• Informasiya obyekti.
  • Informatikanın predmeti
  • Referat Fəkültə: Dövlət və bələdiyyə idarəetməsi İxtissas: Dövlət və bələdiyyə idarəetməsi Kurs




    Download 34,28 Kb.
    bet3/6
    Sana06.01.2024
    Hajmi34,28 Kb.
    #131100
    TuriReferat
    1   2   3   4   5   6
    Bog'liq
    İnformasiya kommunikasiya texnologiyaları kurs iş

    3.İnformasiya anlayışı.
    İnformasiya anlayışı, müasir elmlərdə fundamental, informatikada isə baza terminlərindən biridir. İnformasiya kodlaşdırma vasitəsilə bir formadan digər formaya keçirilə bilər. İnformasiya şifrələmənin köməyi ilə məxfiləşdirilə bilər. Məlumat və ya informasiyanın daşıyıcısı bir qayda olaraq, siqnal (lat. Signum – işarə) adlanır. Siqnal məlumatı ötürən və müəyyən istiqamətlərdə yaymağı əks etdirən fiziki prosesdir. Siqnalların işıq, səs, istilik, mexaniki, elektrik və s. kimi növləri vardır. Məlumatı – informasiyanı ötürməyi təmin edən hər hansı fiziki kəmiyyətin zamana görə dəyişməsinə siqnal deyilir. İnformasiya parametrlərinin strukturundan asılı olaraq siqnallar diskret və kəsilməz formada ola bilərlər. Diskret formada ötürülən siqnallar rəqəmli (rəqəmsal), kəsilməz formada qəbul edilən siqnallar isə analoq növlü siqnallara aid edilirlər. Bizi əhatə edən aləmdə gördüyümüz təsvirlər, obyektlər, müəyyən zaman ərzində eşitdiyimiz səslər analoq tipli informasiyaya aid edilir. Xüsusi kodlarla qurğulara verilən dəyişən siqnallar analoq, diskret olaraq dəyişən ədədi qiymətlər çoxluğundan ibarət informasiya isə rəqəmli (rəqəmsal) tipli informasiyaya aid edilir. Məsələn, kağız üzərində əks olunan mətn və ya şəkillər, mikrofondan daxil olunan siqnallar analoq tipli informasiyaya, kompüterlərdə əks olunan mətn və şəkillər, eşidilən səslər və ya müşahidə edilən hərəkətlər isə rəqəmsal tipli informasiyaya aidir. İnformasiya o vaxt obyektiv hesab edilir ki, o heç kəsin fikir və mühakiməsindən asılı olmasın. Məsələn, “Kompüter ağırdır və ya yüngüldür” fikri hər hansı şəxsə aid olan subyektiv fikirdir. Amma “Kompüterin kütləsi 2 kq-dır” dedikdə həmin obyekt haqqında daha obyektiv fikir əldə etmiş oluruq. İnformasiyanın obyektivliyini ölçmək üçün çox hallarda ölçü cihazlarından istifadə edilir. İnformasiyanın tamlığı dedikdə, onun bizi maraqlandıran verilənləri özündə cəmləşdirməsi və qərar qəbulu üçün kifayət qədər olması başa düşülür. Bu informasiyanın keyfiyyətini xarakterizə edir və eyni zamanda onların əsasında yeni verilənlərin alınmasının kafiliyini təyin edir. İnformasiyanın dəqiqliyi – lazımi siqnalın vaxtlı-vaxtında alınmasının kafiliyini təyin edir. Adekvatlıq – informasiyanın işin real obyektiv vəziyyətinə uyğun olması dərəcəsidir. Etibarlı informasiya düzgün qərar qəbul etməyə imkan verir. Etibarlı olmayan informasiya bu hallarda ola bilər: Ø qəsdən (gözlənilməz) təhrif halında; Ø səs-küyün təsiri nəticəsində; Ø real faktın qiymətinin kiçildilməsi və ya şişirdilməsi zamanı. İnformasiyanın faydalılığı – onun hər hansı məsələnin həllində faydalı rolu ilə qiymətləndirilir. İnformasiyanın aydınlığı – onun elə şəkildə ifadəsidir ki, o informasiyanı alan şəxs tərəfindən başa düşülən olsun. Qiymətlilik – alınan yeni informasiyanın həmin anda onu alana verilən problemin həllində lazım olması deməkdir. Alınan informasiyanın cari vəziyyətə uyğun olması onun aktuallığının göstəricisidir. İnformasiya məlumatlar şəklində hər hansı informasiya mənbəyindən qəbulediciyə rabitə kanalı vasitəsilə ötürülür. Ötürücüdən qəbulediciyə verilərkən istifadə olunan məlumat daşıyıcısı kanal adlanır. Duyğu üzvlərimizə görə informasiyanın 5 növü mövcuddur: • Vizual – göz vasitəsilə qəbul edilir. • Dad – dil vasitəsilə qəbul edilir. • Qoxu – burun vasitəsilə qəbul edilir. • Audio (səs) – qulaq vasitəsilə qəbul edilir. • Taktil (hisssiyat) – dəri vasitəsilə qəbul edilir. İnsan informasiyanın təqribən 90 %-ni göz vasitəsilə, 9%-ni qulaq vasitəsilə, 1%-ni isə digər duyğu üzvləri vasitəsilə qəbul edir.

