AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
“BƏYƏNİLMİŞDİR” “TƏSDİQ EDİRƏM”
Azərbaycan Tibb Universitetinin Azərbaycan Tibb Universitetinin
Tədris-metodik və innovasiya Mərkəzi Metodik Komissiyasının
şöbəsinin müdiri sədri
prof.A.İ.QURBANOV ə.e.x., prof.S.C.ƏLİYEV
______________________ _______________________
15.09.2015-ci il
Protokol № ________________
FİZİKİ KİMYA
fənni üzrə
P R O Q R A M
BAKI – 2016
İPF-B08
Fiziki kimya fənni üzrə tədris proqramı
050806-Əczaçılıq
Azərbaycan Tibb Universitetinin Ümumi və toksikoloji
kimya kafedrasının müdiri, əczaçılıq elmləri
doktoru, prof.Q.B. İskəndərovun redaktəsi ilə
kafedranın əməkdaşı baş müəllim G.İ. Acalova
tərəfindən tərtib edilmişdir.
Rəy verənlər: 1. Dos. Həsənov F.P., Azərbaycan Tibb Universitetinin
Ümumi və toksikoloji kimya kafedrası.
2. Prof. Mirzai C.İ., Bakı Dövlət Universitetinin Fiziki
kimya kafedrası.
GİRİŞ
Fiziki kimya bir elm kimi XlX əsrin əvvəllərində meydana gəlmiş və fiziki- kimyəvi hadisələrin qarşılıqlı əlaqəsini öyrənir. Fiziki kimya əsasən kimyəvi proseslərin zamana görə getməsi və kimyəvi tarazlıq qanunlarının tədqiqi ilə məşğul olur. Fiziki kimyanın əsas vəzifəsi öyrənilən sistemi təşkil edən qaz, maye və bərk halda olan maddələrin molekullarının daxili quruluş və mühüm xassələrini, onların arasında mümkün olan kimyəvi reaksiyaların sürətini, həmin sürətə xarici amillərin təsirini öyrənən elmdir. Həmçinin fiziki kimya fənni məhlulların daxili quruluşunu da öyrənir.
Canlı orqanizmlərdə həyat proseslərini tənzimləmək üçün müxtəlif biokatalizatorlar, fermentlər fəaliyyət göstərir. Bu baxımdan fiziki kimya qanunlarının bioloji təsiri əczaçılıq fakültəsində təhsil alan tələbələr üçün mühüm əhəmiyyət kəsb edir.
Əczaçılıq fakültəsində tədris olunan fiziki kimya fənninin xüsusiyyətləri nəzərə alınmaqla ilk növbədə aşağıdakı bölmələrin tədrisi məqsədəuyğun sayılmışdır:
kimyəvi termodinamika və onun qanunları;
məhlullar haqqında təlim, bufer məhlulları, bufer tutumu, məhlulların kolliqativ xassələri;
termokimya və elektrokimya;
fazalar tarazlığı;
elektrik hərəkət qüvvəsi və elektrod potensialları;
konduktometriya, potensiometriya, polyaroqrafiya;
kimyəvi kinetika və kataliz.
Kolloid kimyanın tədqiqat obyekti dispers sistemlərdir. Kolloid kimya heterogen, yüksəkdispersli və yüksəkmolekullu sistemlərin səth təbəqələrinin fiziki-kimyəvi xassələrini öyrənən bir elmdir. Kolloid kimyanın banisi ingilis alimi Tomas Qrem sayılır(1861-ci il).
Kolloid kimyanın fiziki kimya ilə sıx əlaqədar olması göstərir ki, kolloid sistemlərin öyrənilməsi tibbdə və əczaçılıqda böyük əhəmiyyətə malikdir.
