Tullantılar-kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalardır




Download 2,99 Mb.
bet3/4
Sana14.05.2024
Hajmi2,99 Mb.
#231255
1   2   3   4
Bog'liq
Hədəf seqmentlərinin seçilməsi mexanizmi

Potensial hədəf seqmentlərinin qiymətləndirilməsi prosesinin bazarın cəlbediciliyini və biznesin rəqabət qabilyyətini xarakterizə edən hər bir amil üzrə potensial hədəf seqmentlərinin cari potensialının qiymətləndirilməsi mərhələsində menecerlər hər bir qiymətləndirmə meyarını obyektiv qiymətləndirmək üçün həm kəmiyyət, həm də keyfiyyət xarakterli məlumatlar toplayır və onları təhlil edirlər.


Bu amillərin təhlilinə və qiymətləndirilməsinə yüksək məsuliyyət hissi ilə yanaşmaq lazımdır.
Məsələn
hər hansı bir seqment ölçüsünə görə çox böyük ola bilər və bu
onun hədəf seqmenti kimi seçilməsinə gətirib çıxara bilər. Lakin bu
seqmentdə fəaliyyət göstərən rəqiblərin ətraflı və obyektiv təhlili nəticəsində məlum ola bilər ki, onların marketinq kompleksinin elementləri
istehlakçıları mam təmin edir və bu səbəbdən də müəssisəyə bu seqmentə çıxmaq sərfəli deyil.

.

.


Müəssisə həmçinin seqmentdə formalaşmış “oyun”
qaydalarını öz xeyrinə dəyişmək imkanlarını və bu imkanlardan
yararlanmağın mümkünlüyünü də tədqiq etməlidir.
Bundan başqa, yeni
seqmentə məhsul çıxarıldığı halda məhsul üzrə menecerlər həmin
məhsulun əvvəllər ödənilməmiş tələbatı ödədiyinə və dayanıqlı rəqabət
üstünlüyü əldə etməyə imkan verdiyinə əmin olmalıdır.

.

Menecerlər aparılmış təhlilin nəticələrinə əsaslanaraq hər bir amili bal sistemi ilə (məsələn, 10 ballıq sistemlə) qiymətləndirir. Bundan sonra isə hər bir amilin qiyməti onun nisbi vaciblik əmsalına vurulur və hər bir amilin nisbi vacibliyinin ümumi qiyməti müəyyən edilir. Bazarın cəlbediciliyi və biznesin rəqabət qabiliyyətliliyi üzrə hər bir amilin nisbi vacibliyinin ümumi qiymətləri ayrılıqda toplanmaqla seqmentin potensialı müəyyənləşdirilir. Belə fərz edək ki, menecer topladığı məlumatların təhlilinə əsaslanaraq hər bir amili aşağıdakı kimi qiymətləndirmişdir.

.


Marketinqin ətraf mühit amilləri daima dəyişdiyindən bazarın cəlbediciliyi və biznesin rəqabət qabiliyyətliliyi də dəyişir. Bu isə hədəf seqmentinin seçilməsinə təsir edir. Buna görə də potensial hədəf seqmentlərinin qiymətləndirilməsi prosesinin növbəti - marketinqin ətraf mühiti, istehlakçıları və rəqibləri xarakterizə edən amillərin gözlənilən dəyişmə meyllərini nəzərə almaqla hər bir seqmentin gələcək mövqeyinun proqnozlaşdırılması mərhələsində menecerlər yaxın 3-5 ildə bazarın cəlbediciliyinin necə dəyişəcəyini müəyyən etməlidirlər.
Bunun üçün onlar istehlakçıların tələbatlarının və davranışlarının dəyişmə meyllərini, seqmentə yeni rəqiblərin daxil olması və ya bəzi rəqiblərin bazardan çıxma ehtimalını və seqmentdə fəaliyyət göstərən rəqiblərin strategiyalarının dəyişməsi və bu strategiyaların hansı istiqamətdə dəyişməsini, həmçinin istehsal texnologiyasının və ya proseslərinin, demoqrafik-sosial və iqtisadi mühitin və bu kimi digər amillərin dəyişmə meyllərini proqnozlaşdırmalıdırlar.

Download 2,99 Mb.
1   2   3   4




Download 2,99 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Tullantılar-kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalardır

Download 2,99 Mb.