1.4 7 saylı protokolla işləyən ümumikanal siqnallaşma sisteminin
arxitekturası.
7 saylı protokolla müxtəlif təyinatlı bir cins olan siqnallaşma sellərini və bir cins olmayan digər informasiya sellərini (o ümlədən intellektual xidmət informasiyalarını) bir stansiyadan digər stansiyaya ötürmək üçün xüsusi siqnallaşma aparaturası (SA) istifadə edilir. Sistemin tərkibi üç əsas mikrosxem bazalı rəqəm peçat platalı modullardan təşkil edilmiş bloklardan təşkil edilir (Şəkil 1.4).
●Məhdud uzunluqlu bufer yaddaş qurğusu (B);
●Səhvlərdən mühafizə qurğusu (SMQ);
●Modem (modulyator, demodulyator) qurğusu.
Sistemin ayrı- ayrı hissələrini öz aralarında birləşdirmək üçün müxtəlif veriliş sistemlərində işləyən müstəqil fiziki və ya İKM tipli kanallardan (E1 tipli trakt nəzərdə tutulur) istifadə edilir. Bu halda İKM-30/32 sistemli ilkin rəqəm ierarxiyası
tədbiq edilərsə, modem deyil, muldek (multipleksor-demultipleksor) istifadə edilir.
Şəkil1.4 ÜKS şəbəkəsinin struktur sxemi
Nəticədə 30 ədəd 30 kanallı sistemlə eyni anda verilən 900 yük mənbəyindən daxil olan siqnallaşma selləri sistemin “16” saylı yeganə kanalı ilə bir siqnallaşma qovşağından digər siqnallaşma qovşağına translyasiya edir. Yüklənmədən asılı olaraq, tranzit siqnallaşma qovşaqları da tədbiq edilə bilər. Lakin lazım olarsa digər danışıq növlü kanallardan bu məqsədlə istifadə etmək olar. Fiziki xətlə işləyən ÜKS sistemi üçün veriliş sürəti B=4800; 9600; 18200; 36400 bit/saniyə sürətlə işləyən modemlər tətbiq edili. İKM tipli rəqəm xətt dəstəsi təşkil edilərsə kanalın verliş sürəti 64000 bit/saniyə olacaqdır, çünki böyük sinxronlaşma prosesi üçün (16 dövr böyük sinxronlaşma adlanır) 2000 milli saniyə ayrıldığından sistemin veriliş sürəti 32 ∙ 2000 = 64000 bit/saniyə olur. Siqnallaşma sellərinin mənbəyi analoq tipli stansiyalar olarsa,onlar kommutasiya sisteminin konmmutasiya sahəsində əvvəlcə analoq-rəqəm çevrilməsinə məruz qaldıqdan sonra, siqnallaşma avadanlığına (ÜKS sisteminin bufer yaddaşına) daxil edilir.Lakin rəqəm stansiyalar üçün bu prosesə ehtiyac qalmır,çünki rəqəm stansiyalarının mikroprosessorlu idarəedici sisteminin tərkibində bu məqsədlə ayrıca ÜKS adlı moduldan istifadə edilir.
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) (1982-ci il) 7 saylı siqnallaşma sistemini (SS7) tətbiq etməklə, paket kommutasiyalı stansiyaların yaranması və paket kommutasiya metodunu tətbiqini sürətləndirmişdir.7 saylı siqnallaşma sistemində tətbiq edilən protokolun ilkin uzunluğunun 56÷560 bit(7-70 bayt), hal- hazırda isə 273 bayta çatdırılması onunla ixtiyari uzunluqlu müxtəlif növlü telefon və qeyri telefon (bircins olan və olmayan) informasiya sellərini traktla ötürmək imkanını vardır. Şəkil1.4 də 7saylı siqnallaşma protokolu ilə işləyən ÜKS şəbəkəsinin struktur sxemi və şəkil1.5 də isə E1 xətt dəstəsi tərkibində hər iki informasiya növünün ötürülməsi sxemi təsvir edilmişdir .
Şəkil1.5. E1 xətt dəstəsi tərkibində hər iki informasiya növünün ötürülməsi sxemi .
Telefon informasiya selləri üçün tətbiq edilən protokolun uzunluğu ən qısası -40 bit (5 bayt) olur. Onun 14 biti çağırılan ATS-in, 14 biti çağıran ATS-in indeksini, 12 biti isə kanalın və ya azad xəttin sıra nömrəsini göstərir. Səhvlərdən mühafizə qurğusu(SMQ) paketə əlavə olaraq uzunluğu 16 bit olan xidməti (sıhvlərdən mühafizə sinvolları) sahəni paketə əlavə edir. Yəni bu qurğuda (modulda) 16 tərtibli (dərəcəli) ax16 + ax12+ax5+1 çoxhədlisi (polinomu) kanalla verilməmişdən əvvəl 0 “xn-k” toplananına vurulur. Qəbul məntəqəsində polinom “xn-k” toplananına vuruğuna qalıqsız bölünməlidir (n=64 olub paketi təşkil edən formatın ümumi sinvolların cayını, k isə xidməti- yoxlayıcı sinvolların sayını göstərir k-16 simvol). Bölmədən sonra qalan qalıq vuruğ “n-k” olub səhvləri aşkar etməyə imkan verən dövri özü-özünü yoxlayan kodu göstərir. Əgər qəbul tərəfində bölmə əməliyyatında (çoxhədlinin çoxhədliyə bölünməsi prosesi) qalıqsız olarsa, informasiya seli düzgün qəbul edilmiş hesab edilir. Əks halda informasiyalı paket təkrar olunmalıdır. Təcrübədə 30 danışıq kanalı (E1 seli) üçün 1 ədəd (16-cı kanal) siqnallaşma kanalı ayrılır. Ümumiyyətlə, bir ÜKS kanalı kanalı ilə eyni vaxtda müxtəlif yük mənbələrindən daxil olan 900 danışıq növlü informasiya selinə xidmət edilir. Danışıq kanallarının sayı ilə siqnallaşma kanalının buraxma qabiliyyəti arasında aşağıdakı riyazi ifadə işlənir:
|