Canlı orqanizmlərin öyrənilməsində kolloid kimyanın rolu çox böyükdür. Orqanizmdə baş verən bir sıra biokimyəvi proseslər onun kolloid halından irəli gəlir. Əczaçılıqda geniş istifadə olunan müxtəlif dərman preparatlarının böyük əksəriyyəti, həmçinin, kolloid sistemlərdən ibarətdir. Kolloid kimyanın dializ üsulu dərman preparatlarının təmizlənməsi və hazırlanmasında, cərrahiyyə əməliyyatı zamanı qanın başqa qarışıqlardan təmizlənməsində və s. geniş tətbiq edilir. Kolloid kimyanın elektroforez və elektroosmos hadisələri tibbdə, əczaçılıqda geniş istifadə olunur. Elektroforez vasitəsilə YMB-in alınması və fraksiyalaşdırılması ilə yanaşı, bir sıra xəstəliklərin müalicəsi də aparılır.
Bu baxımdan kolloid kimya əczaçılıq fakültəsində tədris olunan fənlər arasında mühüm və özünəməxsus yer tutur.
Fənnin məqsədi:
Deyilənləri nəzərə almaqla kolloid kimyanın aşağıda göstərilən bölmələrinin tədrisi məqsədəuyğun sayılır:
-Dispers sistemlərin müxtəlif əlamətlərə görə təsnifatı.
- Səth hadisələrinin fiziki kimyası (səthi gərilmə, adsorbsiya,xromatoqrafiya).
- Kolloid sistəmlərin molekulyar-kinetik, optiki, elektrik xassələri.Kolloid hissəciklərdə elektrik yükünün yaranması (qranula, mitsella)
- Kolloid sistemlərin koaqulyasiyası və davamlılığı.
- Elektrokinetik hadisələr: elektroforez və elektroosmos.
- YMB-in fiziki kimyası, özlülüyü və şişməsi.
- Həlməşiklər, gellər, emulsiyalar.
Tələbə öyrənməlidir:Fiziki-kimyəvi proseslərdə və dispers sistemlərdə baş verən qanunauyğunluqları.
Tələbə nəyə yiyələnməlidir: Fiziki-kolloid kimyaya aid vacib bilikləri mənimsəməli, əməli vərdişləri bacarmalıdır.
Fiziki kimya fənninə ayrılan saatların miqdarı:
Semestr
|
Mühazirə
|
Təcrübi məşğələ
|
Cəmi
|
Attestasiya
|
III
|
15
|
60
|
75
|
imtahan
|
Kolloid kimya fənninə ayrılan saatların miqdarı:
Semestr
|
Mühazirə
|
Təcrübi məşğələ
|
Cəmi
|
Attestasiya
|
IV
|
10
|
35
|
45
|
imtahan
|
PROQRAM
FİZİKİ KİMYA
Fiziki kimya fənni, məzmunu, üsulları və onun qısa tarixi. Fiziki kimyanın tibbdə və əczaçılıqda rolu.
Kimyəvi termodinamika və termokimya
Kimyəvi termodinamikanın əsas elementləri. İstilik və iş. Termodinamikanın sıfırıncı, I, II, III qanunları. Canlı orqanizm- açıq heterogen sistem kimi.
Termodinamikanın birinci qanunun bioloji sistemlərə tətbiqi. Sistemin xarakterik hal funksiyaları (∆U, ∆H, ∆S, ∆G). Hess qanunu. Reaksiyanın istilik effekti, temperaturdan asılılığı. Kirxhoff tənlikləri.
Termodinamik dönən və dönməyən proseslər. Tsiklik proseslər. İstilik maşınlarının faydalı iş əmsalı. Stasionar hal, Priqojin teoremi, dönməyən proseslərin termodinamikası.
Nernst tənliyi. Plank postulatı. Termodinamik potensiallar: izoxor-izotermik və izobar-izotermik. Maksimal faydalı iş üçün Hibbs-Helmholts tənliyi.