    Informasiya obyekti.


    “İnformatika” termini fransızca İnformatique sözündəndir. Bu, informasiya və avtomatika sözləri əsasında yaradılmışdır. Odur ki, informatika, ilk növbədə, informasiyanın avtomatik işlənməsi mənasını ifadə edir. İnformatika – ixtiyari (texniki, bioloji, sosial) təbiətli obyektlərdəki informasiya və onun elektron vasitələrin tətbiqi ilə yığılması, saxlanması, işlənməsi və təqdim edilməsi haqqında elmdir. İnformatika sahəsində böyük nüfuz qazanmış Kristen Niqaard (1926-2002) göstərir ki, informatika – təbiətdə, cəmiyyətdə və insan fəaliyyətində baş verən hadisələrlə bağlı olan informasiya prosesləri haqqında elmdir. Bu tərif göstərir ki, informatikanın fəaliyyət dairəsi “kompüter haqqında elm” olmaqdan daha genişdir. İqtisadi informatika – iqtisadiyyatda tətbiq edilən informasiya sistemləri (İS) və onların iqtisadiyyatı haqqında elmdir. İnformasiya sistemlərinin iqtisadiyyatı dedikdə, onların istifadə edilməsi ilə bağlı olan xərclərin həmin sistemin səmərəliliyi ilə müqayisəsi nəzərdə tutulur. İnformasiya sistemlərinin xərclərini mühasıbat kitablarındakı qeydlərə əsasən təyin etmək mümkündür. Sözügedən sistemlərin səmərəliliyi isə hazır məhsulun reallaşdırılması və göstərilən xidmətlərin haqqı ödəndikdə müəssisə gəlirinin təşkiledicisi kimi ortaya çıxır. Müəssisə gəlirinin formalaşmasında informasiya sistemlərilə yanaşı, digər şöbə və xidmətlərin də payı vardır. Buna görə də informasiya sistemlərinin səmərəliliyini təyin etmək o qədər də asan məsələ deyildir. İqtisadi informatika bir tərəfdən, proqramlaşdırma, aparatura, şəbəkələr və verilənlər bazası kimi ənənəvi aspektləri əhatə edirsə, digər tərəfdən də texnoloji, funksional, tətbiqi, yəni konkret iqtisadi məsələlərin həllinin təşkilini və informasiya sisteminin iqtisadi və sosial aspektlərini araşdırır Bu aspektlər içərisində texnoloji aspekt həlledicidir. Çünki bu, konkret proqram vasitələrini, kompüter qurğularını və telekommunikasiya mühitini əhatə edir. İkinci aspekt iqtisadi-idarəetmə vahidlərinin (müəssisələrin, ofislərin, korporasiyaların və s.) funksional məsələlərinin kompüter texnologiyalarını əks etdirir. Üçüncü aspekt informasiya sisteminin iqtisadiyyatını əhatə etməklə, onun səmərəli tətbiqi problemini ön plana çəkir. Dördüncü aspekt isə iqtisadi informatikanın sosial problemlər törədib-törətməyəcəyi üzərində qərar tutmuşdur. İnformatikada informasiya ilə verilən fərqləndirilir. Verilən – hadisə barədə qeyd edilmiş məlumatdır və heç bir dəyişikliyə uğramadan ixtiyari müddətə saxlana bilər. İnformasiya isə qərar qəbulu üçün yararlı formada təqdim edilən işlənmiş verilənlərdir. Sistem dedikdə, müəyyən məqsədə çatmaq üçün qarşılıqlı əlaqədə fəaliyyət göstərən komponentlər məcmusu başa düşülür. Sistem altsistemlərdən, altsistemlər isə elementlərdən təşkil olunur. Hər bir altsistem özünü sərbəst sistem kimi aparır. Müxtəlif elementlərə də sistem kimi baxmaq mümkündür. Bu isə o deməkdir ki, sistem öz təşkiledicilərinin iyerarxiyasıdır. Sistemin əsas xarakteristikalarına: məqsəd, sərhədlər, ətraf mühit, kodlar, giriş, çıxış və əks-əlaqə aiddir. Məqsəd – sistemin fəaliyyətinin səbəbidir. Sərhədlər sistem komponentlərini ətraf mühitdən ayırır. Sistem komponentlərinə aid olmayanlar sistem üçün ətraf mühit təşkil edir. Giriş - ətraf mühitdən sistemə daxil olan maddi, maliyyə obyektləri və informasiyadır. Çıxış – sistemdən ətraf mühitə daxil olan maddi, maliyyə obyektləri və informasiyadır. Əks-əlaqə - sistemin fəaliyyətini korrektirovka etmək üçün istifadə edilən çıxış informasiyadır. İnformasiya sistemi dedikdə, qərarın hazırlanması və qəbulu ilə bağlı olan informasiya proseslərini və idarəetmə servisini həyata keçirən aparat və proqram vasitələrinin və informasiya resurslarının əlaqəli məcmusundan ibarət texniki sistem başa düşülür. İnformasiya sisteminin işlənib hazırlanması və tətbiqindən əsas məqsəd kompaniyanın (şirkətin) idarə edilməsi üçün müasir informasiya infrastrukturunun yaradılmasıdır. Kompaniya 3 səviyyədə idarə edilir: Strateji; Taktiki; Operativ. Strateji idarəetmə səviyyəsində informasiya sistemlərinin vəzifəsi kompaniya rəhbərliyini uzunmüddətli inkişaf meyli, ən yaxşı texnologiya, ən yaxşı məhsul, ən yaxşı idarəetmə metodları barədə olan informasiya ilə təmin etməkdən ibarətdir ki, bu da kompaniyanın uzaq perspektivdə rəqabət qabiliyyətini qoruyub saxlamağa imkan verən strategiyanın hazırlanmasında istifadə edilir. Taktiki idarəetmə səviyyəsində informasiya sistemlərinin vəzifəsi kompaniyadakı orta və yüksək idarəetmə həlqələrinin mütəxəssislərini maksimum cəld və keyfiyyətli informasiya ilə təmin etməkdən ibarətdir ki, bu da ən yaxşı qərar qəbulu üçündür. Operativ idarəetmə səviyyəsində informasiya sistemlərinin vəzifəsi ilkin informasiyanın daxil edilməsi, işlənməsi və lazımi sənədlərin təqdim edilməsi ilə bağlı, çoxqat təkrar edilən bezdirici işlərin cəld və keyfiyyətli icrasını təmin etməkdən ibarətdir. Qərar qəbulu dedikdə, mövcud informasiya əsasında mümkün həll variantlarının ən yaxşısının seçilməsi nəzərdə tutulur. Qərar qəbulu həmişə risklə bağlı olur. Lazımi informasiya cəld və keyfiyyətli hazırlandıqda risklər minimum olur. İnformasiya sisteminin əsas funksiyalarından biri məhz bununla bağlıdır. Beləliklə, informasiya sistemləri – iqtisadi informatikanın əsas obyektidir. Çünki iqtisadiidarəetmə vahidlərində meydana çıxan işgüzar və təşkilati məsələlərin həlli ilk növbədə, informasiya təminatına ehtiyac duyur. Odur ki, iqtisadi informatikanın əsas problemi real təşkilati idarəetmə və təsərrüfat məsələlərinin optimal həllini təmin edən informasiya sistemləri işləyib hazırlamaqdan, onları işçi vəziyyətdə saxlamaqdan və səmərəli inkişaf etdirməkdən ibarətdir. İqtisadi informatikanın əsas vəzifələrindən biri də informasiya sistemlərinin iqtisadi səmərəliliyini qiymətləndirməkdir. Bu, aşağıdakı suallara cavab verməlidir: Verilmiş kompaniyaya necə informasiya sistemləri lazımdır? Həmin informasiya sistemlərinin hansı parametrləri olmalıdır? Həmin informasiya sistemləri kompaniyanın rəqabət qabiliyyətinin qorunub saxlanmasında necə iştirak edə bilər? Bu mənada, iqtisadi informatikanın əsas predmeti informasiya sistemlərinin iqtisadi cəhətdən səmərəli tətbiqinin təmin edilməsindən ibarətdir. Beləliklə, dərslikdə aydınlaşdırılmalı olan suallar bunlardan ibarətdir: 1.İnformasiya sistemi nədir, nələrdən ibarətdir, necə işləyir, necə inkişaf edir, necə idarə olunur, neçəyə başa gəlir, nədən ötrüdür, nə xeyri vardır? İqtisadi informatikada baxılan informasiya sistemləri 3 əsas komponentdən təşkil olunur: İnformasiya texnologiyaları; Funksional altsistemlər və biznes-əlavələr; İnformasiya sistemlərinin idarə edilməsi. Reallıqda kompaniya bir-birindən asılı olmayaraq fəaliyyət göstərən bir-neçə informasiya sisteminə malik ola bilir. Lakin bu o qədər də səmərəli olmur. Buna görə də adətən inteqrasiya edilmiş idarəetmə sistemlərinə (İEİS) üstünlük verilir.

