• CD , DVD və Bly-Ray
  • Elastik disklər və informasiya daşıyıcıları




    Download 44.07 Kb.
    bet9/16
    Sana31.07.2021
    Hajmi44.07 Kb.
    #16346
    1   ...   5   6   7   8   9   10   11   12   ...   16
    Elastik disklər və informasiya daşıyıcıları

    Elastik disklər kiçik həcmli məlumat saxlama qurğularıdır.Kiçik həcmdəki məlumatların daşınması və arxiv olaraq saxlanılması üçün praktik və inensiv olaraq istifadə edilir.Bu diskə yazılmış informasiyanı digərinə köçürmək və ya dəyişmək mümkündür.Elastik disk – səthində maqnit materialı olan dairəvi formaya malik plastik təbəqəyə malikdir.Onun səthində verilənləri yazmaq və oxumaq üçün cığırlar açılmışdır.Verilənlərin elastik diskə yazılmasını və oxunmasını təmin edən qurğu diskin yığıcısı adlanır.Belə diskləri floppy disk də adlandırırlar.

    Elastik diskin qalınlığı təxminən 2-3 mm olur.O xüsusi paketdə saxlanılır və yığıcı qurğuya qoyulur.Paketdə açılmış xüsusi pəncərənin köməkliyi ilə yığıcı qurğunun maqnit başlığı verilənləri diskin səthinə yazır və oxuyur.Paketə yerləşən disk valın köməyi ilə sabit sürətlə fırlanır.Diskin daxilinə yapışdırılmış xüsusi astar onun fırlanması zamanı həm sürtünməni azaldır ,həm də diski tozlardan və maqnit hissəciklərindən qoruyur.

    Diskin səthi çevrələrdən ibarətdir.Bu çevrələr cığırlar adlanır.Verilənlər bu cığırlara yazılır.Standart disklərin 77 zolağı yüksək sıxlıqlı disketlərin isə 80 zolağı vardır.Bu zolaqlar xaricdən daxilə doğru aşağıdakı qaydada nömrələnirlər.00,01,02...76. 0 –cı zolaqda verilənlər saxlanılmır.Bu zolaqdan verilənləri diskə yazmaq üsulunu müəyyən etmək üçün istifadə edilir.Axırıncı 75-76 cı zolaqlar isə ehtiyat zolaqlarıdır.

    Elastik disk sürücüsünün oxuma yazma başlığının cığırlar üzərində hərəkət edərkən müəyyən zamanda qət etdiyi yola sektor deyilir.Diskin üzərindəki zolaqlar 26,15,8 sayda sektorlara bölünə bilər.Sektor 512 bayt sabit informasiya saxlayır.

    Elastik disk elastik disk sürücüsünə yerləşdirildiyi andan fırlanaraq bir nöqtəyə gəlir və əmr gözləyir.Əmrin verildiyi andan etibarən elastik disk sürücüsünün oxuma yazma başlığı elastik disk üzərində əmrin icra ediləcəyi yerə ( sektora) gətirilərək əmrin icrasını həyata keçirir.

    Oxuma yazma vaxtı oxuma yazma başlığı disk səthi ilə təmas halında olur.Buna görə də oxuma zamanı elastik disk sürücüdən qətiyyən çıxarılmamalıdır.Diqqət edilmədiyi halda elastik disk sürücüsünün oxuma yazma başlığı sıradan çıxa bilər,həmçinin bu elastik diskin də tez bir zamanda sıradan çıxmasına səbəb ola bilər. Buna görə də elastik disk sürücüsü üzərindəki xəbərdaredici indikatorun sönməsindən sonra elastik disk sürücüsündən çıxarıla bilər.

    Elastik diskin səthinə informasiya yazmağın 2 üsulu var : birqat və ikiqat sıxlıqlı.Həmçinin informasiyanın diskin həm bir üzünə ,həm də iki üzünə yazılması mümkündür.Kompüter texnikasında informasiyanın yazılmasının aşağıdakı üsullarından istifadə edilir.



    • Birqat sıxlıqla olan birüzlü yazı

    • Birqat sıxlıqla olan ikiüzlü yazı

    • İkiqat sıxlıqla olan ikiüzlü yazı

    Sonuncudan daha çox istifadə edilir.Bu üsulla diskə 1.44 MB həcmində informasiya yazmaq mümkündür.

    Flobbi disklərdən sonra və günümüzdə ən çox istifadə olunan informasiya daşıyıcıları optik disklərdir.Bu disklər 12 sm diametrə malikdir.3 əsas optik disk növü var.CD , DVD və Bly-Ray( mavi lazer texnologiyalı disk)

    Oxuma və yazıla bilmə qabiliyyətinə görə isə bir neçə növlərə ayrıla bilər.CD-R və CD -RW ,DVD-R və DVD-RW.СD – R belə disklər bir dəfə istifadə olunur , yəni СD – R -ə informasiyanı silib təkrar yazmaq mümkün deyil.CD -RW -belə disklərə informasiyanı dəfələrlə yazıb silmək mümükündür.Həmçinin DVD-R və DVR- RW-lər eyni xüsusiyyətə malikdirlər.

    CD-ROM CD-lərin fayl və qovluq xüsusiyyəti əlavə olunmuş halıdır.

    CD-R tipi CD üzərində məlumat yazmağa imkan verir.74-80 dəqiqəlik 650-700 MB növləri var.

    DVD-lərin tək və ikiüzlü , birqat və ikiqatlı növləri var.

    Optik disklərin oxunması və yazılması optik disk sürücüləri vasitəsilə həyata keçirilir.Optik sürücülərin ən əsas hissəsi optik lazerlərdir.Kirlənnəsi və korlanması nəticəsində disklər oxunmaya bilər.Optik disklərdə məlumatlar mikroskopik dəliklər vasitəsilə yazılır.

    Məlumatlar disklərə 0 və 1 lər şəklində yazılır.Disk yazılarkən lazer başlıqlar disk üzərində xırda dəliklər açır və bəzi yerləri isə düz saxlayır.Dəlik açılmış hissələr 0 düz oln hissələr isə 1 ə uyğun gəlir.Diskin oxuması zamanı göndərilən lazer işıqları düz hissəyə rast gələrsə birbaşa əks olunar ancaq dəliklərə rast gəlinərsə birbaşa əks olunmaz və bu əks olunan şüalar disk oxuyucular üzərindəki ayna vasitəsilə ikilik kodlara çevrilər və məlumatlar oxunar.Disk üzərində açılmış bu dəliklər nə qədər xırda və sıx olarsa diskin həcmi də bir o qədər böyük olar.





    Download 44.07 Kb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   16




    Download 44.07 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Elastik disklər və informasiya daşıyıcıları

    Download 44.07 Kb.