Kimyəvi tarazlığın termodinamikası. Kütlələrin təsiri qanunu. Kimyəvi reaksiyanın izoterm, izoxor, izobar tənlikləri. Fazalar tarazlığı. Hibbsin fazalar qaydası. Birkomponentli sistemin (suyun) hal diaqramı. Klapeyron-Klauzius tənliyi.
Məhlullar haqqında təlim
İdeal və real məhlullar. Suyun anomal xassələri və canlı orqanizmlərdə əsas funksiyaları. Mayelərin bir-birində həll olması. Həllolmanın yuxarı və aşağı böhran temperaturu.
Duru elektrolit məhlullarının kolliqativ xassələri: məhlul üzərində doymuş buxar təzyiqinin nisbi azalması. Raul qanunları. Krioskopiya – donma temperaturunun aşağı düşməsi. Ebulioskopiya – qaynama temperaturunun yuxarı qalxması. Vant – Hoff tənliyi.
Zəif və qüvvətli elektrolitlər. Elektrolitik dissosiasiya nəzəriyyəsi, mənfi cəhətləri. Dissosiasiya sabiti və dərəcəsi. Fəallıq. Məhlulun ion qüvvəsi. Suyun dissosiasiyası və ion hasili. Hidrogen göstəricisi və onun təyin etmə üsulları. Zəif və qüvvətli elektrolitlərin məhlulda pH-ının təyini. Bufer sistemləri və onların təsir mexanizmi. Henderson – Hasselbax tənliyi. Bufer tutumu və ona təsir edən amillər. Bufer məhlullarının əhəmiyyəti.
Elektrokimya
Elektrik keçiriciliyi və onun növləri. İonların hərəkət sürəti. Kolrauş qanunu. Konduktometrik titrləmə. E.H.Q. Yakobi – Daniyel qalvanik elementinin quruluşu. Veston elementi. Müqayisə və təyinedici elektrodlar. Elektrod potensialları və onların yaranma mexanizmi. Standart, diffuzion və membran elektrod potensialları. Oksidləşmə - reduksiya elektrodları. Nernst və Peters tənliyi. Potensiometrik titrləmə və polyaroqrafiya. Bu üsulların əczaçılıqda, vəsfi və miqdari analizdə tətbiqi.
Kimyəvi kinetika və kataliz
Kimyəvi reaksiyaların kinetikası. Kimyəvi reaksiyanın molekulyarlığı və tərtibi. Birinci, ikinci və «0» - tərtibli reaksiyaların kinetik tənlikləri.
Kimyəvi reaksiya sürətinə müxtəlif amillərin təsiri. Arrenius tənliyi. Aktivləşmə enerjisi. Aktiv toqquşmalar nəzəriyyəsi. Mürəkkəb reaksiyaların kinetikası. Dönən, paralel, ardıcıl, qoşulmuş zəncirvari, radiasion və fotokimyəvi reaksiyalar. Kvant çıxımı, zəncirvari və fotokimyəvi reaksiyaların bioloji proseslərdə rolu.
Kataliz və katalizatorlar. Homogen və heterogen kataliz. Turşu - əsasi kataliz. Heterogen katalizin nəzəriyyələri.
Fermentativ reaksiyaların kinetikası və onun xüsusiyyətləri. Fermentlərin aktivliyi və seçiciliyi. Canlı aləmin təkamülündə fermentlərin rolu. Mixaelis – Menten tənliyi. Berq koordinatı.
Kolloid kimya
Kolloid kimya fənni, məzmunu, tibbdə və əczaçılıqda rolu.
Dispers sistemlərin fiziki kimyası və müxtəlif əlamətlərə görə təsnifatı.
Maddənin kolloid halı. Dispers sistemlərin alınma (dispersləşmə, kondensləşmə, peptizasiya) və təmizlənmə üsulları (dializ, elektrodializ, ultrasüzmə).
