Sinxron verliş metodunda ixtiyari paketin əvvəli və sonuncu sahəsi 8 simvollu 0111 1110 strukturlu kod sözünə malik olur. Bu əslində sinxrosiqnalı göstərən kod sözüdür.Paketin ünvan və idarəetmə sahəsi də sabit uzunluqlu 8 simvollu kod sözlərindən təşkil edilir. Paketin idarəetmə sahəsində komanda -cavab informasiyası(kod sözü) yazılır.
Şəbəkə səviyyəsinin idarə edilməsi. Telefon kanallarını idarə edən protokolun əsas vəzifəsi kanal səviyyəli protokol vahidlərini-kadrları rabitə kanalı ilə verməklə onlara xidmət etməkdir. Şəbəkə protokolunun vəzifəsi digər protokol vahidinin-paketlərini idarə etmək və ötürməkdir. Bu səbəbdən çox vaxt paket kommutasiyalı şəbəkə səviyyəsini sadəcə paket səviyyəsi adlandırırlar. Ona görə üç səviyyəyə malik telekommunikasiya sistemləri X.25 tövsiyyəli paket kommutasiyalı sistemlər üçün nəzərdə tutulmuşdur(məsələn elektron poçt rabitəsi). Bu səviyyələr bir-birindən asılı deyildir. İki səviyyənin tövsiyyəsi, X.21 və ya HDCL adlı protokollar, istənilən digər fiziki və kanal səviyyəsinin protokolunu əvəz edə bilər. Bu isə paket verliş sisteminin mahiyyətini dəyişməyəcəkdir. Bu tövsiyyələrin üçüncü səviyyəsində nəzərdə tutulan və şəbəkə səviyyəsinin xüsusiyyətinə uyğun olaraq onu dəyişməklə paket kommutasiya şəbəkələrinin qurulması prinsipi də dəyişir. İxtiyari paketin minimum uzunluğu üç oktedə bərabər olur. Okted dedikdə, 8 bitlik 3 kod sözü başa düşülür. İxtiyari okted özünəməxsus identifikatora malik olur. Paketin başlığının formatını təyin edən identifikator, virtual birləşmələr protokolunda 15 müvəqqəti və 11 daimi tipli paketlərdən təşkil edilir.Hər iki halda ancaq üç paket verilənlər selinin ötürülməsi,digərləri isə şəbəkə səviyyəsini idarə etmək üçün istifadə edilir. Paketlərin formatı aşağıdakı kimidir (şəkil 1.1 və şəkil 1.2). Bunlardan biri informasiyalı digəri isə idarə etmə paketinin formatını göstərir.
Başlıq
|
Ünvan
|
İdarəetmə
|
Verilənlər
|
Xidməti sahə
|
Başlıq
|
Şəkil 1.2 İdarə etmə paketinin formatının strukturu
Başlıq sahəsi
8 Bİt
|
İdarəetmə sahəsi nx8
|
Xidməti sahə (16bit)
|
0111 1110
Başlıq
|
|
Şəkil 1.1 İnformasiyalı paketin formatının strukturu
Qeyd: Manqa səviyyəsində istifadə edilən protokolun idarəetmə
sahəsinin üç tipi olur:
İnformasiyalı format (I format)
İdarəetmə formatı (S format)
Nömrələnməyən format (U format)
Qeyd: paket sellərinin verilişi iki rejimdə işləyən məntiqi kanallarla təşkil edilir:
Virtual paket rejimli (PK-V) kanal
Dataqram paket rejimli kanal (PK-D).
Virtual kanal rejiminin xüsusiyyəti odur ki, bu kanallarda əvvəlcədən birləşmə yaradılmır, paket selləri marşrutizartorların köməyi ilə İP arxitekturalı şəbəkələrdə müxtəlif marşrutlarla bir fiziki xətlə (traktla, dövrə ilə) təşkil edilən məntiqi kanallar çoxluğu ilə həyata keçirilir.Məntiqi kanal dedikdə, marşrutizatorların tədbiqi ilə, müxtəlif zaman intervallarında istiqamətlərin təşkil başa düşülür. Müxtəlif istiqamətlərdə adətən bir fiziki xətlə (dövrə ilə,trakt ilə ) verilən paketlər üçün bir neçə yüz, hətta minlərlə virtual kanal(4096 kanal) təşkil edilə bilər. İki tip virtual kanal tipi məlumdur:
|