    Informatikanın predmeti


    Informatika öz başlanğıcını kibernetika elmindən götürmüşdür. «Kibernetika» sözü elmdə ilk dəfə XIX əsrinII yarısında fransız fiziki Andre Mari Amper tərəfindən işlənmişdir. Amper, idarəetmənin incəliklərini öyrənən xüsüsi bir elmin yaradılmasının zərurət olduğunu qeyd edirdi. O vaxtlar texniki sistemlər zəif inkişaf etmişdi, hətta mövcud deyildi. Ona görə də Amper idarəetmə dedikdə yalnız cəmiyyətin idarə edilməsini nəzərdətuturdu.Amperbuelmikibernetikaadlandırmışdı.
    «Kibernetika» yunan sözüdür və mənası "mahir idarə edən"deməkdir.
    Amerika riyaziyyatçısı Norbert Viner 1948-ci ildə ilk dəfə olaraq kibernetika elminə texniki sistemlərdə və canlı təbiətdə idarəetmə haqqında elm kimi tərif vermişdi. Onun riyazi məntiq sahəsindəki elmi işləri hesablama texnikasının və proqramlaşdırmanın elmi əsasını qoymuşdur. Kibernetikaya verilmiş təriflər cəmiyyətdə mübahisələr doğurmuş və busəbəbdən bir neçə yerə bölünmüşdür.
    Hazırda kibernetika elmi psixologiya və riyazi məntiq arasındakı əlaqələrin öyrənilməsindən başlayaraq, süni intellekt üsullarının yaradılmasınadək çoxistiqamətli elmi tədqiqatları özündə birləşdirir.
    Kibernetika elminin parçalanması nəticəsində yaranan elmlərdən biri də informatikadır.

    Download 34,28 Kb.
    1   2   3   4   5   6




    Download 34,28 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Referat Fəkültə: Dövlət və bələdiyyə idarəetməsi İxtissas: Dövlət və bələdiyyə idarəetməsi Kurs

    Download 34,28 Kb.