420) Hansı xəstəlikdə kortikosteroidlərin təyinatı qəti qadağandır?
A) Tuberkulez
B) İsenko-Kuşinq sindromu
C) Reyter sindromu
D) Mədə xorası
E) Vilson-Konovalov xəstəliyi
Ədəbiyyat: : Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.729
421) Xroniki hepatitin ağırlaşmasına hansı aid deyil?
A) Öd daşı xəstəliyi
B) Qaraciyər sirrozu
C) Duodenit
D) Xolesistit
E) Sistit
Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.130
422) Xroniki hepatitin əsas klinik əlamətlərinə hansı aid deyil?
A) Sarılıq
B) Hematuriya
C) Astenoveqetativ sindrom
D) Hemorragik
E) Hepatosplenomeqaliya
Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.130
423) Qaraciyərin iltihabi prosesi hansı müddətdə davam etdikdə “Xroniki hepatit” diaqnozu qoyulur?
A) 3 aydan artıq
B) 1 ildən artıq
C) 6 aydan artıq
D) 3 ildən artıq
E) 1 aydan artıq
Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.127
424) Xroniki hepatitin patogenezini hansı proseslər təşkil edir?
A) Septik
B) Toksiko-septik
C) Autoimmun
D) Hemodinamik
E) Trofik
Ədəbiyyat:A.A.Əyyubova «Uşaq xəstəlikləri», «Şərq-Qərb»2008 , səh.127
425) Qusma karbohidratlara və ya qida qarışığının zülalına qarşı dözümsüzlükdən əmələ gələrsə, uşaq hansı qidalanmaya keçirilir?
A) Ana südü
B) Keçi südü
C) İnək südü
D) Zülal qarışıqlı qida
E) Laktozasıs qarışıqlar
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
426) Böyrək kanalcıqlarının fəaliyyətinə bilavasitə təsir edən hormon hansıdır?
A) Androgenlər
B) Tiroksin
C) Insulin
D) Qonadotropin
E) Aldesteron
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
427) Aşağıdakılardan hansı böyrəyin konsentrasion funksiyasını xarakterizə etmir?
A) Zülal və zülal fraksiyaları
B) Qanın elektrolitləri
C) Zimnitski sınağı
D) Sidiyin osmolyarlığı
E) Sidiyin xüsusi çəkisi
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г.
428) Erkən mərhələlərdə arterial təzyiqin yüksəlməsi hansı hal üçün xarakterikdir?
A) İrsi nefrit
B) Pielonefrit
C) Tubulopatiya
D) Dismetabolik nefropatiya
E) Qlomerulonefrit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
429) Sidiyi əkmək üçün hansı üsulla yığmaq məsləhətdir?
A) Axıntının orta porsiyasını steril qaba yığmaqla
B) Sidik kisəsinin kateterizasiyası
C) Neçiparenko üsulu ilə
D) Sutkalıq sidikdən
E) Sidik kisəsinin punksiyası
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
430) Yüksək fibrinogenemiyanı nə zaman müşahidə etmək olar?
A) Irsi nefritdə
B) Pielonefritdə
C) Nefrotik formalı qlomerulonefritdə
D) Dismetabolik nefropatiyada
E) Sistitdə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
431) Sidikdə oksalat və uratların ekskresiysı adətən necə təyin olunur?
A) Üç saatdan bir yığılan sidikdə
B) Yalnız günorta ifraz olunan sidikdə
C) Sutkalıq sidikdə
D) Yalnız axşam ifraz olunan sidikdə
E) Yalnız səhər ifraz olunan sidikdə
Ədəbiyyat: В. В. Длин. «Лечение дизметаболитической нефропатии и мочекаменной болезни у детей» 2004г.
432) Sistoqrafiya müayinəsi ilə hansı patologiyanı dəqiqləşdirmək olmaz?
A) Böyrəklərin funksional vəziyyətini
B) Uretranın vəziyyətini
C) Qalıq sidiyin miqdarını
D) Reflyuksların olmasını
E) Detruzorun vəziyyətini
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
433) Qəfil yaranan makrohematuriya zamanı müayinəni nədən başlamaq məqsədə uyğundur?
A) Böyrəklərin radionuklid müayinəsi
B) Angioqrafiya
C) Sistoqrafiya
D) Kompüter tomoqrafiyası
E) Sidik sisteminin ultrasəs müayinəsi
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
434) Qlomerulonefritin əsas klinik sindromlarına hansı aid deyil?
