• Strimmer kaseti
  • Giriş qurğuları
  • Klaviatura
  • Maus
  • Pereferiya qurğularının təsnifatı




    Download 44.07 Kb.
    bet2/16
    Sana31.07.2021
    Hajmi44.07 Kb.
    #16346
    1   2   3   4   5   6   7   8   9   ...   16
    CD – 2 cür olur: CD – RCD – RW

    СD – R belə disklər bir dəfə istifadə olunur , yəni СD – R -ə informasiyanı silib təkrar yazmaq mümkün deyil.

    Flaş kart – USB portu vasitəsi ilə kompüterə birləşdirilən , kiçik həcminə baxmayaraq özündə kifayət qədər çox informasiya saxlaya bilən xarici yaddaş qurğusudur. Tutumu 1Gb – 32,64 GB arasında olur.Bu qurğuya da informasiyanı dəfələrlə silib yazmaq mümkündür.

    Strimmer kaseti –Bu qurğu daxilində məlumat maqnit lent üzərində saxlanılır. İnformasiya tutumu çox olsa da bu qurğu surət baxımından digərlərindən xeyli geri qalır.

    Giriş və çıxış qurğuları

    Əgər qurğu informasiyanı istifadəçidən alıb kompüterə ötürürsə bu giriş qurğusu, əksinə kompüterdən alıb istifadəçiyə ötürürsə çıxış qurğusu hesab edilir.



    Giriş qurğuları

    Giriş qurğularına aşağıdakılar daxildir:



    • Klaviatura

    • Maus

    • Skaner

    • Dicitayzerlər

    • Mikrofon

    • Web-kamera

    • TV-tüner

    Klaviatura – İnformasiyanın kompüterə daxil edilməsi üçün istifadə olunan ən vacib qurğudur.Klaviaturanın üzərində yerləşən düymələr 4 qrupa bölünür.

    • Hərf , rəqəm və işarələr

    • İdarəetmə düymələri

    • Hərəkət düymələri

    • Funksional düymələr

    Maus – daxil etmə qurğusudur.Bir diyircəkdən, sağ və sol olmaqla iki düymədən ibarətdir.Sol düymə təstiq düyməsidir. Sağ düymə isə kontekst menyunu açmaq üçündür.

    Skaner –vacib olan giriş qurğusudur. Kağız üzərində olan məlumatı qrafik şəklində kompüterə daxil etmək üçün istifadə edilir. 2 cür olur.Stolüstü və əl ilə işləyən skanerlər. Stolüstü skanerlər iş yerlərində işlədilən skanerlərdir. Əl ilə işləyən skanerlərə misal olaraq marketlərdə kassada ştrix kod oxuyan qurğuları göstərmək olar.



    Download 44.07 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   16




    Download 44.07 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Pereferiya qurğularının təsnifatı

    Download 44.07 Kb.