566) Solğun əzvay göbələyi ilə zəhərlənmədə gizli dövr nə qədər davam edir?
A) 1 – 2 saat
B) 48 - 72 saat
C) 5 – 6 saat
D) 12 – 24 saat
E) 15 – 30 dəqiqə
Ədəbiyyat: А.В.Прахов. Неотложные состояния в педиатрии. «НГМА», Нижний Новгород, 2005.с.327
567) Turşularla zəhərlənmədən sonra ilk saatlarda mədənin hansı məhlulla yuyulması məqsədə uyğundur?
A) 2% -lı maqnezium oksid məhlulu ilə
B) Ringer məhlulu ilə
C) İlıq su ilə
D) 4% -lı natrium hidrokarbonat məhlulu ilə
E) 0,1% -lı kalium permanqanat məhlulu ilə
Ədəbiyyat: А.В.Прахов. Неотложные состояния в педиатрии. «НГМА», Нижний Новгород, 2005.c.327
568) Hansı zəhərlənmələrdə dərinin hiperemiyalaşması, halyusinasiyalar, göz bəbəklərinin genişlənməsi qeyd olunur?
A) Maye sabunlarla
B) May inciçiçəyi ilə
C) Salisilatlarla
D) Atropinəbənzər maddələrlə
E) Bütün zəhərli bitkilərlə
Ədəbiyyat: А.В.Прахов. Неотложные состояния в педиатрии. «НГМА», Нижний Новгород, 2005.
569) Naməlum etiologiyalı zəhərlənmələrdə uşağın mədəsi aşağıdakılardan hansı ilə yuyulmalıdır?
A) Xlorid turşusu məhlulu ilə
B) Kalium permanqanat (marqanes) məhlulu ilə
C) Soda məhlulu ilə
D) Aktivləşmiş kömür əlavə edilmiş su ilə
E) Təmiz su ilə
Ədəbiyyat: У.Штайнигер, К.Э.Мюлендаль. Неотложные состояния у детей. «Медтраст», Минск, 1996, с. 342.
570) Aşağıdakılardan hansı qızılçanın səpmə dövrü üçün tipik xüsusiyyət deyil?
A) Kataral əlamətlərin olması
B) Birləşmə tendensiyalı xallı-düyünlü səpkilər
C) Səpkilərin yaranma vaxtı hərarətin və toksikozun artması
D) Normal hərarət olduqda səpkinin əmələ gəlməsi
E) Ardıcıl olaraq səpkilərin yaranması və sönməsi
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
571) Ağız və udlaq nahiyyəsinin toksiki difteriya formasında aşağıdakı fəsadlardan hansı ola bilməz?
A) Kəllə-beyin sinirlərinin nevriti (Yumşaq damağın iflici, oftalmoplegiya)
B) Toksik nefroz
C) Ensefalit
D) Miokardit
E) Zəif periferik iflic inkişaf etməklə poliradikulonevrit
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
572) Epidemik parotit zamanı nə inkişaf etmir?
A) Tireoidit
B) İrinli meningit
C) Pankreatit
D) Seroz meningit
E) Orxit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləriBakı, 2005.
573) Qrip üçün nə səciyyəvi deyil?
A) Sarılıq
B) Hipertermiya (yüksək hərarət)
C) İnaq
D) Hemorragik sindrom
E) Qıcolma sindromu
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. Bakı, 2005.
574) Salmanellyozlu xəstələrdə törədicini harada aşkar etmək olar?
A) Göstərilən bütün biosubstratlarda
B) Sidikdə
C) Qanda
D) Nəcisdə
E) Qusuntu kütləsində
Ədəbiyyat: M.Q.Qurbanov, N.M.Hüseynova. Uşaqlarda kəskin bağırsaq infeksiyaları. Bakı. 2005.
575) Qastroenteritin rotavirus üçün xarakterik olmayan simptomları hansılardır?