A) Hipertenziyalı forma
B) Sidik forması
C) Oliqouriya forması
D) Abdominal forma
E) Ödem forması
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
435) Hematurik formalı qlomerulonefritin aktivlik göstəricisinə hansı aid deyil?
A) Ürəkdə dəyişikliklər
B) Hipertenziya
C) Oliqouriya
D) Hematuriya
E) Hiperkoaqulasiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
436) Hiperqammaqlobulinemiya nəyə xarakterikdir?
A) Tubulointerstitsial nefrit
B) Qurdeşənəyi nefriti
C) Kəskin nefrit
D) Qarışıq formalı qlomerulonefrit
E) Nefrotik formalı qlomerulonefrit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
437) Qlomerulonefrit zamanı antibakterial terapiyaya hansı preparat daxil edilmir?
A) Sefalosporinlər
B) Penisillin
C) Gentamitsin
D) Makrolidlər
E) Nitrofuran preparatları
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
438) Antibiotikləri təyin edən zaman nə nəzərə alınmır?
A) Böyrəklərin funksional vəziyyəti
B) Sidik mikroflorasının xarakteri
C) Preparatın nefrotoksikliyi
D) Sidiyin PH-ı
E) Xəstənin milli mənsubiyyəti
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
439) Antikoaqulyantlar nə zaman göstəriş sayılmır?
A) Kəskin qlomerulonefritdə
B) Verlqof xəstəliyində
C) Hemorragik vaskulitdə
D) Kəskin böyrək çatışmazlığında
E) Hiperkoaqultasiyada
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
440) Hiperkaliemiya üçün xarakterik olmayan əlamət hansıdır?
A) Ürək tonlarının karlaşması
B) Taxikardiya
C) Paresteziya
D) Bradikardiya
E) EKQ-da T dişciyinin dəyişməsi
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
441) Hansı preparatın təyini zamanı osteoporoz əmələ gəlmə ehtimalı artır?
A) Veroşpiron
B) Makrolidlər
C) Triamsinolon
D) Laziks
E) Trental
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
442) Tubulointerstitsial nefritin müalicəsinə daxildir?
A) Mübadilə pozğunluqlarının korreksiyası
B) Böyrək hemodinamikasını yaxşılaşdıran preparatların təyini
C) Pəhriz müalicəsi
D) Sadalananların hamısı
E) Antioksidantların təyini
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
443) Amiloidoza nə zaman tez-tez rast gəlinir?
A) Revmatoid artritdə
B) Qlomerulonefritdə
C) Pielonefritdə
D) Tubulointerstitsial nefritdə
E) Tubulopatiyalarda
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
444) Sistit üçün hansı simptom xarakterik deyil?
A) Sidikifrazı zamanı sancı
B) Bel nahiyyəsində ağrı
C) Diz üstündə ağrı
D) Dizuriya
E) Pollakuriya
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
445) Pielonefrit zamanı adətən böyrəyin hansı funksiyası pozulmur?
A) Nefronun proksimal hissəsi
B) Nefronun distal hissəsi
C) Nefronun tubulyar hissəsi
D) Yumaqcıq
E) Henle ilgəyi
Ədəbiyyat: М. М. Хаджиалиева. «Пиелонефрит у детей» 2006г.
446) Vazorenal hipertenziyanın aşkarlanmasında ən informativ üsul hansıdır?
A) Böyrək damarlarının USM-si
B) Renal angioqrafiya
C) Sistoqrafiya
D) Daxili uroqrafiya
E) Ayaqlarda arterial təzyiqin ölçülməsi
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
447) Uşaq 8 aylıqdır. Narahatdır, hərarəti 39ºC-dir, qusması var və sidik ifrazı azalıb. Sidiyin ümumi müayinəsində zülal izləri, görmə sahəsində eritrosit-10 və leykosit-80. Sizin ilkin diaqnozunuz?
A) Pielonefrit
B) Xronik sistit
C) Kəskin nefrit
D) Nefrotik sindrom
E) Kəskin sistit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
448) Müalicəyə rezistent gediş aşağıdakılardan hansına xasdır?
A) Pielonefrit
B) İrsi nefrit
C) Qurdeşənəyi nefriti
D) Sistit
E) Qlomerulonefrit nefrotik forma
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
449) Sidikdə neytrofillərin leykositlərə nisbətən çoxluğu nəyə dəlalət edir?
