• Elektron xidmətin adı
  • Elektron xidmətin göstərilməsinin hüquqi əsası
  • Elektron xidmət göstərən dövlət qrumunun adı
  • Elektron xidmətin göstərilməsinin nəticəsi
  • Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi Elektron xidmətin növü
  • Elektron xidmət barədə məlumatlandırma : 146 nömrəli qaynar xətt, 4969113, www.edu.gov.az
  • Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar
  • Sorğunun formalaşdırılması
  • Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi
  • Sorğunun icrası
  • Elektron xidmətin yerinə yetirilməsinə nəzarət
  • Elektron xidmətin göstərilməsi üzrə mübahisələr
  • Təsdiq edirəm: Azərbaycan Respublikası Təhsil Nazirliyi Nazir M. Mərdanov “ ” 2012-ci il




    Download 22.67 Kb.
    Sana03.07.2020
    Hajmi22.67 Kb.
    #10897

    Təsdiq edirəm:

    Azərbaycan Respublikası

    Təhsil Nazirliyi

    Nazir________M.Mərdanov

    ___”____________2012-ci il


    "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" na e-müraciət üzrə inzibati reqlament


    1. Ümumi müddəalar




      1. Elektron xidmətin adı: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" na e-müraciət.

      2. Elektron xidmətin məzmunu: Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün sənədlərin qəbulu "Elektron ərizə" formatında həyata keçirilir. Bu məqsədlə spesifik elektron ərizə forması hazırlanmış, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıq nəticəsində məlumatların yerləşdirilməsi üçün xüsusi baza yaradılmışdır. Beynəlxalq təcrübədən istifadə edilərək, hazırlanan bu "Elektron ərizə" nin digər elektron ərizələrdən üstün cəhəti məhz ondadır ki, bu sistemdə ərizəçilər sənədləri nazirliyə təqdim etmək məqsədilə onlara münasib olan tarix və vaxtı özləri seçirlər, doldurulan elektron ərizənin bir nüsxəsi isə onların ərizədə göstəriyi elektron poçt ünvanına göndərilir.

      3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”

      4. Elektron xidmət göstərən dövlət qrumunun adı: Azərbaycan Respublikası Təhsil Nazirliyi.

      5. Elektron xidmətin digər icraçıları: yoxdur

      6. Elektron xidmətin avtomatlaşdırma səviyyəsi: tam

      7. Elektron xidmətin icra müddəti: 2012-13 tədris ili üçün 112 gün (Hər tədris ilindən asılı olaraq dəyişir)

      8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müsabiqə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları"na və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 23 saylı, 03.04.2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı"na uyğun olaraq, xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan vətəndaşlarımız iştirakını təmin etmək.


    1. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

      1. Elektron xidmətin növü: interaktiv

      2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

      3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər,

      4. Elektron xidmətin təqdim olunma yeri: http://www.edu.gov.az/view.php?lang=az&menu=394&id=4411

      5. Elektron xidmət barədə məlumatlandırma: 146 nömrəli qaynar xətt, 4969113, www.edu.gov.az

      6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda:

    • 146 Qaynar xətt, 4969113

    • Təhsil Nazirliyinə müraciət (496-34-77)




    1. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar




      1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

      2. İnteraktiv elektron xidmətlər uçun sorğu: İnteraktiv xidmətin istifadəçiləri elektron ərizəni doldurduqdan sonra çap edərək imzalamalı
        və digər sənədlərlə birgə seçdiyiniz vaxtda Təhsil Nazirliyində təsdiq edilməlidir.


        1. Sorğunun formalaşdırılması: Təhsil nazirliyinin rəsmi İnterent səhifəsində nəzərdə tutulmuş formada həyata keçirilir.

        2. http://xaricdetehsil.edu.gov.az/newsitem.html?id=7304

      3. Sorğunun qəbulu.

    Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin müvafiq veb saytlarında (www.edu.gov.az, http://xaricdetehsil.edu.gov.az) yerləşdirilmiş elanın mətnində verilən link vasitəsilə elektron ərizə ilə müraciət edib, qeydiyyatlarını Təhsil Nazirliyində təsdiq etdirməlidirlər. Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir.


      1. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:




    • Müvafiq sənədləri və elektron ərizədəki xanaları dolduraraq, məlumatları təsdiq etməli və ərizənizi nazirlikdə təsdiq etmək üçün sonrakı səhifədə verilən qəbul vaxtını müəyyən etməlisiniz. Əks təqdirdə, müraciətiniz qeydiyyata alınmayacaqdır.




      1. Sorğunun icrası:

    • Elektron ərizənin doldurulması və elektron ərizədəki sənədlərin təqdim olunmasında məsul şəxs istifadəçi özüdür.

    • Qeydiyyat proseduruna nəzarətçi – Təhsil Nazirliyi

    • Elektron ərizənin doldurulması müddəti 80 gündür.



      1. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

    Xidmətin yerinə yetrilməsinə nəzarət Təhsil Nazirliyi həyata keçirir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması məqsədi ilə 146 Qaynar xətti fəaliyyətt göstərir.


      1. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

    Mübahisə predmeti üzrə müsabiqənin qaydaları əsasında qarşılıqlı anlaşma əldə etmək mümkün olmadıqda mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.

    Download 22.67 Kb.




    Download 22.67 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Təsdiq edirəm: Azərbaycan Respublikası Təhsil Nazirliyi Nazir M. Mərdanov “ ” 2012-ci il

    Download 22.67 Kb.