Məlumatların maqnit saxlama qurğuları.Sərt disklər




Download 44.07 Kb.
bet7/16
Sana31.07.2021
Hajmi44.07 Kb.
#16346
1   2   3   4   5   6   7   8   9   10   ...   16
Məlumatların maqnit saxlama qurğuları.Sərt disklər.

HDD- ( Hard Disk Drive ) – Sərt disk qurğusu , Bərk Maqnit Disk Qurğusu və ya Vinçestr terminləri ilə adlandırılır.

İlk sərt disklər 1950 - ci illərdə istifadə olunmağa başlamışdır.Onların ölçüsü təxminən yarım metr idi və sadəcə bir neçə MB həcmə malik idilər.Sərt disklər digər yaddaş qurğularına nisbətən daha sürətli və həcm baxımından daha üstündürlər.

Disklər böyük dəqiqliklə emal olunmuş keramik aliminium lövhələrdən ibarət olub , onların üzərinə xüsusi maqnit örtüyü çəkilir

Sərt diskin ən vacib hissələri aliminium və ya şüşə keramik örtükdən ibarət olan disk səthi,oxuma - yazma başlığı, , Şpindel (ox) və diski fırladan xüsusi mühərrikdir.Disk səthinin genişliyindən asılı olaraq sərt disklər Fərdi kompüterlərdə 3.5", notebook-larda 2.5" ölçülərində istehsal edilirlər.

Disk səhtləri əslində məlumat saxlama xüsusiyyətinə sahib deyillər.Bu xüsusiyyəti təmin etmək üçün səth üzərinə maqnit sahəsinə həssas plyonka yerləşdirilmişdir.Plyonka ilə oxuma yazma başlığı arasında çox kiçik məsafə olur. Sərt disklər üzərində məlumatlar sektor və cığır adlandırılan bölmələrdə saxlanılır.Sektorlar disk üzərində ünvanlaşdırıla bilən ən kiçik hissələrdir.Sektor 256 və ya 512 bayt informasiya saxlaya bilir.

Məlumatların oxunması və yazılması oxuma yazma başlığı vasitəsilə həyata keçirilir. Sərt disk üzərində əməliyyat aparılmadığı zaman oxuma yazma başlığı disk üzərində olmayıb kənarda öz yerinə çəkilir.Oxuma yazma əməliyyatı zamanı isə təyin olunmuş cığır və ya sektor üzərinə gedərək verilmiş əmri icra edir.Səhv və tələsik söndürülmələrdə isə disk oxuma və yazma başlığı yerinə çəkilməmiş və hələ disk üzərində iş görmüş kimi olacaq.Xəbərdrlıq olmadan kəsilən bu enerjinin nəticəsi olaraq başlıq səthə toxuna və xarab sektor adlanan hissələr meydana gələ bilər.Meydana gələn bu hissələrdə məlumatlar artıq oxuna bilməz və bu hal təkrarlandığı tədqirdə sərt disk tamamilə sırdan çıxa bilər.

HDD-lər bir və ya bir neçə diskdən ibarətdir.Bu maqnit daşıyıcıları bir şpindelin ( oxun) üzərində yerləşdirilmiş və xüsusu mühərrik vasitəsilə hərəkətə gətirilir.Sərt disklərin surəti "rpm" - lə (Revolution per minute - dəqiqədə dövr) ölçülür.Əgər bir sərt diskin surəti 7200 Rpm göstərilibsə bu o deməkdir ki, həmin sərt disk dəqiqədə 7200 dövr edir. Müasir modellərdə HDD-nin fırlanma surəti 1 dəqiqədə 7200 dövr və daha artıq məs 15000 olur.

HDD – lər kompüterin daxilində yəni sistem blokun içində yerləşməsinə baxmayaraq xarici yaddaş qurğusu hesab edilir. Çünki onlar informasiya daşıyıcısıdır. Yəni HDD-ni sistem blokdan çıxarsaq oradakı informasiya itməyəcək.

HDD-in digər xarici yaddaş qurğularından əsas üstünlüyü daha çox informasiyanı özündə etibarlı şəkildə saxlaya bilməsidir. Bu qurğular həm kompüterin daxilinə yerləşdirmək üçün həm də kompüterdən kənarda faylların saxlanılması üçün istifadə edilir. Burada fayllarla bərabər Əməliyyat sistemləri , proqramlar,qovluqlar da yerləşdirilir.

Bad sector(xarab sektor)-hard disklərin yararsız vəziyyətə gələn hissələri sektorları bad sektor adlanır.Bad sektorların yaranma səbəbləri müxtəlif ola bilər.



  • Hard diskin işləmə istilik dərəcəsinin həddindən artıq yüksək olması.Bəzi hard disklərdə maksimum hədd 55 dərəcədir.55 dərəcədən sonrsı təhlükəlidir.

  • Nəmli mühit

  • Hard disklərdə köhnəlmə ilə yaranan problemlər

  • Diskin səthindəki korroziyalar

  • İşlək vəziyyətdə ikən əldən yerə salmaqvə ya hər hansısa yerə vurmaq

Hard disk istehsalçıları disklərdə vaxtaşırı meydana gələn bad sektorların deaktiv edilməsini asanlaşdırmaq üçün bütün disklərə əlavə olaraq boş sektorlar yerləşdirir və yaranan bad sektorlar bu bölmələrə köçürülərək istifadəçinin heç bir problemlə qarşılaşmamasını təmin edir.

My computer qovluğunda C və D diski HDD –in qrafiki interfeysidi.C diskinə sistem D diskinə şəxsi fayllar yüklənir.


FDD (Floppy Disk Drive) – Yumşaq maqnit disk və ya çevik maqnit disk qurğusudur.Tutumu çox kiçikdir 1.44 Mb.Hal hazırda demək olar ki bu disklərdən istifadə olunmur.Bəzən bu disklərə 3.5 düymlük disk də deyilir ki, bu rəqəm onun diametrini göstərir.



Download 44.07 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Download 44.07 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Məlumatların maqnit saxlama qurğuları.Sərt disklər

Download 44.07 Kb.