A) Hərarət, əsasən subferil, kafi intoksikasiya
B) I-II dərəcəli eksikoz
C) Az fasiləli, selikli və qanlı nəcis
D) Təkrarlanan qusma
E) Az fasiləli, kütləli, sulu nəcis
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
576) Botulizmin kliniki mənzərəsində adətən nə müşahidə olunmur?
A) Udma qabiliyyətinin pozulması
B) Miasteniya
C) Tənəffüs pozğunluğu
D) Görmə qabiliyyətinin pozğunluğu ( dumalılıq və ikiləşmə)
E) Hepatolienal sindrom
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
577) Vəbanın müalicəsində əsas rehidratasiya preparatlarına aşağıdakılardan hansı aiddir?
A) Kolloid məhlullar
B) Plazma
C) Fizioloji məhlul
D) Standart duzlu məhlullar
E) Hipertonik duzlu məhlullar
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
578) Əksər seroz meningitlərinin etilogiyasını aşağıdakılardan hansı təşkil edir?
A) Virus-bakterial infeksiya
B) Qrip
C) Parotit və enterovirus infeksiyası
D) Adenovirus
E) Vərəm
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
579) Aşağıdakılardan hansılar HİV infeksiyasının yoluxma mənbəyi sayıla bilməz?
A) Kəskin HİV infeksiyalı xəstələr
B) Ev heyvanları və ya vəhşi heyvanlar
C) Kliniki əlamətlər müşahidə olunmayan xəstələr
D) HİV-ə yoluxan hamilələr
E) Opportunist xəstəliklər dövründə olan xəstələr
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
580) 2TE PPD-L –lə tuberkulin sınağı zamanı hansı ölçülü indurasiya insanın VMB yoluxmaya şübhə yaradır?
A) 1mm
B) 4mm
C) Hiperemiya
D) 5mm –dən böyük
E) 3mm
Ədəbiyyat: Əli İnsanov. Vərəm. Bakı,2004
581) Qrip epidemiyaları hansı mövsümlərdə baş verir?
A) Qış və yay
B) Yaz
C) Payız və qış
D) Yaz və yay
E) Qış və yaz
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
582) Döş qəfəsi daxili limfa düyünləri vərəminin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?
A) Ağciyərlərin icmal rentgenoqramı
B) Bronxoqrafiya
C) Rentgenoqrafiya
D) Bronxoskopiya
E) Ön və yan tomoqram
Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
583) A virus hepatiti üçün xarakter olmayan əlamət hansıdır?
A) Dövri klinik gedişin olması
B) Piqment mübadiləsində pozğunluq
C) Dispeptik pozğunluqlar
D) Xəstəliyin kəskin başlanması
E) Qanda HbsAg-in tapılması
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Mедицина» . Mосква. 2004
584) Meninqokoksemiya üçün xarakter səpgi:
A) ulduzvari hemorragik səpgilər
B) vezikula
C) makula
D) papula
E) pustula
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
585) Respirator-sinsitial infeksiya üçün daha xarakterik sindrom:
A) Diareya
B) İnağ
C) Bronxiolit
D) Limfadenit
E) Qıcolma sindromu
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
586) Respirator mikoplazmoz üçün xarakterik deyil:
A) Hipertermiya ilə müşahidə olunan intoksikasiya
B) Uzunmüddətli bronxoobstruksiya
C) Ağ ciyərlərdə cüzi fizikal əlamətlərlə müşayiət olunan ocaqlı dəyişikliklər
D) Üzücü öskürək
E) Limfoadenopatiya
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
587) Psevdovərəmə nə xarakterik deyil:
A) Yüksək hərarət
B) Bronxoobstruktiv sindrom
C) Poliartralgiya
D) Skarlatinaya bənzər səpgilər
E) Peritonzillitlə müşahidə olunan angina
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
588) Aşağıda sadalanan bakterial infeksiyaların hansında sarılıq müşahidə olunmur
A) Sifilisdə
B) Leptospirozda
C) Psevdovərəmdə
D) Meninqokok infeksiyasında
E) Sepsisdə
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
589) Böyük yaşlı uşaqlarda və böyüklərdə herpesin ən çox rast gəlinən forması hansıdır?
