Birinci səviyyə kanal və ya fiziki səviyyə adlanır. Fiziki səviyyənin vəzifəsi, ikinci-kanal səviyyəsi ilə birinci səviyyə arasında razılaşma (interfeys) prosesini yerinə yetirməkdir. Fiziki səviyyə bir neçə vacib parametrlə xarakterizə edilir və bunlar aşağıdakılardır:
- fiziki ötürücü sistemin tipi ;
- rabitə kanalının tipi;
- sistemin verliş sürəti;
- istifadə edilən kanalın tezlik zolağı (spektri);
- kommutasiya avadanlığının sistemi və tipi;
- verliş sisteminin seriyaları və tipləri ;
- elektrik qidalanma sisteminin avadanlığının tipləri ;
- informasiya verliş metod və üsulları(SDH, ATM, Diff.Serv,MPLS, cəld kommutasiya və s)
-İnformasiyalı kanalların təşkili metodları(İKM,TDM-İKM,ADİKM, Delta modulyasiya, FDMA, CDMA ,WDMA və s)
Fiziki səviyyədə beş pazılaşdırma növü nəzərdə tutulur;
- Mexaniki razılaşdırma;
- Elektriki razılaşdırma;
- Funksional razılaşdırma;
- Məntiqi razılaşdırma;
- Əməliyyat (prosedur) razılaşdırması;
Hər bir səviyyə, bir-biri ilə məntiqi əlaqəsi olan yarım (alt) sistemlərin tətbiqi ilə, öz aralarında birləşmə (kommutasiya) prosesi yaradır. Yarımsistemlər (alt sistemlər) hazır universal inteqral mikro sxemli modulların bazası əsasında qurulur. İxtiyari yarımsistemdə yalnız onun özünə məxsus fiziki və məntiqi proseslər çoxluğu həyata keçirilir. Proses dedikdə, aşağıdakı əməliyyatlar çoxluğu (toplusu) başa düşülür:
Elektriki siqnalların traktla (xətlə, kanalla, dövrə ilə) verliş sürəti;
Siqnallaşma prosesi:
Sinxronlaşma (takt, dövrü və böyük sinxronlaşma) prosesi;
İnformasiya sellərinin səhvlərdən mühafizəsi prosesi;
Nöqtələr (mənbələr) arası kommutasiya prosesi;
İki son yük mənbəyi arasında birləşmənin təşkili prosesi.
Adları sadalanan əməliyyatlar çoxluğu proqram təminatı(PT) əsasında həyata keçirilir.
İkinci səviyyə kanal səviyyəsi adlanır. Kanal səviyyəsinin əsas vəzifəsi, uyğun idarəetmə protokolu (7 saylı ümuni kanal siqnallaşma sistemi – protokolu və onun tərkibinə daxil olan idarə etmə trotokolu nəzərdə tutulur) əsasında informasiya sellərinin verlişinin doğruluğunu yüksəltməkdir. İkinci səviyyə birinci və ikinci səviyyələr arasında yerləşir. Kanal səviyyəsində fiziki səviyyənin xidmətlərindən istifadə edilir, mövcud texniki imkanlar genişləndirilir və onlar ikinci kanal səviyyəsinə təqdim edilir. Kanal səviyyəli şəbəkədə verici (mikrofon) və qəbuledici (telefon,ucadan danışanlar) arasında baş verən informasiya mübadiləsi çoxlu sayda aralıq (tranzit) qurğular (ATS-lər, verliş sistemləri, qoşucu sistemlər və s.) tələb etdiyi üçün (verliş sistemi dedikdə generatorlar, retranslyatorlar, verici qəbuledici antenlər başa düşülür) verliş və qəbul tərəfdəki avtomat telefon stansiyaları öz aralarında protokolların ünvanları əsasında identifikasiya adlanan bir prosesdə iştirak edir. Kanal səviyyəsində kanalın (traktın) yaratdığı müxtəlif xarakterli səhvlər korreksiya edilir, eyni vaxtda qəbul ediləcək informasiya selləri ünvanlarına görə öz təsdiqini tapmalı və lazım gələrsə səhfli informasiyaların təkrar verlişi təşkil edilməlidir.
|