|
Nəticə: Sarğaca elektromaqnit daxil edib çıxarmaqla elektrik cərəyanı almaq mümkündür.
Nəticə
|
bet | 3/4 | Sana | 04.05.2021 | Hajmi | 45,33 Kb. | | #14321 | Turi | Dərslik |
Nəticə: Sarğaca elektromaqnit daxil edib çıxarmaqla elektrik cərəyanı almaq mümkündür.
Nəticə: Sabit maqnitin sarğac dolaqlarını kəsib keçən, maqnit selinin ixtiyari dəyişməsi bu sarğacda elekrik cərəyanı yaradır. Bu hadisə elektromaqnit induksiya hadisəsi, təsirlə yaranan cərəyan isə induksiya cərəyanı adlandırılır.
Nəticə: Qapalı naqil konturla hüdudlanmış səthdən keçən maqnit seli dəyişən zaman bu naqildə elektrik cərəyanının yaranması elektromaqnit induksiyası adlanır
Sual 5: İnduksiya cərəyanı yaradan elektrik sahəsi haradan yaranır?
Sual 6: İnduksiya cərəyanının istiqaməti nədən asılıdır?
Təcrübə: Dayaq nöqtəsində asanlıqla fırlana bilən bütöv kəsik Al halqalara sabit maqniti yaxınlaşdıraq. Bütöv halqada induksiya cərəyanı yarandığından o maqnitdən itələnir. Maqniti uzaqlaşdırdıqda isə cəzb olunur.
Qrup şagirdlərindən biri Emili Lens təcrübəsini şagirdlərə nümayiş etdirdikdən sonra Ö.Emili Lensin elm sahəsində ixitirası haqda fikirləri söyləmək.
Nəticə: Bundan belə bir nəticə çıxarmaq olar ki, maqniti yaxınlaşdırdıqda halqanın konturundan keçən maqnit seli artır ф 0 olur. Bu zaman induksiya cərəyanı elə istiqamətdə onun yaratdığı maqnit sahəsi halqanın konturundan keçən maqnit selinin artmasına mane olur. Maqniti uzaqlaşdırdıqda isə halqanın konturundan keçən maqnit seli azalır ф 0 olur.
Nəticə: Bu halda induksiya cərəyanı elə maqnit seli yaradır ki , o da halqadan keçən maqnit selini artırır. Kəsik halqada isə heç bir effekt müşahidə edilmir. Çünki, cərəyanın yaranması üçün kontur qapalı olmalıdır.
Sonra şagirdlərə Lens təcrübəsini sağ əl qaydası ilə göstərilməsini və tabloda izahını göstərirəm.
Sual 7: Elektromaqnitlərdən, elektromaqnit induksiya hadisəsindən həyatda, nəqliyyatda, kənd təsərrüfatında və texnika da hansı məqsədlər üçün istifadə olunur? Hər bir tətbiq sahəsini şagirdlərdən maraqla dinləmək.
Mövzunu tam mənimsətmək məqsədi üçün qrup şagirdlərinə yazılı şəkildə sual verməklə cavablarını dinləmək.
|
| |