A) Dəri və selikli qişaların zədələnməsi
B) Stomatit
C) Oftalmoherpes
D) Generalizə olunmuş forma
E) Ensefalit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
590) Vərəm mikobakteriyaları ilə yoluxmuş şəxslərdə aktiv vərəmin inkişafına hansı amillər təkan verə bilər?
A) Geniş spektrli antibiotiklər
B) Anabolik hormonlar
C) Kortikosteroidlər
D) Hemotransfuziya
E) Sidik qovucular
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
591) Düzgün aparılmış BSJ- vaksinasiyasının keyfiyyət markeri hansıdır?
A) Sənəddə peyvənd olunduğu haqda qeyd
B) Qoltuqaltı limfodenit
C) Papula
D) Pustula
E) Peyvənddən sonrakı dəridəki işarə
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
592) Uşaqlarda pnevmosistozun xarakterik əlamətləri hansılardır?
A) Poliadenopatiya
B) Hepatomeqaliya
C) Kəskin toksikoz
D) Bronxoobstruksiya ilə müşahidə olunan uzun sürən respirator sindrom
E) Səpgi
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
593) Herpetik ensefalit üçün xasdır
A) hipotoniya
B) diareya
C) hemiparez
D) hemorragik səpği
E) qarın ağrıları
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
594) Toksiki difteriya üçün aşağıdakılardan hansı xarakterik deyil?
A) Badamcıqlar və ağız udlağın aşkar ödemi
B) Boyun toxumasının ödemi, tonzilyar limfadenit
C) Ağız udlaqda yayılmış fibrinoz ərpin olması
D) Boyun toxumalarının ödemi olmadan regionar limfadenit
E) Hərarət, boğazda ağrı
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
595) Difteriya zamanı hansı ağırlaşmalar baş verə bilər?
A) Miokardit
B) Zəif periferik ifliclərin inkişafı ilə gedən poliradikulonevrit
C) Toksiki nefroz
D) Kəllə sinirlərinin nevriti (yumşaq damağın iflici, oftalmoplegiya)
E) Ensefalit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
596) Əsnək difteriyasına şübhə olduqda aşağıdakılardan hansı düzgün təlimatdır?
A) Diaqnoz dəqiqləşənə qədər 8-12 saat ərzində xəstə nəzarətdə olur
B) Əsnək difteriyasında DƏZ yeritmək göstəriş deyil
C) DƏZ bakterioloji müayinənin nəticəsi alındıqdan sonra yeridilməlidir
D) DƏZ peyvənd almayan uşaqlara dərhal yeridilməlidir
E) Difteriya əleyhinə zərdab (DƏZ) peyvənd haqqında məlumat bilmədən dərhal yeridilməlidir
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
597) Hansı epidemik parotitin əsas əlaməti deyil?
A) şişkinlik
B) rəngi dəyişməmiş, dartılmış dəri
C) çeynəmə aktının ağrılı olması
D) ağrılı olması
E) angina
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
598) Əksər seroz meningitlər hansı etiologiyaya malikdir?
A) Adenovirus
B) Vərəm
C) Parotit və enterovirus
D) Qripoz
E) Virus-bakterial
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
599) Parotit infeksiyası üçün aşağıdakılardan hansı səciyyəvi deyil?
A) Dilaltı və çənəaltı vəzlərin zədələnməsi
B) Nefrit
C) Orxit (və ya adneksit)
D) Pankreatit
E) Ensefalit
Ədəbiyyat: Л.А.Исаева. Детские болезни. «Медицина», Москва,1986.
600) Qızılcanın kataral dövrü üçün tipik simptom deyil.
A) Zökəm
B) Konyunktivit
C) Öskürək
D) Qıcolma sindromu
E) Hərarət
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
601) Məxmərəyin tipik klinik əlamətləri içərisində patoqnomonik simptom hansıdır?