Kolloid sistemlərin molekulyar – kinetik xassələri (Broun hərəkəti, diffuziya, osmos, sedimentasiya), Eynşteyn tənliyi. Fik qanunları. Sedimentasiya tarazlığı. Sentrifuqa. Kolloid sistemlərin optiki xassələri. İşığın udulması və səpələnməsi. Lambert-Buger-Ber qanunu. Tindal effekti. Reley tənliyi. Nefelometriya, ultramikroskopiya və elektronomikroskopiya.
Dispers sistemlərin elektrik xassələri. Kolloid hissəciklərin elektrik yükünün yaranma mexanizmi. İkiqat elektrik təbəqəsi və onun quruluşu. Helmholts-Perren, Qui-Çepmen və Ştern nəzəriyyələri. Mitsella, aqreqat, nüvə və qranula., və Berlin abısı mitsellasının quruluşu.
Elektrokinetik hadisələr: elektroforez, elektroosmos, axma və çökmə potensialı.
Dzetta potensialı, ona elektrolitlərin təsiri. Helmholts-Smoluxovski tənliyi. Elektroosmosun və elektroforezin tibbdə tətbiqi.
Kolloid hissəciklərin davamlılığı və koaqulyasiyası. Kinetik və aqreqativ davamlılıq. Kolloid məhlullarının stabilləşdirmə yolları, stabilizatorlar.
Koaqulyasiyanın kinetikası və növləri. Koaqulyasiya astanası. Şultse-Hardi qaydası.
Koaqulyasiya zonalarının növbələnməsi. Elektrolitlərdə koaqulyasiya (additivlik, antaqonizm və sinerqizm). Hofmeytser (liotrop) sırası.
Kolloid mühafizəsi, “qızıl” və “gümüş” ədədləri. Koaqulyasiyanın əsas nəzəriyyələri. DLFO nəzəriyyəsi. Tiksotropiya. Koaqulyasiyanın əhəmiyyəti.
Kolloid sistemlərin müxtəlif sinifləri: aerozollar, tozlar, suspenziyalar, emulsiyalar, onların alınması, xassələri, davamlılığı və əczaçılıqda tətbiqi. Emulqatorların təsir mexanizmi. Emulsiya fazalarının çevrilməsi. Koalessensiya. Qatı və ifrat qatı emulsiyalar. Emulsiyaların əczaçılıqda tətbiqi.
Səth hadisələri (səthi gərilmə, adsorbsiya, xromatoqrafiya)
Fazalar səthində adsorbsiya. Səthi aktiv və səthi qeyri-aktiv maddələr. Şişkovski tənliyi, Düklo-Traube qaydası. Molekulyar və ion adsorbsiyası. Seçici adsorbsiya. Panet-Fayans qaydası.
“Hibbsin adsorbsiya tənliyi.” “Bərk maddə-qaz”, “Bərk maddə-məhlul”, “məhlul-qaz” sərhəddində adsorbsiya. Ləngmür, Freyndlixin adsorbsiya izotermi və tənlikləri. BET nəzəriyyəsi. Adsorbentlərin tibbdə və əczaçılıqda tətbiqi.
Xromatoqrafiya, növləri (kağız üzərində, maye, qaz-maye, adsorbsion və nazik təbəqəli). Gel-süzmə. Dərman maddələrinin və digər müxtəlif birləşmələrin analizində xromatoqrafiyanın tətbiqi.
Biopolimer məhlullarının fiziki kimyası
Yüksək molekullu birləşmələr (YMB), alınması, xassələri, şişməsi və həll olması. İzoelektrik nöqtə.
Şişmənin mexanizmi və termodinamikası. Şişmə dərəcəsinə təsir edən amillər.
YMB özlülüyü. Nyuton və Puazeyl tənlikləri. Özlülüyün növləri və Ostvald viskozimetrilə təyini. Ştaudinger tənliyi. Müxtəlif maddələrin molekul kütləsinin viskozimetrik üsulla təyini.
