayğac mənzil daxilində quraşdırıldığı halda) qaz sayğacına baxış keçirmək, qaz cihazlarının inventarizasiyası, göstəricilərin üzləşdirilməsi və texniki baxış üçün öz mənzilinə, həyətinə razılaşdırılmış vaxtda maneəsiz buraxır. Sayğacın normal işinə müdaxilə ehtimalı olduğu halda “Təchizatçı” tərəfindən müvafiq sənədləşmə aparılaraq sayğac yenisi ilə əvəzlənir, laboratoriya şəraitində “İstehlakçı”nın iştirakı ilə ekspertizadan keçirilməsi tarixinə qədər saxlanılması üçün ona təhvil verilir.

    2.2.4. Xüsusi mülkiyyətində olan mənzilin (evin) qaz xətlərinin və qaz avadanlıqlarının texniki vəziyyətinə və düzgün istifadəsinə görə cavabdehlik daşıyır, aşkar olunmuş nasazlığın aradan qaldırılması üçün “Təchizatçı”ya məlumat verir.

    2.2.5. Mənzildə (evdə) quraşdırılmış qaz sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına görə cavabdehlik daşıyır.

    2.2.6. Ödəmə sənədində səhv və ya sayğac göstəricisində anlaşılmazlıq olduqda “Təchizatçı”ya məlumat verir.

    2.2.7. Mənzildən köçdükdə (və ya uzunmüddətli müvəqqəti yaşayış olmadığı halda) “Təchizatçı”ya hesabatın dayandırılması üçün məlumat verir, zəruri hallarda borc olmaması barədə arayış alır.

    2.2.8. Qidalandırıcı qaz xətlərinin yararsız hala düşməsi, qaz qurğularının və avadanlığın zədələnməsilə əlaqədar baş vermiş qəzalar, yanğınlar, həmçinin insan xəsarətləri barədə “Dövlət Qaznəzarət” İdarəsinə və digər dövlət orqanlarına məlumat verir.



    Download 317,5 Kb.
    1   ...   9   10   11   12   13   14   15   16   17




    Download 317,5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı IL tarixli Sərəncamı ilə fəaliyyətini bərpa edəndən sonra ötən müddət ərzində “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti öz işinə Bakı sakinləri arasında ictimai rəy sorğusunun

    Download 317,5 Kb.