A) periferik limfa düyünlərinin böyüməsi (ənsə və arxa boyun limfa düyünləri)
B) enantema
C) periferik qanda dəyişikliklər
D) kataral əlamətlər
E) subfebril hərarət
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
602) Məxmərəkdə səpgilər hansı nahiyyədə olur:
A) gövdənin yan səthləri, budların daxili səthləri
B) ətrafların açıq səthində, oynaqlar ətrafında, kürək və sağrı nahiyəsində
C) səpginin üz ,gövdə və ətraflara etaplı yayılması
D) tipik lokalizasiyası yoxdur
E) gövdədə, ətraflarda-pəncə və əllərdə, oynaq ətraflarında səpgilərin daha intensiv olması
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
603) Skarlatinanın tipik əlaməti hesab olunmur:
A) Angina
B) Hərarət
C) Boyun limfadeniti
D) Hepatoliyenal sindrom
E) Nöqtəvari səpgilər
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
604) Su çiçəyinin səpgilərinə xarakterik olmayan xüsusiyyətlər hansılardı?
A) Üzdə, başın tüklü hissəsində ,gövdə və ətraflarda lokalizasiyanın üstünlüyü
B) 1-2 günlük fasilələrlə «təkanvari» səpgilər
C) Eyni zamanda (gün ərzində) çoxkameralı ,qovuq şəkilli səpgilər
D) Selikli qişalarda səpgilər
E) Vezikulların üstünlüyü ilə polimorfizm, deşikllərin asan boşalması ,bəzi elementlərin göbək şəklində çökməsi
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
605) Göy öskürək üçün tipik deyil:
A) İflicvari nəfəsalma ilə təkanvari öskürək
B) Sifətin şişkin olması
C) Öskürək zamanı qusma
D) Gizli bəlğəm ifrazı
E) Hipertermiya
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
606) Paraqripp üçün daha xarakterik sindrom:
A) Hemorragik sindrom
B) İnağ
C) Qıcolma sindromu
D) Limfoadenopatiya
E) Diareya
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
607) Körpə uşaqlarda qızılcanın hansı ağırlaşması daha çox rast gəlir və letallıq səviyyəsinə təsir edir:
1. Pnevmoniya
2. Miokardit
3. Ensefalit
4. Keratit
5. Otit
A) 2, 4
B) 2, 5
C) 1, 3
D) 1, 4
E) 3, 5
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
608) Qrip üçün xasdır:
A) limfadenopatiya
B) dalağın və qara ciyərin böyüməsi
C) yüksək hərarət
D) nekrotik angina
E) qusma
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
609) Qripdən sonra aşağıdakı fəsadlar ola bilər:
A) orxit
B) pnevmoniya
C) sistit
D) pankreatit
E) qastrit
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
610) Adenovirus infeksiyasına aşağıdakı simptomlar xasdır:
A) otit
B) oynaqlarda ağrı
C) oynaqlarda şişkinlik
D) eritema
E) əsnəkdə kataral əlamətlər
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
611) Inağ sindromu hansı hallarda rast gəlinir?
A) məxmərəkdə
B) skarlatinada
C) rotavirus infeksiyası zamanı
D) kəskin respirator xəstəliyi zamanı
E) parotitdə
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
612) Uşaqlarda bağırsaq infeksiyası törədən şərti-patogen floraya aşağıdakılardan hansı aid deyil?
A) Streptokok
B) Hafniyya
C) Protey
D) Stafilakok
E) Klebsiyella
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005. M.Q.Qurbanov,N.M.Hüseynova. Uşaqlarda kəskin bağırsaq infeksiyaları. Bakı, 2005.
613) Qarın yatalağı üçün hansı simptom xarakterik deyil?
A) Dilin ərpli , şişgin olması , dalaq , qaraciyərin böyüməsi
B) Hipotoniya , bradikardiya
C) Dərin intoksikasiya və uzun müddətli hərarət
D) Poliartritlər
E) Səpgi
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
614) İersinozda və psevdotuberkulyozda qarında ağrı nə ilə bağlı deyil?
