Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




Download 1,28 Mb.
Pdf ko'rish
bet112/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   105   106   107   108   109   110   111   112   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra


partlayış təhlükəli müəssisələr, V, QD yanğın təhlükəli, E – partlayış təhlükəli
müəssisələridir. 
Ümumiyyətlə, istehsalatın yanğın və partlayışa görə təsnifatı maddələrin alışma
temperaturlarına, maye buxarlarının, qazların və tozların partlayış hədlərinə görə, həmçinin
yanar maddənin istehlakı şərtlərinə əsaslanır.
Bu amillərlə yanaşı istehsalatda işlədilən tezalışan maddələrin miqdarının da böyük təsiri
vardır. İstehsalatın kateqoriyası istifadə edilən iki maddədən ən təhlükəlisinə əsasən müəyyən
edilir. Məsələn, otaqda müəyyən iş az miqdarda benzin və spirtin istifadəsi ilə aparılırsa onda
istehsalatın yanğın təhlükəsinə görə kateqoriyası spirtin alışma temperaturuna əsasən müəyyən
edilir.
A kateqoriyasına buxarlarının alışma temperaturu 28°C-dən aşağı olan mayelərin, hava ilə
qarışığının aşağı partlayış həddi 10%-dən aşağı olan qazların, su, hava və bir-biri ilə təmas
etdikdə partlayış təhlükəsi yaradan maddələrin istehsalı, tətbiqi və saxlanması ilə məşğul olan
müəssisələr aid edilir.
B kateqoriyasına buxarlarının alışma temperaturu 28-61°C həddində olan
mayelərin, hava ilə qarışığının aşağı partlayış həddi 10%-dən yuxarı olan qazların hasili,
saxlanması və tətbiqi ilə ilə məşğul olan müəssisələr aid edilir. Bu kateqoriyaya həmçinin iş
prosesi alışma temperaturu və ondan yuxarı temperaturda gedən mayelərlə əlaqədar, aşağı alışma
həddi ( hava həcminə nisbətən ) 65 q/m
3
- dan aşağı olan yanar tozların və liflərin ayrılması ilə
gedən istehsalat növləri bir şərt ilə aid edilir ki, bu qazlar, tozlar və mayelər hava ilə qarışdıqda
otaq həcmindən 5% artıq həcmli partlayıcı qarışıq yaratsınlar.
V kateqoriyasına buxarlarının alışma temperaturu 61°C-dən yuxarı olan mayelərin, bərk
yanar maddələrin və materialların, istehsalı və tətbiqi ilə məşğul olan, həmçinin aşağı alışma
həddi (hava həcminə nisbətən ) 65 q/m
3
-dan çox olan yanar toz və liflərin ayrılması prosesi ilə
gedən müəssisələr aid edilir.
Q kateqoriyasına müntəzəm surətdə qığılcım və alov ayrılması ilə qızmış, közərmiş və ya
ərimiş halda yanmayan maddələrin emalı ilə məşğul olan müəssisələr aid edilir. Bu kateqoriyaya
eyni zamanda yağ, maye və bərk yanar maddələri yanacaq kimi istifadə edən müəssisələr də aid
edilir.
D kateqoriyasına yanmayan maddələrin soyuq halda emalı, saxlanması və işlənməsi ilə
məşğul olan müəssisələr aid edilir. 
E kateqoriyasına tutduğu həcmdən 5% çox həcmə bərabər partlayıcı qarışıq yarada bilən
maye fazası olmayan qazlar və tozlarla əlaqədar olan müəssisələr aid edilir. Hava oksigeni, su və
yaxud bir-biri ilə təmas etdikdə yanmadan partlayış törədə bilən maddələrlə işləyən müəssisələr
də buraya aid edilir.
Yanğın təhlükəsinə görə istehsalatın bu və ya digər kateqoriyaya aid edilməsi şərtləri
“tikintinin layihəsində texniki şərt və yanğına qarşı normalar”-da verilmişdir. Bütün
müəssisələrdə elektrik avadanlıqları “Elektrik qurğularının quruluş qaydaları (EQQ)” əsasında
seçilməlidir. 
EQQ-ya əsasən elektrik avadanlıqları yerləşən istehsalat binaları partlayış və yanğın
təhlükəsi baxımından aşağıdakı siniflərə bölünürlər (cədvəl 9.1).
Cədvəl 9.1


