|
Referat Fəkültə: Dövlət və bələdiyyə idarəetməsi İxtissas: Dövlət və bələdiyyə idarəetməsi Kurs
|
bet | 1/6 | Sana | 06.01.2024 | Hajmi | 34,28 Kb. | | #131100 | Turi | Referat |
Bog'liq İnformasiya kommunikasiya texnologiyaları kurs iş
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Azərbaycan Turizm və Menecment Universiteti.
İnformasiya kommunikasiya texnologiyaları fənnindən
Referat
Fəkültə: Dövlət və bələdiyyə idarəetməsi
İxtissas: Dövlət və bələdiyyə idarəetməsi
Kurs: I I I (üçüncü)
Qrup: DBI21
Tələbə: Bağırov Ramin
Müəllim: Rüstəmov Nazim Sədi oğlu
Bakı – 2024
İnformasiya anlayışı, onun obyekti, predmeti və metodu.
Plan:
1. Informatika nədir?
2.İnformasiya sistemləri və onların təsnifatı.
3. İnformasiya anlayışı, onun obyekti, predmeti və metodu.
1.Informatika nədir?
Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri bütün sahələrin kompüterləşdirilməsi və informasiyalaşdırılmasıdır. Problemin həlli “İnformatika” adlı müasir elm sahəsi ilə bağlıdır. İnformatika fənninin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompüter vasitəsilə əldə etmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində bilik əldə etməyə köməkçi olmaqdır. “İnformatika” termini fransızca “informatique” sözü olub informasiya və avtomatika sözlərinin birləşməsindən yaranmışdır. Odur ki, informatika, ilk növbədə, informasiyanın avtomatik işlənməsi mənasını ifadə edir. İnformatika təbiətdə, cəmiyyətdə və insan fəaliyyətində baş verən hadisələrlə bağlı olan informasiya prosesləri haqqında, həmçinin informasiya və informasiya prosesləri, informasiyalaşdırmanın aparat və proqram vasitələri, informasiya və kommunikasiya texnologiyaları haqqında kompleks elmdir. Bu onu göstərir ki, informatikanın fəaliyyət dairəsi “kompüter haqqında” elm olmaqdan daha genişdir. Akademik B.M. Qluşkovun və V.S. Mixaleviçin fikrinə görə informatika kompüterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin layihələndirilməsinin işlənməsinin, yaradılmasının, səmərəliliyinin qiymətləndirilməsinin, onun müxtəlif sahələrdə tətbiqinin və təsirinin bütün aspektlərini öyrənən kompleks elmdir. İnformatikanın ən mühüm və vacib fənnlərdən biri kimi əksər dünya ölkələrinin, həmçinin bizim ölkəmizin təhsil sistemlərində öyrənilməsinə xüsusi diqqət yetirilir. İnformatika insanın zehni inkişafına kömək edir, məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində əhəmiyyətli rol oynayır. İnformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq və humanitar elm sahələrinin inkişafında, texnika və müasir texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. İnformatika insanların elmi, praktiki biliklərinin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində mühüm rol oynayır.
İnformatika fənninin əsas tərkib hissələri aşağıdakılardan ibarətdir: İnformasiya və informasiya prosesləri. İnformasiya öyrənilən obyektlər və hadisələr haqqında müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunan bilik və məlumatları əks etdirir. İnformasiya prosesləri informasiyalar üzərində yerinə yetirilən müxtəlif proseslərin məcmusu kimi başa düşülür. Formalaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma. Kompüterlərdən istifadə etməklə obyektin modelinin qurulması bir neçə zəruri mərhələləri əhatə edir. Formalaşdırma mərhələsində tədqiqat obyekti haqqında olan nəzəri fikirlər, müvafiq anlayışlar, əsas təsir edici amillər, inkişaf göstəriciləri, asılılıqlar, qanunauyğunluqlar və s. əsasında onun konseptual modeli qurulur. Riyazi modelin reallaşdırılması üçün həll alqoritmi işlənilir və həmin alqoritm proqramlaşdırma dillərinin köməyi ilə kompüter proqramına çevrilir.
Cəmiyyətin informasiyalaşdırılması. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir İKT ictimai həyatın informasiyalaşdırılması prosesi kimi reallaşır. İnformasiya cəmiyyəti və ya cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, bütövlükdə ictimai həyatın demokratikləşməsi üçün güclü vasitədir. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, teleiş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazasının yaradılması, müxtəlif informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək üçün hüquqlarının tam təmin edilməsi və s. aiddir. İnformatika elminin əsas predmeti informasiyadır. İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklər toplusudur. İnformatika qarşısında düran əsas məsələlərə bunlar daxildir: müxtəlif xarakterli informasiya proseslərinin tədqiqi; texniki vəsitələrin və informasiyanın təhlil olunma üsullarının mövcud tədqiqatlara əsaslanaraq hazırlanması və təkmilləşdirilməsi; iqtisadiyyatın, istehsalın və cəmiyyətin həyatı ilə bağlı müxtəlif sahələrə aid informasiya sistemlərinin yaradılması üçün elmi və texniki problemlərin həlli. İnformasiya latın sözü olub (informatio), baş vermiş hadisə və ya fakt haqqında məlumat vermək mənasını daşıyır. İnformasiya ətraf mühitin obyektləri və hadisələri, onların parametrləri və xassələri haqqında xəbərdir. İnformatikada bu xəbərlər verilənlər də adlanır.
İnformasiyanın yazılı təsvir edilməsi üsullarından biri qrafik üsuludur. Bu zaman informasiya həndəsi fiqurlarla göstərilir. Qrafik üsuldan həm iqtisadi informasiyanın öyrənilməsi üçün, həm də idarəetmə işlərinin aparılması təcrübəsində geniş istifadə edilir.
|
| |