FİZİKİ KİMYA FƏNNİ ÜZRƏ MÜHAZİRƏ MÖVZULARI
(payiz semestri)
№
|
Mövzu
|
Saatların miqdarı
|
1
|
Fiziki kimya fənni, məqsədi, vəzifələri, inkişafının əsas mərhələləri, tibbdə rolu. Termodinamikanın 0 və I qanunları. Kimyəvi termodinamika bioenergetikanın nəzəri əsası kimi.
|
2
|
2
|
Termodinamikanın II və III qanunları. Entropiya və onun müxtəlif proseslər üçün hesablanması. Entropiya və termodinamiki ehtimallıq. Termodinamik potensiallar. Hibbs enerjisi və bioloji sistemlər.
|
2
|
3
|
Kimyəvi tarazlığın termodinamikası. Kütlələrin təsiri qanunu. Kimyəvi reaksiyanın izoterm, izoxor, izobar tənlikləri. Fazalar tarazlığı. Hibbsin fazalar qaydası. Birkomponentli sistemin (suyun) hal diaqramı. Klapeyron-Klauzius tənliyi.
|
2
|
4
|
Məhlullar. Həllolmanın mexanizmi haqqında müasir təsəvvürlər. Məhlul əmələgəlməsinin termodinamikası. Qazların mayelərdə və qanda həllolması. Henri Dalton qanunu. İdeal və real məhlullar. Krioskopiya və ebulioskopiya. Raul və Vant-Hoff qanunları. Konovalovun qanunları.
|
2
|
5
|
Elektrolitik dissosiasiya nəzəriyyəsi. Dissosiasiya dərəcəsi və dissosiasiya sabiti. Suyun ion hasili. pH-hidrogen göstəricisi kimi. Aktivlik və ion qüvvəsi. Bufer sistemləri, onların mexanizmi və bioloji əhəmiyyəti.
|
2
|
6
|
Elektrolit məhlulların elektrik keçiriciliyi və növləri. Kolrauş qanunu.Konduktometrik titrləmə. EHQ və elektrod potensialları: diffuziya, membran, oksidləşmə-reduksiya potensialları. Nernst-Peters tənliyi.Yakobi-Daniel qalvanik elementinin quruluşu. Konsentrasion və Veston elementi.
|
2
|
7
|
Kimyəvi kinetika və kataliz. Reaksiyaların tərtibi və molekulyarlığı. Mürəkkəb reaksiyaların növləri. Kvant çıxımı, zəncirvari və fotokimyəvi reaksiyaların bioloji proseslərdə rolu. Kataliz və katalizatorlar. Katalizin nəzəriyyələri. Fermentativ reaksiyaların kinetikası.
|
2
|
8
|
Elektrodların təsnifatı: müqayisə və təyinedici elektrodlar. Potensiometrik titrləmə və polyaroqrafiya.
|
1
|
FİZİKİ KİMYA FƏNNİ ÜZRƏ TƏCRÜBİ MƏŞĞƏLƏLƏRİN MÖVZULARI
(payiz semestri)
№
|
Mövzu
|
Saatların miqdarı
|
1
|
Kimyəvi termodinamika. Termodinamikanın I qanunu və onun biosistemlərə tətbiqi. Termokimya. Kimyəvi reaksiyanın istilik effektinin (əmələgəlmə və yanma istilikləri əsasında) hesablama üsulları. Kalorimetr və onun iş prinsipi. Kalorimetrik üsulla həllolma və neytrallaşma istiliyinin təyin.
|
4
|
2
|
Termodinamikanın II və III qanunları. Entropiya və onun müxtəlif proseslərdə dəyişkənliyi. Nernst tənliyi, Plank postulatı. Entropiya və ehtimallıq. Termodinamik potensiallar. Maksimal faydalı iş üçün Hibbs-Helmholts tənliyi. Bu tənliyə əsasən reaksiyanın getmə mümkünlüyünün sübutu.
