Şəhərlərdə nəqliyyat sistemi




Download 23.46 Kb.
bet2/4
Sana21.10.2022
Hajmi23.46 Kb.
#27676
1   2   3   4
Bog'liq
Şəhərlərdə nəqliyyat sistemi

Şəxsi nəqliyyat vasitələri
Şəxsi nəqliyyat mühərrikli şəxsi nəqliyyat vasitələri və mühərriksiz şəxsi nəqliyyat vasitələri olaraq ikiyə ayrılır. Mühərrikli şəxsi nəqliyyat vasitələrinə avtomobillər və motosikllar daxildir. Avtomobil və motosiklların ictimai nəqliyyat vasitələrindən daha çox istifadə edilməsi şəhər daxilində bir sıra problemləri də bərabərində gətirir. Şəxsi nəqliyyat vasitələrindən istifadə zamanı əsas 3 başlıqda problem nəzərə çatmaqdadır.

  1. İqtisadi problemlər

  2. İctimai problemlər

  3. Ətraf mühit problemləri

İqtisadi problemə aşağıdakılar daxildir:



  1. Tıxacla bağlı iqtisadi itkilər (zaman, yanacaq)

  2. Yol və asvalt tikintisi kimi xərclərin artması

  3. İctimai nəqliyyat vasitələrindən istifadənin azalması nəticəsində ictimai nəqliyyat vasitəsi xidməti göstərən şirkətlərin gəlirlərinin azalması

  4. Qəzalar səbəbindən dəymiş ziyan, yaranmış ölüm və yaralanmaların iqtisadi xərci

  5. Kirlilikdən yaranan sağlamlıq problemlərinin iqtisadi xərci

İctimai problemlərə aşağıdakılar daxildir:



  1. Küçədə rahat hərəkət etməyin çətinləşməsi

  2. Şəxsi nəqliyyat vasitəsi olmayan və fiziki əngəlli insanların səyahətdə çətinliklər yaşaması

  3. Tıxaclarda meydana gələn münaqişə və gərginliklər

  4. Aşağı gəlirli insanların şəxsi nəqliyyat vasitəsi almaq məcburiyyətinin hiss etdirilməsi

  5. Parkinq ərazilərində daimi yaşanan problemlər

Ətraf mühit problemləri aşağıdakılardır:



  1. Benzindən istifadədən asılı olaraq yaranan ətraf mühit riskləri

  2. Şəxsi nəqliyyat vasitələrindən istifadənin genişlənməsinin şəhər daxilində yol tikintisini artırması və əhalinin məcburən şəhərin kənarında məskunlaşmağa başlaması və şəhər ərazisinin genişlənməsi

  3. Havaya zərərli qazların buraxılmasındakı artış

  4. Tıxacdan qaynaqlı səs-küy, vizual çirklənmə və fiziki təhlükələr.

Mühərrikli şəxsi nəqliyyat vasitələrindən istifadənin azaldılması üçün həvəsləndirici və cəzalandırıcı tədbirlər görülür. Həvəsləndirici tədbirlərə ictimai nəqliyyat sisteminin yaxşılaşdırılması və ictimai nəqliyyat vasitələrinin keyfiyyətinin artırılması daxilidir. Cəzalandırıcı tədbirlərə isə vergilər, ödənişli yollar, parkinq ərazilərinin ödənişli olması və xüsusi yerlərlə sərhədlənməsi daxildir. Bununla belə, bəzi elm insanları insanların gəlir səviyyəsi artdıqca ictimai nəqliyyat vasitələrindən istifadənin azalıb şəxsi nəqliyyat vasitələrindən istifadənin artacağını, həvəsləndirici və cəzalandırıcı tədbirlərin əhalinin şəxsi mühərrikli nəqliyyat vasitələrindən istifadəsini azaltmayacağını düşünürlər. Lakin bunun əksi olaraq, Sinqapur və Honkonq kimi orta gəlir səviyyəsinin yüksək olub, şəxsi mühərrikli nəqliyyat vasitələrinin istifadəsinin aşağı səviyyədə olduğu şəhərləri misal göstərmək olar.




İctimai nəqliyyat vasitələri
Şəhər daxilində istifadə edilən ictimai nəqliyyat vasitələri aşağıdakılardır:

  1. Avtobuslar

  2. Metrobuslar

  3. Tramvaylar

  4. Metro

  5. Gəmi və bərə sistemi

Avtobuslar - müəyyənləşdirilmiş xətlərlə, müəyyənləşdirilmiş zaman aralıqları ilə hərəkət edən, İEÖ və EİOÖ-lərdə ən çox istifadə edilən ictimai nəqliyyat vasitələrindən biridir.
Kiçik şəhərlərdə avtobuslar əsas ictimai nəqliyyat vasitələri olsalar da, böyük şəhərlərdə metrolar və ya digər rels sistemləri üçün yardımçı nəqliyyat vasitələri kimi istifadə edilirlər. Avtobuslar iqtisadi, ictimai və ətraf mühit cəhətdən avtomobil kimi şəxsi mühərrikli nəqliyyat vasitələrindən üstün olsalar da, xərc və çeviklik baxış bucağından rels sistemlərindən geridə qalırlar.
Lakin avtobusların relsli nəqliyyat vasitələrindən ən böyük üstünlüyü dinamik dəyişikliyə ən rahat uyğunlaşan ictimai nəqliyyat vasitəsi olmasıdır. Belə ki, səyahət xətləri dəyişdikdə və ya yeni bir ictimai nəqliyyat tələbi meydana gəldikdə buna ən tez reaksiya verən ictimai nəqliyyat sistemi avtobus sistemləridir.
Avtobusların yollardan istifadəsinin əsas 3 növü vardır:

  1. Şəxsi mühərrikli nəqliyyat vasitələri ilə qarışıq və üstünlüyünün olmadığı sistem.

  2. Yolda özünə aid zolağı olan və ya yolda üstünlüyü olan sistem.

  3. Özünə aid avtobus yolu təşkil edilmiş sistem.

1-ci sistemdə özünə aid üstünlüyü olmadığı və adi yolda getdiyi üçün performans, təhlükəsizlik və fəaliyyət baxımından digər sistemlərdən geri qalır. Həmçinin bu sistemdə avtobusların sürəti də digər sistemdəki hərəkət sürətindən az olur. Bu sistem çox vaxt tıxacların yaranmasına gətirib çıxardır.


2-ci sistemdə günün müəyyən saatlarında və ya hamısında özünə aid zolağa sahib olan və ya yol üstünlüyü olan avtobuslar 1-ci sistemdən olduqca üstündür.
3-cü sistem isə həm iqtisadi, həm ictimai, həm də ətraf mühit baxış bucağından digər 2 sistemdən üstün, dəqiqliyi və keyfiyyəti daha yuxarı səviyyədədədir. 3-cü sistem nəhayətində metrobusların yaranmasına gətirib çıxardır.

Download 23.46 Kb.
1   2   3   4




Download 23.46 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Şəhərlərdə nəqliyyat sistemi

Download 23.46 Kb.