|
Tullantılar-kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalardır
|
bet | 4/4 | Sana | 14.05.2024 | Hajmi | 2,99 Mb. | | #231255 |
Bog'liq Hədəf seqmentlərinin seçilməsi mexanizmiHədəf seqmentlərinin qiymətləndirilməsi prosesinin sonuncu - gözlənilən dəyişmə meyllərinin biznes-strategiyalara və tələb olunan resurslara təsirinin qiymətləndirilməsi mərhələsində baş verməsi ehtimal olunan dəyişikliklərin müəssisənin biznes strategiyalarına və bu strategiyalarının realizasiyası üçün tələb olunan resurslara təsiri öyrənilir, hər bir seqmentin potensialı və onlara xidmət göstərilməsi üçün zəruri olan resursların mövcudluğu nəzərə alınmaqla bəzi seqmentlərin hədəf seqmenti kimi seçilməsinə, bəzi seqmentlərə ayrılan resursların ixtisar edilməsinə, bəzi seqmentlərdə fəaliyyətin dayandırılmasına dair qərarlar qəbul edilir. .
Şübhəsizdir ki, müəssisə üçün ən arzu edilən hədəf seqmentləri “bazarın cəlbediciliyi/rəqabət mövqeyi” matrisinin a) həm bazarın cəlbediciliyinin, həm də müəssisənin rəqabət mövqeyinin yüksək
olduğu və b) bu göstəricilərdən birinin yüksək, digərinin isə orta səviyyədə qiymətləndirildiyi kvadratda yerləşən seqmentlər, yəni matrisin
yuxarı sol güncündə yerləşən seqmentlərdir.
Təmərküzləşmiş marketinq strategiyasından və ya bazar sığınacağı strategiyasından, bir qayda olaraq, daha böyük, geniş bazar seqmentlərində fəaliyyət göstərən müəssisələrlə birbaşa rəqabətdən qaçmağa çalışan müəssisələr istifadə edirlər. Bu müəssisələr marketinq səylərinin və güclərinin həcminə görə böyük olmayan, lakin fərqli spesifik tələbatları olan məhdud sayda istehlakçılar seqmentində cəmləşdirilməsini, təmərküzləşməsini və həmin seqmentin və ya subseqmentin bütünlüklə və ya əksər hissəsinin ələ keçirilməsini nəzərdə tutur.
Bu strategiyadan, adətən, öz məhsulun unikallığına və uğuruna əmin olan, nou-hau tətbiq edən firmalar istifadə edirlər. Bu strategiyanın digər bir üstünlüyü diferensiallaşdırılmış marketinq strategiyası ilə müqayisədə az resurs tələb etməsidir. Lakin bu tip seqmentlərin mənfəətlilik səviyyəsi kifayət qədər yüksək olduğundan onlar iri rəqiblər üçün də cəlbedici ola bilər. Belə olan halda bu seqmentlərdə fəaliyyət göstərən müəssisələrin diversifikasiya imkanları olmadığı və ya çox zəif olduğu halda onların rəqiblərin kəskin təzyiqləri ilə üzləşmə ehtimalı yüksəkdir. Bu səbəbdən də bu strategiyanın tətbiqi xeyli risklidir, hətta müəssisənin iri rəqiblər tərəfindən sxışdırılıb bazardan çıxarılmasına gətirib çıxara bilər.
Ədəbiyyat
1. Azərbaycanın Statistik Göstəriciləri 2005, AzərbaycanRespublikasının Dövlət Statistika Komitəsi, Bakı Səda, 2005
2. Kotler F., Marketinqin əsasları, Bakı Ergün. 1993
3. Lamben J. J. Bazar yönümlü menecment. Strareji və əməliyyat marketinqi, Bakı 2008
4. Məmmədov A. T. Marketinqin əsasları, Bakı, 2007
5. Məmmədov X., Mirzəyev S. Marketinqin əsasları, Bakı, QAPPPOLİQRAF, 2001,
Diqqətiniz üçün təşəkkürlər.
|
| |