|
4
|
3
|
Kimyəvi tarazlığın termodinamikası. Homogen və heterogen tarazlıq üçün kütlələrin təsiri qanunu. Kimyəvi reaksiyaların izoterm, izoxor, izobar tənlikləri. Efirləşmə reaksiyanın (C2H5OH və CH3COOH) tarazlıq sabitinin təyini. Kimyəvi tarazlığa dair məsələ həlli.
|
4
|
4
|
Elektrolit nəzəriyyəsi. İzotonik əmsal (“İ”). Suyun dissosiasiyası və onun ion hasili. Zəif turşunun (CH3COOH) dissosiasiya dərəcəsinin və tarazlıq sabitinin təyini. Zəif və qüvvətli elektrolit məhlulunda pH-ın təyini
|
4
|
5
|
Bufer məhlulları, onların təsir mexanizmi. Bufer tutumu. Turşu və qələvinin bufer məhlullarının pH-na təsiri. Müxtəlif məhlulların pH-nın kolorimetrik və elektrometrik üsulla təyini.
|
4
|
6
|
Krioskopiya və ebulioskopiya. Bekman termometri. Krioskopiya üsulu ilə qlükoza məhlulunun molekul kütləsinin təyini.
|
4
|
7
|
Mayelərin bir-birində həllolması. Sirkə turşusunun su və benzol arasında paylanması.
|
4
|
8
|
Material üzrə sorğu.
|
4
|
9
|
Səthi gərilmə, onun təyini. Müxtəlif maddələrin səthi gərilməsinin təyini. Rebinder cihazı və quruluşu.
|
4
|
10
|
Məhlulların elektrik keçiriciliyi. Kolrauş qanunu. Konduktometrik titrləmə. Qüvvətli və zəif turşu qarışığının (HCl+CH3COOH) qüvvətli qələvi məhlulu ilə konduktometrik titrlənməsi.
|
4
|
11
|
Elektrod potensialları və prosesləri. Yakobi-Daniyel qalvanik elementinin EHQ-nin təyini. Oksidləşmə-reduksiya potensialının təyini. Redoks potensialına aid məsələ həlli.
|
4
|
12
|
Elektrodların təsnifatı: müqayisə və təyinedici elektrodlar. Potensiometrik titrləmə və polyaroqrafiya. Müxtəlif məhlulların pH-nın şüşə elektrodu ilə potensiometrik titrlənməsi.
|
4
|
13
|
Kimyəvi kinetika və kataliz. Birtərtibli və ikitərtibli kimyəvi reaksiyalar. Aktivləşmə enerjisi. Arrenius tənliyi. Saxarozanın hidroliz reaksiyasının tədqiqi.
|
4
|
14
|
Kataliz və katalizatorlar. Fermentativ kataliz və onun xüsusiyyətləri. Fermentativ reaksiyaların kinetikası. Lab. işi: Hidrogen-peroksidin parçalanma reaksiyasının tədqiqi.
|
4
|
15
|
Material üzrə sorğu. Yekun məşğələ
|
4
|
KOLLOİD KİMYA FƏNNİ ÜZRƏ MÜHAZİRƏ MÖVZULARI
(yaz semestri)
№
|
Mövzu
|
Saatların miqdarı
|
1
|
Kolloid kimya fənni, məzmunu. Maddənin kolloid halı. Dispers sistemlərin müxtəlif əlamətlərə görə təsnifatı və molekulyar-kinetik xassələri. Dispers sistemlərin alınması və təmizlənmə üsulları.
|
2
|
2
|
Dispers sistemlərin optiki xassələri. Kolloid hissəciklərin quruluşunun mitselyar nəzəriyyəsi. İkiqat elektrik təbəqəsinin quruluşu. Dispers sistemlərin elektrokinetik hadisələri.
