• Periferiya qurğularının proqram və aparat təminatı.
  • Driver
  • Pereferiya qurğularının təsnifatı




    Download 44.07 Kb.
    bet8/16
    Sana31.07.2021
    Hajmi44.07 Kb.
    #16346
    1   ...   4   5   6   7   8   9   10   11   ...   16
    Strimmer kaseti( maqnit lent qurğusu ) – xarici yaddaş qurğusudur, başqa sözlə ardıcıl müraciətli maqnit lentidir.Bu qurğu daxilində məlumat maqnit lent üzərində saxlanılır.Məlumatların bu kasetə yazılması üçün strimer qurğusundan istifadə edilir. İnformasiya tutumu çox olsa da bu qurğu surət baxımından digərlərindən xeyli geri qalır. Misal olaraq musiqi kasetlərini göstərmək olar.

    Periferiya qurğularının proqram və aparat təminatı.

    Hər bir kompüter proqram təminatına malik olduğu kimi onun periferiya qurğuları da proqram təminatına malikdir. .

    Periferiya qurğularının işini idarə edən mikrosxem kontrollerdir. Fərdi kompüterlərə xarici qurğuları qoşmaq üçün kontrollerdən istifdə olunur. Kompüterin periferiya qurğularının işini idarə edən proqram isə Driver adlanır Kontroller işin qurğu tərəfini yerinə yetirir Driver isə işin proqram tərəfini icra edir.

    Driver - kompüterə qoşulmuş qurğuları ,cihazları ,avadanlıqları idarə edən düzgün işləməsini təmin edən proqramdır.Başqa sözlə Driver periferiya qurğularını kompüterə tanıdır.Printer,Skaner,videokart və s avdanlıqları kompüterə qoşduqdan sonra normal işləməsi üçün onları dərhal kompüterə tanıtmaq lazımdır.Əgər hər hansı avadanlıq üçün drayver yazılmayıbsa ya da yazılmış drayver yalnış şəkildə yazılıbsa və ya yazılmış drayverdə problem varsa həmin avadanlıq ya ümumiyyətlə işləməyəcək ya da işləməsində müxtəlif problemlər yaranacaq.Məs:

    - Videokartın drayveri olmasa ekran görüntüsündə müxtəlif problemlər yaranacaq.Görüntü bulanıq olacaq.

    - Şəbəkə və Wi-fi adapterin drayveri olmasa kompüter şəbəkəyə qoşulub internetə çıxa bilməz.

    - Printerin drayveri olmasa kompüterdən heç bir faylı çapa verə bilmərik.

    Microsoft şirkətinə məxsus Windows əməliyyat sisteminin içində universal drayverlər vardır.Belə ki, yeni çıxan əməliyyat sistemi artıq bütün cihazları özü tanıyır və drayverləri yazmağa ehtiyac olmur.

    Əgər kompüteri aldığımızda onun satış dəstində drayver CD-DVD vardırsa onu optik oxucuya yerləşdirib tələb olunan drayverləri yükləyə bilərik.Yox əgər disk yoxdursa internetdən demək olar ki,bütün drayverləri tapmaq mümkündür.Cihazın modelini və seriya nömrəsini qeyd edərək istehsalçının saytından drayverləri tapmaq olar. Hər bir cihazın modeli üstündə qeyd olunur.Əgər yoxdursa cihazı söndürüb akkumulyatoru çıxardıb yuvasının içinə baxmaq kifayətdir.Məlumatlar bəzən orada gizlədilir.

    Yükləyəcəyimiz drayver əməliyyat sisteminə uyğun gəlməlidir.məs Əməliyyat sistemi Windows 7 - sə məhz Windows 7 -ə uyğun ƏS yüklənməlidir.Həmçinin ƏS-i 32 bitlikdirsə onda 32 bitlik ƏS-i üçün drayver yazılmalıdır.



    Download 44.07 Kb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   16




    Download 44.07 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Pereferiya qurğularının təsnifatı

    Download 44.07 Kb.