A) Pankreotitlə
B) Proktosiqmoiditlə
C) Appendisitlə
D) Mezodenitlə
E) Pielit ilə
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
615) Aşağıdakı xəstəliklərin hansında kəskin tənəffüs çatmamazlığı xəstəliyin gedişini ağırlaşdıra bilməz?
A) Botulizm
B) Göy öskürək
C) Pnevmoniya
D) Poliomielit
E) Vəba
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
616) Enterovirus infeksiyasının klinik formaları hansılardı?
A) qastroenterit
B) limfadenopatiya
C) endemik mialgiya
D) enterovirus mialgiyası
E) yuxarı tənəffüs yollarının katarı
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
617) Enterovirus ekzantema üçün tipikdir
A) konyuntivit
B) dərinin hiperemiya fonunda səpgi
C) irinli səpgi
D) ləkəli-papulyoz səpgi
E) kataral əlamətlər
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
618) Enteral detoksikasiya məqsədilə bağırsaq infeksiyası zamanı aşağıdakilardan hansı istifadə olunur?
A) enterosorbent (smekta polifepan)
B) zülal
C) neohemodez
D) amin turşuları məhlulları
E) reopoluqlukin
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
619) Virus hepatit A üçün xarakterik deyil:
A) Sarılıq başlananda əhval ruhiyyənin yaxşılaşması
B) Sarılıq önü dövrdə hərarət
C) Tsiklik gediş
D) Xəstəliyin kəskin başlanması
E) Hemorragik sindrom
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
620) Virus hepatit B üçün xarakterik deyil:
A) Bütün yaş qruplarının yoluxması
B) Dayanıqlı müqavimətin formalaşması
C) Ömürlük virus gəzdiriciliyin mümkünlüyü
D) 1 yaşlı uşaqlarda daha ağır gedişi
E) Xəstələnmənin mövsümlə artıb azalması
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
621) Kəskin hepatitdə klinik diaqnostik əlamət hansıdır?
A) sarılıq,hepatoliyenal sindrom
B) hemorragik sindrom
C) hipertermik sindrom
D) kataral əlamətlər
E) limfaadenopatiya
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
622) Hansı xəstəlikdə limfoadenopatiya müşahidə olunmur?
A) İnfeksion mononukleoz
B) Qızılça
C) Su çiçəyi
D) Məxmərək
E) Qarın yatalağı
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.368-389
623) Təhrif olunmuş qızdırmanın ( febris inversa ) əlaməti hansıdır?
A) Dalgavari dəyişir
B) Eynidirlər
C) Qün ərzində hərarət dəyişmir
D) Səhərki hərarət axşamkindən yüksəkdir
E) Axşamki hərarət səhərinkindən yüksəkdir
Ədəbiyyat: Ədbiyyat: Ə.H. «İnfeksion xəstəliklər»,«Nasir»Bakı-2009, s.31
624) Daimi qızdırma (febris continua) hansı xəstəliyə xasdır?
A) Qarın yatalağı
B) Revmatik qızdırma
C) Leyşmanioz
D) Limfoqranulematoz
E) Brusellez
Ədəbiyyat: Ə.H. «İnfeksion xəstəliklər»,«Nasir»Bakı-2009, s.31
625) Üzücü qızdırma ( febris hectica ) hansı xəstəliyə xasdır?
A) Sepsis
B) Revmatik qızdırma
C) Qızılça
D) Brusellez
E) Virus hepatiti
Ədəbiyyat: Ə.H. «İnfeksion xəstəliklər»,«Nasir»Bakı-2009, s.31
626) Dalgavari qızdırma ( febris undularis ) hansı xəstəliyə xasdır?
A) Tuberkulez
B) Krupoz pnevmoniya
C) Malyariya
D) Ocaqlı pnevmoniya
E) Brusellez
Ədəbiyyat: Ə.H. «İnfeksion xəstəliklər»,«Nasir»Bakı-2009, s.31
627) Qızılça üçün xarakter deyil:
A) Ekzantema və enantema
B) İntoksikasiya
C) Kataral əlamətlər
D) Etaplı səpkilər
E) Hepatolienal sindrom
Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.74
628) Qızılçada səpkilərin əsas variantı?
