• Baytlı protokollar
  • HDCL (Hiqh Level Data Link Contro l) və SDSL (Synch Ronous data Link Control)
  • Çox manqalı(qovşaqlı) şəbəkəni
  • Xidməti hissə-səhvlərdən mühafizə
  • Mühazirələr toplusu g I r I Ş




    Download 1,13 Mb.
    bet7/51
    Sana16.06.2021
    Hajmi1,13 Mb.
    #15072
    TuriMühazirə
    1   2   3   4   5   6   7   8   9   10   ...   51
    Protokolların formatı. Protokol, ayrı-ayrı seqmentlərdən (sahələrdən) təşkil edilir. Hər bir seqment KADR adlanır.Protokolu tətbiq etmək üçün kanal səviyyəsində informasiya sellərini rəqəmləşdirmək və sonra kodlamaq tələb edilir.Diskret tipli kanalları idarə edən müasir protokollar iki sinfə bölünür:

    a) oriyentasiya(istiqamətləndirilən ) edilən Baytlı protokollar;

    b) oriyentasiya(istiqamətləndirilən) edilən Bitli protokolar.

    Birinci protokol iki nöqsana malikdir:

    - Aşağı maneyədayanıqlı olması,

    - Verilən diskret növlü informasiya selinin standatr formatının olmaması.

    İkinci protokol standart protokol olub yuxarıda adı çəkilən nöqsanlara malik deyildir. Bu protokolların içində ən məşhur protokol HDCL (Hiqh Level Data Link Control) və SDSL (Synch Ronous data Link Control) protokollarıdır. HDCL adlı protokol iki tərəfli rabitə rejimində (dupleks rejimi) olduqda səmərəli mühafizə, şəffaflıq və digər üstün cəhətləri ilə fərqlənir. Məhz HDCL adlı protokol əsasında kanal səviyyəsində kommutasiya prosesi aparılır. Bəzən HDCL adlı protokol manqa səviyyəli protokol da adlanır. Onun funksiyaları aşağıdakılardır,

    Çox manqalı(qovşaqlı) şəbəkəni təşkil edən ayrı-ayrı manqalar (qovşaqlar) arasında birləşmənin təşkili, kommutasiyası, verilən infornasiya selinin paket rejimində (Deytaqram və virtual) emal edilib xidmət edilməsi, manqaların biri-birindən ayrılması, yəni informasiya selləri İP şəbəkəsində paketizatorda(informasıya

    paketinə başlığın əlavə edilməsi paketizatorda, ayrılması isə depaketizatorda həyata keçirilir) məntiqi əməliyyatlara məruz qalıb paket seli formasına salınır ;

     Yuxarı-şəbəkə səviyyəsinə nəzərən səffaflığın təminatı. Maneəli rabitə kanalları ilə uzun protokollarla (bloklarla) informasiya sellərini translyasiya etdikdə, simvola görə səhv ehtimalı (P0=Psəhv.) kəskin artır və nəticədə informasiya sisteminin buraxma qabiliyyətiti kəskin azalır. Paket kommutasiyalı şəbəkələrdə avadanlığın (sistemin) verici və qəbuledici hissələri (modulları) arasında çox saylı şəbəkə elementindən istifadə edildiyi üçün, qəbul prosesində protokol məcburi qaydada identifikasiyaavtorizasiya edilir, yəni paketlərin ilkin ünvanlarının aşkarlanması və onların eyniliyi(müəllifliyi) prosesi aparılır. Bu məqsəd ilə kanal kommutasiya prosesini həyata keçirən HDCL adlı protokoldan istifadə edilir. HDCL adlı protokola məxsus kadrın formatı aşağıdakı struktur hissələrə(sahələrə,seqmentlərə) malikdir ;

     Ünvanlaşma (identifikasiya) hissəsi;

     İdarəetmə hissəsi;

     Yoxlama-xidməti hissəsi.

    Standart strukturlu protokolda ünvanlaşma sahəsi(seqmenti) dəyişən uzunluqlu olduğu halda, idarəetmə və xidməti hissə sabit uzunluğa malik olur (16 bitlik 2 baytlıq uzunluğa malk sahə nəzərdə tutulur). Xidməti hissə-səhvlərdən mühafizə hissəsi adlanır və siqnallaşma aparaturasında (SA) səhvlərdən mühafizə qurğusu (SMQ) formasında ayrıca modul( dairəvi reqistr) kimi fəaliyyət göstərir. Bu modulda P(x)=x16+x12+x5+1 çoxhədlisinin verlişdə xn-k çox hədlisinə (polinoma) vurma, qəbulda xn-k polinomuna bölmə əməliyyatı aparılır, yəni veriliş vaxtı xn-k üstlü ifadəsinə vurma, qəbulda isə xn-k ifadəsinə qalıqsız bölmə əməliyyatları aparılır

    Paket. Yuxarıda qeyd edildi ki, kanal səviyyəsində informasiya sellərinin protokol vahidi kadrdır və uyğun olaraq şəbəkə səviyyəsində informasiya sellərinin protokol vahidi paketdir yəni onlar müəyyən uzunluğa malik paketlərlə kommutasiya edilir. Paket dedikdə ikili simvollar toplusunu daşıyan bir format nəzərdə tutulur. Paket elə kadrdır ki, onun standart uzunluğu 1000 Bit-125Bayt arasında dəyişir. Deməli, protokol kadrlardan təşkil edilir və hər bir kadr rabitə kanalları ilə paketlər seli şəklində müəyyən veriliş sürəti ilə(B= L/t ,Bit/san) ilə translyasiya edilir.Paketlər öz növbəsində iki yerə bölünür:

     İnformasiya daşıyan paketlər;

     İdarəedici paketlər.


    Download 1,13 Mb.
    1   2   3   4   5   6   7   8   9   10   ...   51




    Download 1,13 Mb.