Binanın,
qurğunun
sinfi
Binaların və xarici qurğuların partlayış təhlükəsi
üzrə xarakteristikası
1
2
P-I
Normal və qəza iş rejimində (məsələn,
texnoloji aparatların doldurulması və yanan
mayelərin saxlanması və ya başqa qaba tökülməsi
və s. zamanı), partlayış təhlükəli qarışıqlar əmələ
gəlməsi üçün kifayət miqdarda yanan qazlar və
buxar ayrılan binalar.
P-I
a
Normal istismar zamanı buxarların və
qazların hava, yaxud başqa oksidləşdiricilərlə
birləşməsindən partlayış təhlükəli yanar
qarışıqlar əmələ gəlməyən binalar. Belə binalarda
bu qarışıqlar yalnız qəza baş verəndə və ya
avadanlıqlar saz olmadıqda yaranır.
P-I
b
a) 
PI
a
sinfinə aid olan xassələrlə xarakterizə
edilən və aşağıdakı göstəricilərin biri ilə
fərqlənən binalar: a)binalarda yanar qazların
aşağı partlayış həddi 15%-dən çox olur (məsələn,
ammonyak kompressorunun soyuducu absorbsiya
qurğularının maşın zalları).
b) texnoloji prosesdə qəza baş verəcəyi hal
üçün ümumi partlayış təhlükəsi yaradan
konsentrasiyanın əmələ gəlməsi ehtimalı aradan
qaldırılır. 
c) binalarda tez alovlanan mayelər və yanar
qazlar çox olmur, ümumi partlayış təhlükəli
konsentrasiya əmələ gəlmir və onların
işlədilməsində açıq oddan istifadə edilmir.
Görülən işlər sorucu şkaflarda və ya sorucu zond
altında aparılan zaman bu qurğular partlayışa
təhlükəsiz qrupa daxil olur.
P- I
c
İçərisində partlayış təhlükəli qazlar,
buxarlar və tez alovlanan mayelər olan binalarda
xaricdə olan qurğular (məsələn: qazholderlər,
tutumlar, boşaldıcı-doldurucu estakadalar və s.).
Onlarda partlayış təhlükəli qarışıqlar yalnız qəza
və ya nasazlıq nəticəsində əmələ gəlir.
P- II
Qəza və ya partlayış təhlükəsi yaradan
tozlar və liflər olan binalar.
P- II
a
P-II sinif binalara xas olan təhlükəli
vəziyyət normal istismar şəraitində müşahidə
edilməyən, yalnız qəza və saz olmayan zaman
təhlükə baş verən binalar 
Y-I
Alışma temperaturu 61
0
C-dən yuxarı olan
mayelərin işləndiyi və ya saxlandığı binalar,
məsələn: mineral yağlar üçün anbarlar, bu
yağların regenerasiya qurğuları və s.
Y-II
Daxilində partlayış təhlükəsi yaratmayan
yanar tozlar və liflər olan binalar.
Y-II
a
Bərk və ya lifli yanan maddələr (ağac,
parça, və s.) üçün istehsalat və anbar binaları.
Bunlarda Y-II sinfinə aid olan əlamətlər olmur.
Y-III
Alışma temperaturu 61

C –dən yuxarı olan
yanan mayeləri işlətmək və ya saxlamaq üçün


xarici qurğular(məsələn: kömür, torf, ağac və s.
saxlanılan açıq və örtülü anbarlar). 
Partlayışdan mühafizə edilmiş elektrik avadanlığının seçilməsində həmin avadanlığın 
işlədiləcəyi mühitin bütün xüsusiyyətləri nəzərə alınmalıdır.

Download 1,28 Mb.
1   ...   105   106   107   108   109   110   111   112   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

Download 1,28 Mb.
Pdf ko'rish