|
2
|
3
|
Dispers sistemlərin koaqulyasiyası və davamlılığı.Kolloid məhlulların elektrolitlərlə koaqulyasiyası.Kolloid məhlullarının stabilləşdirilməsi.
|
2
|
4
|
Səth hadisələri, səthi gərilmə. Adsorbsiyanın növləri və nəzəriyyələri. Xromatoqrafiya və onun növləri.
|
2
|
5
|
YMB təsnifatı, quruluşu, həll olması, şişməsi və özlülüyü. Şişməyə təsir edən amillər. Özlülük, növləri və təyini üsulları. Emulsiyalar və suspenziyalar.Emulqatorlar. Emulsiya fazalarının çevrilməsi qanunu.
|
2
|
Kolloid kimya üzrə təcrübi məşğələ mövzuları
№
|
Mövzu
|
Saatların miqdarı
|
1
|
Kolloid məhlullar. Maddənin kolloid halı
|
4
|
2
|
Kalloid məhlulların alınması və təmizlənməsi üsulları
|
4
|
3
|
Kolloid sistemlərin koaqulyasiyası
|
4
|
4
|
Kalloid sistemlərin davamlılığı
|
2
|
5
|
Kolloid məhlulların optik xassələri. Zolların optiki xassələrinin mikroskop vasitəsilə tədqiqi
|
2
|
6
|
Kolloid məhlulların elektrokinetik xassələri: elektroforez və elektroosmos
|
2
|
7
|
Kolloid məhlulların molekulyar kinetik xassələri
|
2
|
8
|
Material üzrə sorğu.
|
2
|
9
|
AgCl mitsellasının quruluşunun yazılması
|
2
|
10
|
Səth hadisələri. Səthi gərilmə.
|
2
|
11
|
Adsorbsiya, Freyndlix izoterminin qurulması.
|
2
|
12
|
Xromatoqrafiya və onun növləri. Dərman maddələrinin xromatoqrafiyanın müxtəlif üsulları ilə analizi.
|
2
|
13
|
Emulsiyalar və suspenziyalar. Emulsiyaların alınması.Dağılması və çevrilməsi. Emulqatorlar.
|
2
|
14
|
Polimerlərin şişmə kinetikasının mexanizmi. YMB alınması, xassələri, şişməsi və həll olması. Şişməyə təsir edən amillər.
|
2
|
15
|
Özlülüyün növləri. Ostvald viskozimetri ilə müxtəlif maddələrin molekul kütləsinin təyini.
|
1
|
Təchizat: Elektrodlar, membran elektrodları, polyaroqraf, polyaroqraf üçün civə elektrodu, Bekman termometri.
Ə D Ə B İ Y Y A T
Alxazov T.N., Lisovski A.Ə., Əzəmov K.Ə. “Fiziki kimya praktikumu”, Bakı, 1973, 155 s.
Справочник по электрохимии. Под. ред. проф. Сухотина А.М., Ленинград, 1981, с.486
Евстратова Е.И., Купина Н.А., Малахова Е.Е. Физическая и коллоидная химия, Москва, «Высшая школа», 1990.
Ira N. Levine «Physical chemistry» , 1995
Tağıyev D.B. Biofiziki kimya, Bakı, “Təbib”, 1998.
Tağıyev D.B. Fiziki və kolloid kimya praktikumu, Bakı, 2001.
Красков К.С., Воробьев Н.К. Физическая химия. Строение вещества. Термодинамика, I и II книга, Москва, «Высшая школа», 2001.
Мушкамбаров Н.Н. Физическая и коллоидная химия, Москва, 2001.
Мищенко А.А., Равдель А.А., Пономарева А. А. Практические работы по физической химии, Москва, 2002.
Киенская К.И., Белик В.В. Физическая и коллоидная химия, Москва, 2004.
Süleymanov Ə.S. Tibbi elektrokimya (Tibb universitetinin tələbələri üçün dərs vəsaiti), Bakı, 2015, 135 s.
|