A) Tubulointersitial nefritə
B) Pielonefritə
C) Amiloidoza
D) İrsi nefritə
E) Qlomerulonefritə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
450) Qlomerulonefritin ilkin əlamətləri hansılardır?
A) Temperatur reaksiyası
B) Dizuriya
C) Kataral əlamətlər
D) Abdominal sindrom
E) Oliquriya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
451) Hansı halda nefropatiya inkişaf etmir?
A) Şəkərli diabetdə
B) Revmatoid artritdə
C) Düyünlü periarteriitdə
D) Piylənmə zamanı
E) Sistem qırmızı qurdeşənəyində
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
452) Leykopeniya nə zaman müşahidə olunur?
A) Düyünlü periarteriitdə
B) İrsi nefritdə
C) Dismetabolik nefropatiyada
D) Qurdeşənəyi nefritində
E) Qlomerulonefritdə
Ədəbiyyat: Кузмина Л.А. Геmатология детского возраста. M.2001
453) Pielonefritin inkişafını təmin edən faktorlardan aparıcı rolu hansı oynayır?
A) Xəstənin yaşı
B) Urodinamikanın pozulması
C) Genetik meyillilik
D) Metabolik pozğunluq
E) Mikrobun virulentliyi
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
454) Uşaqlarda sutkalıq sidik asılıdır:
1. İçilən mayenin miqdarından
2. Ətraf mühitin hərarətindən
3. Bədənin hərarətindən
4. Hemoqlobinin səviyyəsindən
5. Natrium-xloridin artıq qəbulundan
A) 1, 2, 3
B) 1, 3, 5
C) 2, 4, 5
D) 1, 2, 4
E) 3, 4, 5
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
455) Hemolitiko-uremik sindrom üçün hansı əlamət xarakterikdir?
A) Leykosituriya
B) Trombositoz
C) Bilirubinemiya
D) Uremiya
E) Fosfatemiya
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
456) Hemolitiko- uremik sindromun inkişafında əsas müalicə metodu hansıdır?
A) diuretiklərin təyini
B) heparinoterapiya
C) hormonoterapiya
D) vitaminoterapiya
E) hemodializ
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
457) DDL sindromunda hansı istifadə olunmur?
A) suprastin
B) fibrinogen
C) antibiotiklər
D) limfositar kütlə
E) albumin
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
458) İrsi nefrit üçün tipik yaş:
A) 11 – 14 yaş
B) 3 yaşa qədər
C) Yeniyetmə yaşı
D) 3 – 6 yaş
E) 7 – 11 yaş
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997.
459) Irsi nefritlə olan uşaqların dispanser müşahidəsi aparılır :
A) 1 yaşa qədər
B) 2 yaş
C) 5 yaş
D) 10 yaş
E) 15 yaşına qədər və daha sonra terapevt nefroloqun müşahidəsi altında
Ədəbiyyat: Н.П.Шабалов.Детские болезни.Санкт-Петербург. «Питер» 2000.
460) Sistinuriya zamanı qidadan nə çıxarılmır?
A) Pendir
B) Qara ciyər
C) Paxla
D) Kəsmik
E) Balıq
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997.
461) Hiperoksaluriya zamanı rasiondan aşağıdakı qida maddəsi çıxarılır :
A) Purinlər
B) Sistin
C) Metionin
D) Askorbin turşusu
E) Triptofan
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000. Г.Мадряков, Н.Попов. Болезни почек. София, 1976.
462) Purin mübadiləsinin pozulması zamanı, böyrəyin zədələnməsinə aşağıdakı maddənin çoxluğu təsir edir:
A) Fosfatların
B) Oksalatların
C) Sistinin
D) Uratların
E) Triptofanın
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
463) Böyrək mənşəli şəkərsiz diabetdə poliuriya və polidipsiya nə vaxt yaranır?
A) Doğulandan bir az keçmiş
B) 7 yaşından
C) 1 yaşından
D) 3 yaşında
E) Yeniyetmə dövründən
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
464) İlkin psevdohipoaldosteronizm özünü nə vaxt biruzə verir?
A) 1 yaşında
B) 3 yaşında
C) Həyatının ilk günlərində
D) Yeniyetmə dövründə
E) 7 yaşında
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000. Г.Мадряков, Н.Попов. Болезни почек. София, 1976.
