• Təsvir metodu.
  • Modelləşdirmə metodu.
  • Rəyçilər: Yeganə Qəhrəmanova




    Download 374.31 Kb.
    bet5/113
    Sana25.03.2024
    Hajmi374.31 Kb.
    #176954
    1   2   3   4   5   6   7   8   9   ...   113
    Bog'liq
    R y il r Yegan Q hr manova (1)

    Təcrübə metodu. Bu metod əməli fəaliyyətin bir növü kimi müəyyən edilə bilər. Təcrübə yolu ilə insanların işgüzar və kommunikativ davranışlarını öyrənir.
    Test metodu. Əsasən emprik psixoloji və sosioloji tədqiqatlarda istifadə olunan psixodiaqnostikanın eksperimental bir metodudur. Ünsiyyət qabiliyyətinin öyrənilməsin­də, işgüzar ünsiyyət zamanı qarşıdurma səviyyələrini öyrənməkdə, kommunikativ kompetensiyanın qiymətləndirilməsində istifadə olunur.
    Bundan başqa, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnində təsvir, müqayisə, induktiv ümumiləşdirmə, modelləşdirmə metodlarından da istifadə olunur.
    Təsvir metodu. İşgüzar ünsiyyətdə təsvir metodu həm ümumi bir dil, həm də elmin dilini təşkil edən xüsusi vasitələrlə (simvollar, matrislər, qrafiklər və s.) edilir. Təsvir üçün ən vacib tələblər dəqiqlik, məntiqi ciddilik və sadəlikdir.
    Müqayisə metodu. Bu metod oxşar və fərqli əlamətləri müəyyən etmək üçün aparılır.
    İnduktiv ümumiləşdirmə metodu. İnduktiv ümumiləşdirmələr (latın dilində inductio – rəhbərlik) tək və ya qismən bilikdən ümumi biliyə keçid zamanı istifadə olunur.
    Modelləşdirmə metodu. Bir obyektin, bir nüsxənin (modelini) əslini araşdırmaq üsuludur.
    Ünsiyyət qurma qabiliyyəti bütün insanlara xasdır, lakin hər bir insanda fərqli dərəcədə ifadə olunur. İnsanların musiqi, riyazi və digər istedad növləri bir-birindən fərqləndiyi kimi, ünsiyyət qabiliyyətləri də fərqlənir. Musiqi dahiləri var – Motsart, Çaykovski, Bethoven, Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və s., riyazi dahilər var – Laboçevski, Poincare, Perelman və s., ünsiyyət dahiləri var, eləcə də digər sahələrin dahiləri var. Ancaq hər bir insan öz sahəsinin “dahisi” olmasa da, sahəsi ilə bağlı bacarıqlarını inkişaf etdirməlidir. Bu mənada müasir dövrün insanı, eləcə də iş adamı anadan doğularkən “ünsiyyət dahisi” olmasa da, özündə yüksək ünsiyyət qabiliyyətini inkişaf etdirmək üçün kifayət qədər imkana sahibdir.
    “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin qarşısında aşağıdakı vəzifələr durur:

    • Qarşılıqlı şəkildə tərəfdaşları vaxtında və dəqiq istiqamətləndirmək;

    • Müəyyən bir vəziyyətin tələbləri kontekstində başqa bir insanın istəyini anlamaq;

    • Tərəfdaşla yalnız işlə bağlı deyil, həm də onun vəziyyətini və imkanlarını nəzərə almaqla dost münasibəti qurmaq;

    • Özünə inam, ünsiyyətdə təşəbbüs göstərmək, məlumatı tərəfdaşa ötürməyə hazır olmaq;

    • Ünsiyyətdə böyük məmnunluq hissini yaratmaq;

    • Səmərəli ünsiyyət qurmaq, onu qorumaq;

    • Qrup işində qarşılıqlı əlaqə yaratmaq, yüksək nəticələr əldə etmək bacarığını aşılamaq;

    • Komandada əlverişli şərait, mühit yaratmaq;

    • Mesaj göndərmək və qəbul etmək bacarığına yiyələnmək;

    • Öz ünsiyyət niyyətlərini və özünü adekvat təqdim etməyi nəzərə alaraq tərəfdaşla qarşılıqlı əlaqə qurmaq;

    • Müxtəlif “dillər” və müxtəlif kanallar vasitəsilə rabitə, ünsiyyət prosesində ötürülən mesajların məzmunundakı ziddiyyətlərin qarşısını almaq və s.

    Mövzu 2

    Download 374.31 Kb.
    1   2   3   4   5   6   7   8   9   ...   113




    Download 374.31 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Rəyçilər: Yeganə Qəhrəmanova

    Download 374.31 Kb.