Maddə 7. Elektron imzanın korporativ informasiya sistemində istifadəsi




Download 155 Kb.
bet6/32
Sana25.03.2017
Hajmi155 Kb.
#2283
1   2   3   4   5   6   7   8   9   ...   32
Maddə 7. Elektron imzanın korporativ informasiya sistemində istifadəsi
7.1 Korporativ informasiya sistemində elektron imzanın istifadə edilməsi sisteminin daxili normativ sənədləri və ya iştirakçılar arasındakı müqavilə ilə tənzimlənir.

7.2 Korporativ informasiya sisteminin daxili normativ sənədlərində və ya iştirakçıları arasındakı müqavilədə imzanı istifadə edən şəxslərin hüquq və vəzifələri, habelə imzanın istifadə qaydalarına riayət edilməməsi nəticəsində iştirakçılara vurulmuş zərərin tənzimlənməsi barədə müddəalar nəzərdə tutulmalıdır.

7.3 Korporativ informasiya sisteminə xidmət edən Mərkəzlər sistemin mülkiyyətçisinin qərarı və ya iştirakçıların razılaşması əsasında formalaşdırılır.

7.4 Korporativ informasiya sisteminə xidmət edən Mərkəzlərin fəaliyyəti, sertifikatların tərkibi, sertifikat xidmətlərinin göstərilməsi, sertifikat reyestrinin aparılması, sertifikatların saxlanılması qaydaları sistemin daxili normativ sənədləri ilə tənzimlənir.

7.5 Korporativ informasiya sisteminin sertifikat xidməti mərkəzi sistemdənkənar informasiya sisteminin istifadəçilərinə xidmət göstərdikdə Mərkəz bu Qanunda nəzərdə tutulmuş müddəalara uyğun olmalı və fəaliyyət göstərməlidir.



Download 155 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   32




Download 155 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Maddə 7. Elektron imzanın korporativ informasiya sistemində istifadəsi

Download 155 Kb.