465) Böyrəyin qlükozuriyası zamanı aşağıdakı laborator müayinə əhəmiyyətsizdir.
A) Qanda şəkərin təyini
B) Şəkər əyrisi
C) Sidiyin fruktozaya yoxlanması
D) Qanın biokimyəvi analizi
E) Sidikdə aseton
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000. Г.Мадряков, Н.Попов. Болезни почек. София, 1976.
466) Südəmər dövrdə olan uşaqlarda kəskin pielonefrit zamanı aşağıdakı əlamət olmaya bilər:
A) Subfebril hərarət
B) Qaytarma,qusma sindromu
C) Dizurik əlamətlər
D) Anoreksiya
E) Ağrı sindromu
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург,1999, c.684-685.
467) Sidiyin çöküntüsündə neytrofillərin çox olması hansı patologiya üçün daha xarakterdir?
A) qlomerulonefritə
B) irsi nefritə
C) tubulointerstisial nefritə
D) amilaidoza
E) pielonefritə
Ədəbiyyat: М.С.Игнатова, Ю.Е.Вельтщев. Детская нефрология. «Медицина», Ленинград, 1989.
468) Ekskretor uroqrafiya hansı halda göstəriş deyil?
A) qarın boşluğunun sidik dayanması ilə müşahidə edilən zədələnməsi
B) qlomerulonefritin kəskin dövrü
C) qəflətən baş vermiş hematuriya
D) davamlı leykosituriya
E) qarında naməlum etiologiyalı ağrıların olması
Ədəbiyyat: Н.А.Лопаткин, А.Г.Пугачев. Детская урология. «Медицина», Москва, 1986.
469) Böyrəyin biopsiyası üçün əksgöstəriş deyil:
A) büzüşmüş böyrək
B) yeganə böyrək
C) böyrəiyn vərəmi
D) hormonrezistentli qlomerulonefrit
E) böyrəklərin polikistozu
Ədəbiyyat: И.Е.Тареева. Нефрология. «Медицина», Москва, 1995. Н.А.Коровина, Л.П.Гаврюшова. Гломерулонефрит у детей. «Медицина», Москва, 1990.
470) Sidik sisitemi infeksiyalarının diaqnostikasında az əhəmiyyət kəsb edir:
A) sidiyin ümümi analizi
B) sidiyin iki stəkan sınağı
C) sidiyin bakteriuriyaya görə müayinəsi
D) sidiyin kəmiyyət təyini
E) qanda sidik cövhərinin təyini
Ədəbiyyat: М.С.Игнатова, Ю.Е.Вельтщев. Детская нефрология. «Медицина», Ленинград, 1989.
471) Xroniki böyrək çatmamazlığının başlanması aşağıdakı hansı əlamətlə əlaqədar deyil:
A) oliquriya
B) əzələ spazmı
C) sümükdə və oynaqlarda ağrılar
D) boy inkişafının ləngiməsi
E) anoreksiya
Ədəbiyyat: А.Шеффер, А.Беннет. Детские болезни. «Питер», СПб., 1996.
472) Sidiyin ümumi analizi aşağıda göstərilən böyrək parametrləri haqqında ətraflı məlumat verir, biri istisna olmaqla:
A) zülalın böyrəklər vasitəsilə itməsi
B) sidikçıxarıcı yolların infeksiyası ehtimalı
C) böyrəklərdə fosfatların ləngiməsi
D) qlomerulonefrit ehtimalı
E) böyrəklərin qatılaşdırma fəaliyyəti
Ədəbiyyat: Паул Дворкин. Педиатрия. «ГЭОТАР», Москва, 1996.
473) Hansı əlamətin mövcud olması həkimə kəskin böyrək çatışmazlığından şübhələnməyə əsas verir?
A) poliuriya
B) nikturiya
C) pollakiuriya
D) urat salurezi
E) diurezin azalması (oliquriya)
Ədəbiyyat: В.И.Наумова. Почечная недостаточность у детей. «Медицина», Ленинград, 1991.
474) Nefrotik sindrom üçün xarakterdir:
A) hipolipidemiya
B) hipofibrinogenemiya
C) hematuriya
D) hipertoniya
E) nəzərəçarpan proteinuriya, hipoalbuminemiya
Ədəbiyyat: И.Е.Тареева. Нефрология. «Медицина», Москва, 1995.