A) Pustula
B) Vezikula
C) Strofula
D) Ləkə və papula
E) Petexiya
Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.78
629) Məxmərəkdə ekzantemanın variantı hansıdır?
A) Papula
B) Vezikula
C) Petexiya
D) Ləkə
E) Pustula
Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.100
630) Aşağıdakılardan hansı dizenteriyaya aid simptom deyil?
A) Nəcisdə qan və selik
B) Sol qasıq nahiyısində ağrılar
C) Tenezmalar
D) Dəridə müxtəlif ölçülü səpkilər
E) Sigmayabənzər bağırsağın spazmı
Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.65
631) Meningokokkemiyada səpkinin lokalizasiyası:
A) Səciyyəvi deyil
B) Boyun və çiyin qurşağı
C) Ətrafların açıcı səthi,oynaqlar
D) Ətraflar,sağrı, bəzən bədən,üz
E) Bədənin ön səthi, ətrafların bükücü səthi
Ədəbiyyat: Azərbaican Respublika Səhiyyə Nazirliyinin «Meninqitlərin diaqnostika və müalicəsi üzrə kliniki protokol»s.20
632) Qida toksikoinfeksiyanın xarakter kliniki əlamətlərinə hansı aid deyil?
A) Ürəkbulanma
B) Sulu, iyli nəcis
C) Epiqastral nahiyəsində kəskin ağrılar
D) "Moruğabənzər" nəcis
E) Susuzlaşma
Ədəbiyyat:
633) Skarlatinanın rekonvalessensiya dövrünə hansı əlamət aiddir?
A) Əl və ayaq barmaqlarında iriplastinli qabıqvermə
B) Aşkar intoksikasiya
C) Limfadenit
D) Rozeolez səpkilər
E) Avazımış ağız-burun üçbucağı ( Filatov simptomu )
Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.113
634) Skarlatinanın toksik fəsadlarına aiddir:
A) Qlomerulonefrit
B) İnfeksion-allergik miokardit
C) Nekrotik tonzillit
D) Revmatik qızdırma
E) İnfeksion-toksik şok
Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.109
635) Skarlatinanın septiki fəsadlarına aiddir:
A) İnfeksion-toksik şok
B) Septikopiemiya
C) Revmatik qızdırma
D) Qastrit
E) Qlomerulonefrit
Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей» , «СпецЛит»2001, стр.108
636) Skarlatinan müalicəsi hansı qrup preparatlarla daha effektiv keçir?
A) Penisillin qrupu
B) Antihistamin
C) Vitaminlər
D) Aminoqlikozidlər
E) Nitrofuranlar
Ədəbiyyat: В.Н.Тимченко « Инфекционные болезни у детей», «СпецЛит»2001, стр.108
637) Difteriyanın patogenezində əsas rol oynayır:
A) Ekzotoksin
B) Hemotoksin
C) Anatoksin
D) Enterotoksin
E) Endotoksin
Ədəbiyyat: В.Н.Тимченко « Воздушно-капельные инфекции в практике педиатра и семейного врача»,«ЭЛБИ-СПБ»2007, стр.90
638) Difteriyanın ən çox rast gəlinən forması aşağıdakılardan hansıdır?
A) Əsnək
B) Xarici cinsiyyət orqanları
C) Ağciyər
D) Göz
E) Dəri
Ədəbiyyat: В.Н.Тимченко « Воздушно-капельные инфекции в практике педиатра и семейного врача», «ЭЛБИ-СПБ» 2007 , стр.96
639) Difteriya zamanı ən təhlükəli toksik fəsad hansıdır?
A) Pnevmoniya
B) İnfeksion-toksik şok
C) Miokardit
D) Toksik nefroz
E) Neyropatiyalar
Ədəbiyyat: В.Н.Тимченко “ «Воздушно-капельные инфекции в практике педиатра и семейного врача» , «ЭЛБИ-СПБ»2007, стр.107
|