OP-5 odsöndürəninin turşu hissəsi həcmi 0,5
ℓ olan şüşə stəkanda, qələvi hissəsi isə
balonda yerləşir. Köpük 48-55
ℓ miqdarında alınır və təsir müddəti 60-65san olur.
OPM odsöndürəni də OP-5 tiplidir, ancaq bunun içərisinə nefilen hidrosulfatla
doldurulmuş tərpənməyən şüşə stəkan qoyulmuşdur.
İstifadə edilən vaxt OP-5, OPM odsöndürənlərini çevirməzdən əvvəl onların dəstəyini
şaquli müstəvi üzərində 180
0
döndərmək lazımdır.
Turşu və qələvi hissələrin qarşılıqlı təsiri ilə gedən reaksiya nəticəsində CO
2
ayrılır. CO
2
-
nin odsöndürənin dibində toplanması müəyyən təzyiq əmələ gətirir ki, onun təsiri ilə məhlul
köpük şəklində kiçik deşikdən yanğın yerinə səpələnir. Odur ki, iş vaxtı odsöndürücünü
çevrilmiş vəziyyətdə başıaşağı (dibi yuxarıda) tutmaq lazımdır.
OU-2, OU-5, OU-8 tip odsöndürücülərdə doldurucu maddə maye karbon turşusu sayılır.
Qaz halına keçdikdə, maye karbon turşusunun buxarları balon içərisində 4-7 MPa-ə qədər
(temperaturdan asılı olaraq) təzyiq yaradır. Odsöndürənin siyirtməsini yavaşca çevirəndə (sağdan
sola) maye karbon qazı sifon borucuğu ilə qar əmələ gətirən hissəyə daxil olur. Orada,
qarabənzər maddə yanğın yerinə tökülür, ani olaraq buxarlanıb qaz halına keçir. Maye karbon
turşusu qaz halına keçdikdə, onun ilk həcmi 500 dəfə artır.
Balonlara doldurulmuş maye CO
2
ilə işləyən UP-İM və UP-AM səyyar odsöndürənlərdən
də istifadə olunur. Hər balonun təsir müddəti 45 san-dir.
Köpük generatorları çox miqdarda kimyəvi köpük alınması lazım gəldiyi hallarda tətbiq
edilir. Onlar fasiləsiz işləyən, hərəkət edən aparatlar sırasına daxildir. Təcrübədə PQ-50M, PQ-
50, PQ-100, PQ-150M tipli səyyar köpük generatorları geniş yayılmışdır.
1yanvar1977-ci ildən odsöndürənlər üzrə BSEN3 Avropa standartı qəbul olunmuşdur. Bu
standarta əsasən, odsöndürənlərin əsas fərqli cəhəti aşağıdakılardan ibarətdir:
- Bütün odsöndürən cihazların hamısının rəngi qırmızı olmalıdır;
- Odsöndürənin üzərindəki rəng cihazın rənginin kodundan 5%-dən çox fərqlənməməlidir.
Qəbul olunmuş Avropa standartlarına əsasən yanğınlar 5 sinfə bölünür və hər bir sinif
üçün odsöndürən tətbiq olunur:
a) Bərk maddələr üçün – buraya ağac, kağız, rezin və plastik maddələr aid edilir;
b) Yanar maddələr üçün –
buraya benzin, dizel yanacağı, spirt, aseton, neft aid edilir;
c) Qazlar üçün –
buraya metan, butan, propan, hidrogen qazları aid edilir;
d) Metallar üçün – buraya maqnezium və natrium aid edilir;
e) Mətbəx yağları üçün – buraya mətbəx yağları, piylər, kombinyerlər aid edilir.
Yanğın söndürmək üçün yararlı köpük, bilavasitə köpük generatorunda, yanğın yerindən
40m az və 80m çox olmayan məsafədə yaradılır. PQ-50 generatoru ölçülü rezervuarda, PQ-100
və PQ-150M generatorları tutumlarda, stasionar yanğın söndürmə sistemləri olduğu
hallarda
tətbiq olunur.
Hava-köpük lüləsi, hava mexaniki köpük alınması və onun bilavasitə yanma zonasına
verilməsi üçün işlədilir.
Hava-köpük lüləsi, içərisində diffuzor quraşdırılan metal borudur. Bu boruya təzyiq altında
köpük əmələ gətirən maddə ilə qarışmış su verilir. Diffuzordan keçdikdə qarışığa hava verilir.
Köpükəmələgətirən, su məhlulunun hava ilə qarışması nəticəsində lülədən hazır köpük şəkilində
çıxır.
Azot xətti olarsa (təzyiq 6 atm), hava-köpük qurğusunda azotun su ilə qarışması nəticəsində
azot-mexaniki köpük alına bilər. Azotlu su məhlulunda əvvəlcədən köpükəmələgətirən maddə
həll edilir.
Şəkil 2. Uzununa yarıqları olan məhsuldarlıqlı səpələyici (suvarma sahəsi 210m
2
)
1-taxmalar; 2-rozet, 3-deflektor, 4-əks etdirici lövhə, 5-qövs,
6-yarıqlar.
DR və DL markalı səpələyicilərin məhsuldarlığı q(
ℓ /san) olduqda, onların çıxış
borusunun diametri (mm) aşağıdakı ifadədən tapılır:
d=19
,6⋅
q
√
H
+
5
,13
(9)
Verilən təzyiqə (
H) görə səpələyicinin məhsuldarlığını aşağıdakı düsturdan tapmaq olar:
q=
p
√
H
(10)
p əmsalının qiyməti
p=
μω
√
2
g
(11)
kimi tapılır.
burada
μ
– sərf əmsalı, SP - 2 sprinkleri üçün
μ
= 0,7; Böyük sahəni suvaran sprinkler
üçün
μ
=1; evolvent sprinkler üçün
μ
=0,35 götürülür.
ω – axma deşiyinin en kəsik sahəsi,
m
2
;
g – sərbəst düşmə təcili, m/san
2
.
Suvarıcının məhsuldarlığından və suvarma intensivliyin-dən asılı olaraq, drençer vasitəsi
ilə mühafizə edilən sahə aşağıdakı kimi təyin edilir:
F
p
=
q
I
(12)
burada
F
p
– bir suvarıcının suvarma sahəsi, m
2
;
q – suvarıcının məhsuldarlığı,
l/san;
I – suvarıcının intensivliyidir,
l/san m
2
.
Mühazirə 12