475) Su və elektrolit balansının dəyişməsi hesabına arterial təzyiqi hansı preparat aşağı salır?
A) dibazol
B) rezerpin
C) hipotiazid
D) natrium-nitroprussid
E) qanqlioblokatorlar
Ədəbiyyat: И.В.Маркова, М.В.Неженцев. Лечение заболеванийпочек у детей. «Сотис», СПб., 1994.
476) Anqiotenzin- 2 sintezinin inhibitoruna hansı aiddir?
A) propranolol
B) dibazol
C) verapamil
D) apressin
E) enalapril
Ədəbiyyat: И.В.Маркова, М.В.Неженцев. Лечение заболеванийпочек у детей. «Сотис», СПб., 1994. Справочник Видаль 2004. «ЗАО Астрафарм сервис», Москва, 2004.
477) Qlukokortikoid preparatlara aid deyil:
A) metandrostenolon
B) deksametazon
C) triamsinolon
D) betametazon
E) hidrokortizon
Ədəbiyyat: И.В.Маркова, М.В.Неженцев. Лечение заболеванийпочек у детей. «Сотис», СПб., 1994. Справочник Видаль 2004. «ЗАО Астрафарм сервис», Москва, 2004.
478) Qlukokortikoidlər necə təsir göstərir?
A) qanda şəkərin miqdarını artırır
B) qanda limfositlərin miqdarını artırır
C) immunostimulyator kimi təsir göstəriş
D) qanda eozinofillərin miqdarını artırır
E) zülal sintezini artırır
Ədəbiyyat: И.В.Маркова, М.В.Неженцев. Лечение заболеванийпочек у детей. «Сотис», СПб., 1994. Н.А.Коровина, Л.П.Гаврюшова. Гломерулонефрит у детей. «Медицина», Москва, 1990.
479) Antibiotiklərin təyini zamanı nəyi nəzərə almaq lazım deyil?
A) sidiyin pH-ını
B) nefrotoksikliyi
C) sidiyin mikroflorasının xarakterini
D) arterial təzyiqi
E) böyrəklərin funksional vəziyyətini
Ədəbiyyat: И.В.Маркова, М.В.Неженцев. Лечение заболеванийпочек у детей. «Сотис», СПб., 1994.
480) Dezaqreqasion təsirə malik olmayan preparat hansıdır?
A) trental
B) eufillin
C) kurantil
D) tiklid
E) mezaton
Ədəbiyyat: М.С.Игнатова, Ю.Е.Вельтщев. Детская нефрология. «Медицина», Ленинград, 1989.
481) Tubulointerstisial nefrit (TİN) necə xəstəlikdir?
A) bakterial iltihabdır
B) abakterial iltihabdır
C) bütün sadalananlardır
D) infeksiondur
E) autoimmun prosessdir
Ədəbiyyat: М.С.Игнатова, Ю.Е.Вельтщев. Детская нефрология. «Медицина», Ленинград, 1989.
482) Tubulointerstisial nefrit nə zaman inkişaf edə bilməz?
A) cərrahi əməliyyatdan sonra
B) hemo – və urodinamik pozğunluglar
C) mikoz infeksiyalarda
D) virus infeksiyalarında
E) mübadıiə pozğunluglarında
Ədəbiyyat: М.С.Игнатова, Ю.Е.Вельтщев. Детская нефрология. «Медицина», Ленинград, 1989.
483) Sadalanan preparatlardan membranostabilizatorlara aid olmayan hansıdır?
A) tokoferol
B) prednizolon
C) ksidifon
D) koenzim
E) azatioprin
Ədəbiyyat: М.С.Игнатова, Ю.Е.Вельтщев. Детская нефрология. «Медицина», Ленинград, 1989.
484) Nefropatiyanın inkişafı xarakter deyil:
A) sidik sisteminin inkişaf qüsurlarında
B) sistemli qırmızı qurdeşənəyində
C) Veqener sindromunda
D) düyünlü periarteriitdə
E) piylənmə də
Ədəbiyyat: М.С.Игнатова, Ю.Е.Вельтщев. Детская нефрология. «Медицина», Ленинград, 1989.
485) Yumaqcıq filtrasiyasının təyin etmək üçün istifadə olunan ekzoğen maddələr hansı xüsusiyyətlərə malik olmalıdır?
