Fərdi və funksional üslub




Download 374.31 Kb.
bet7/113
Sana25.03.2024
Hajmi374.31 Kb.
#176954
1   2   3   4   5   6   7   8   9   10   ...   113
Bog'liq
R y il r Yegan Q hr manova (1)

Fərdi və funksional üslub. Şifahi və yazılı nitqin özünəməxsus xüsusiyyətləri olur. Həmin xüsusiyyətlər bütöv halda fərdi üslubu təşkil edir. Fərdi üslub hər fərdin özünəməxsus xarakterik üslubudur. Bu üslubun ən qabarıq ifadəsi bədii üslubdur. Ona görə ki, bədii üslub hər bir fərdin, müəllifin keçirdiyi ovqatın, emosiyaların əksidir. Bu mənada bədii əsərlərdə fərdilik daha qabarıq, daha güclü olmalıdır. Deməli, “Füzulinin dili”, “Vaqifin dili”, “Çəmənzəminlinin dili” ifadələri fərdi üslubu əks etdirir.
Fərdi üslub digər funksional üslublarda da özünü göstərə bilir. Belə ki, elmi, publisistik, məişət üslublarında da nitq fəaliyyəti müəyyən qədər olur. Rəsmi-işgüzar üslubda fərdilik, demək olar ki, yoxdur.
Fərdi üslub mövcud ictimai-tarixi şəraitlə bağlı olur. Məsələn, XIX əsrdə yazılan bədii əsərlərin dili ilə XX əsrdə yazılan bədii əsərlərin dili arasında ifadə tərzi baxımından fərqlər vardır.
Ümumiyyətlə, üslub dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur. Üslublar üslubiyyat (stilistika) bölməsində öyrənilir. Üslublar ümumi, ictimai baxımdan və xüsusi, fərdi baxımdan özünü göstərir. Ümumi, ictimai məzmun daşıdıqca funksional üslublar ortaya çıxır. Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əhatə edir. Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir.
Yuxarıda qeyd olunduğu kimi, fərdi üslub xüsusi səciyyə daşıyır və əsasən, bir görkəmli şairə, yazıçıya aid olur. Məsələn, Nəsiminin üslubu, Axundovun üslubu və s.
Azərbaycan ədəbi dilinin funksional üslublarına aşağıdakı üslublar daxildir:

  • bədii üslub;

  • elmi üslub;

  • publisistik üslub;

  • məişət üslubu;

  • rəsmi-işgüzar üslüb

Bu üslubların hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Onlar bir-birindən nə qədər fərqlənsə də, onların hamısı ədəbi dilin üslublarıdır. Ədəbi dilimizin fonetik, leksik və qrammatik normalarına tabedir.
Müasir rəsmi-işgüzar üslub, bütövlükdə Azərbaycan dili ictimai həyatla, insanların dünyagörüşü və cəmiyyətin yeni tələb və ehtiyacları ilə əlaqəli, qlobal dəyişikliklərlə bağlı əhəmiyyətli dəyişikliklər keçirir. Müasir işgüzar dilin bir xüsusiyyəti onun şifahi formasının geniş yayılmasıdır.

Download 374.31 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Download 374.31 Kb.