O. M. Sadiqov, Z. S. Musayev




Download 2.49 Mb.
bet2/170
Sana02.03.2022
Hajmi2.49 Mb.
#2390
1   2   3   4   5   6   7   8   9   ...   170
ÖN SÖZ
Hörmətli Oxucu!
Sizin diqqətinizə təqdim olunan bu kitabın yazılmasında əsas məqsədlərdən biri Azərbaycan dilində elektronika üzrə vahid terminologiya yaratmaq cəhdi olmuşdur. Məlumdur ki, eyni bir terminin ayrı–ayrı mənbələrdə müxtəlif şəkillərdə ifadə olun­ması həmişə müəyyən çətinliklər yaradır. Bu baxımdan vahid ter­minologiyanın yaradılması zəruridir. Kitab həmçinin lüğət kimi də istifadə edilə bilər. Burada elektronika sahəsində çox işlədilən terminlər üç dildə – ingilis, rus və azərbaycan dillərində verilmişdir.
Elektronika çoxşaxəli bir elm və texnika sahəsidir. O bir–birindən az və ya çox dərəcədə fərqlənən müxtəlif istiqamətlərdə sürətlə inkişaf edir, eyni zamanda elmin bu sahəsinə maraq artır. Bəzən ayrı-ayrı mütəxəssislər, tədqiqatçılar və digər maraqlanan şəxslər elektronikanın müxtəlif sahələrinə aid olan hər hansı bir effekt, cihaz və ya qurğu haqqında qısa məlumat almaq üçün müxtəlif kitablarda axtarış aparmalı olurlar. Bu isə kifayət qədər vaxt itkisinə səbəb olur, həm də yorucu bir işdir. Bunu nəzərə alaraq lüğətdə verilmiş terminlər haqqında rus və azərbaycan dillərində qısa məlumat da verilmişdir. Beləliklə bu kitabdan həm də sorğu vəsaiti kimi istifadə etmək olar.
Kitab elektronika sahəsində çalışan müəllimlər, tədqiqatçılar, tələbələr, mühəndis – texniki işçilər və ümumiyyətlə elektronika ilə maraqlanan digər şəxslər üçün faydalı ola bilər
Kitab bizim və həmkarlarımızın – Azərbaycan Texniki Uni­ver­si­tetinin “Elektronika” kafedrasının əməkdaşlarının çoxillik təc­rübəsinə əsaslanaraq tərtib edilmişdir. Kitab üzərində iş za­manı aparılan çoxsaylı müzakirələrdə təklif və iradları ilə ya­xından iştirak etmiş həmkarlarımıza təşəkkür edirik. Həmçinin bu kitabın daha da dolğun olması üçün öz dəyərli məsləhətlərini vermiş rəyçilərə: AMEA-nın müzbir üzvü, f.r.e.d., professor C.Ş. Abdinova, AzTU-nun “Elektronika” kafedrasının profes­so­ru, t.e.d. Ç.İ. Əbilova, Milli Aviasiya Akademiyasının “Aviasiya radiotexnikası və elektronikası” kafedrasının müdiri, t.e.n., dosent İ.Ə. İsgəndərova, AzTU-nun EAKE kafedrasının dosenti, t.e.n. R.M.Rəhimova öz dərin minnətdarlığımızı bildiririk. Sonda bu kitabın yazılmasına öz diqqət və qayğısını, biliyini və vaxtını əsirgəməyən, əlyazmasını diqqətlə oxumuş və bir çox faydalı təklif və iradlarını bildirmiş elmi redaktorlar, əməkdar elm xadimi f.r.e.d., professor Zərifə xanım İsgəndərzadəyə və do­sent Mahmud Axundova öz xüsusi minnətdarlığımızı bildiririk.


Download 2.49 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   170




Download 2.49 Mb.