A) fizioloji aktiv olmalıdır
B) qan plazması zülalları ilə birləşmə qabiliyyətinə malik olmalıdır
C) böyrək kanalcıqlarında reobsorbsiya olmalıdır
D) yumaqcıqdan sərbəst filtrasiya olmalıdır
E) böyrək kanalcıqlarından sekresiya olmalıdır
Ədəbiyyat: А.Шеффер, А.Беннет. Детские болезни. «Питер», СПб., 1996.
486) Qlukokortikoidlərin təyinatına göstərişdir:
A) tubulopatiyalar
B) qlomerulonefritin hematurik forması
C) dizmetabolik nefropatiya
D) qlomerulonefritin nefrotik forması
E) tubulointerstisial nefrit
Ədəbiyyat: И.Е.Тареева. Нефрология. «Медицина», Москва, 1995. М.С.Игнатова, Ю.Е.Вельтщев. Детская нефрология. «Медицина», Ленинград, 1989.
487) Kəskin qlomerulonefritin ən çox rast gəlinən səbəbi:
A) Göbələk
B) Virus infeksiyası
C) Qram-mənfi infeksiya
D) Stafilokokk infeksiyası
E) Streptokokk infeksiyası
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 2000.
488) Kəskin qlomerulonefritdə hansı müayinənin aparılması əhəmiyyətsizdir?
A) Böyrəklərin USM
B) Qanın ümumi analizi
C) Sistoqrafiya
D) Sidiyin ümumi analizi
E) Qanın biokimyəvi analizi
Ədəbiyyat: Е.Н.Савченко. Детские урологическое болезни. “Медицина», Москва, 1972.
489) Xroniki qlomerulonefrit zamanı daha məqsədəuyğun instrumental müayinə hansıdır?
A) Angioqrafiya
B) Damar daxili uroqrafiya
C) Sistoqrafiya
D) Qanın ümumi analizi
E) Böyrəyin rentgen müayinəsi
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997.
490) Qarışıq forma xroniki qlomerulonefritə məxsus olmayan əlamətlər.
A) Hiperlipidemiya
B) Hematuriya
C) Kəskin ödem
D) Hipertoniya
E) Cüzi ödem
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997.
491) Xroniki nefrotik forma qlomerulonefritdə ödem aşağıdakı xarakterdə olur.
A) Assit
B) Yumşaq ödem
C) Bərk ödem
D) Göz qapaqlarının və baldır nahiyəsinin ödemi
E) Məhdud ödem
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993. Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997.
492) Erkən mərhələlərdə arterial təzyiqin yüksəlməsi xarakterdir:
A) irsi nefritdə
B) tubulopatiyada
C) qlomerulonefritdə
D) dizmetabolitik nefropatiyada
E) pielonefritdə
Ədəbiyyat: И.Е.Тареева. Нефрология. «Медицина», Москва, 1995.
493) Qarışıq forma qlomerulonefrit ən çox rast gəlinir:
A) 1 yaşdan 2 yaşa qədər
B) 1 yaşa qədər
C) hər bir yaşda
D) 3 yaşdan 5 yaşa qədər
E) 8-10 yaşdan sonra
Ədəbiyyat: И.Е.Тареева. Нефрология. «Медицина», Москва, 1995.
494) Qlomerulonefritin başlanğıcı üçün daha çox xarakterikdir:
A) kataral əlamətlər
B) hərarət reaksiyası
C) oliquriya
D) dizuriya
E) abdominal sindrom
Ədəbiyyat: М.С.Игнатова, Ю.Е.Вельтщев. Детская нефрология. «Медицина», Ленинград, 1989.
495) Qarışıq formalı qlomerulonefrit üçün daha xarakterdir:
A) proteinuriya ilə olan hematuriya
B) leykosituriya, bakteriuriya
C) abakterial leykosituriya
D) uzunsürən hematuriya
E) təcrid olunmuş proteinuriya
Ədəbiyyat: И.Е.Тареева. Нефрология. «Медицина», Москва, 1995.
496) Qarışıq formalı qlomerulonefrit üçün xarakterik deyil:
A) abakterial leykosituriya
B) hematuriya
C) qlükozuriya
D) proteinuriya
E) hipertenziya
Ədəbiyyat: И.Е.Тареева. Нефрология. «Медицина», Москва, 1995.
|