III FƏSİL Sertifikat xidmətləri, sertifikatlaşdırma




Download 155 Kb.
bet7/32
Sana25.03.2017
Hajmi155 Kb.
#2283
1   2   3   4   5   6   7   8   9   10   ...   32
III FƏSİL

Sertifikat xidmətləri, sertifikatlaşdırma
Maddə 8. Elektron imza xidmətlərinin subyektləri
Elektron imzadan istifadə zamanı imza sahibi, sertifikat xidmətləri mərkəzi və ya akkreditə edilmiş mərkəz və müvafiq icra hakimiyyəti orqanı arasında yaranmış hüquqi münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Qanuna və tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq tənzimlənir.
Maddə 9. Sertifikat xidmətləri mərkəzinin qeydiyyata alınması və akkreditə edilməsi
9.1 Mərkəz Azərbaycan Respublikasında fəaliyyətə başlamazdan 30 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və qeydiyyatdan keçməlidir.

9.2 Məlumatda Mərkəz kimi fəaliyyət göstərməyə iddiaçı şəxsin ünvanı, hüquqi statusu, maliyyə, texniki, kadr imkanları və fəaliyyətinin xüsusiyyətləri göstərilməlidir. Hüquqi şəxs bu məlumatlara dövlət qeydiyyatı şəhadətnaməsi və nizamnaməsinin surətini, fiziki şəxs isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti barədə sənədləri əlavə etməlidir. Təqdim edilən sənədlərin siyahısı qeydiyyat qaydaları ilə müəyyən edilir.

9.3 Müvafiq icra hakimiyyəti orqanı 30 gün müddətində Mərkəzin təqdim etdiyi sənədləri yoxlayaraq Mərkəzin qeydiyyatı barədə qərar qəbul edir.

9.4 Təkmil sertifikat xidmətləri göstərmək üçün Mərkəz müvafiq icra hakimiyyəti orqanında akkreditədən keçir və ona təkmil sertifikat verilir.

9.5 Akkreditə edilmiş mərkəzlərin sayına məhdudiyyət qoyulmur.

9.6 Mərkəz fəaliyyətə yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikat xidmətləri mərkəzləri reyestrinə qeydiyyat məlumatlarının daxil edilməsindən sonra başlaya bilər.

9.7 Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hallarda Mərkəzin qeydiyyata almaqdan imtina edə bilər:

9.7.1 iddiaçı şəxs bu Qanunun tələblərinə uyğun olmadıqda;

9.7.2 təqdim edilmiş məlumat və sənədlər bu Qanunun tələblərinə uyğun olmadıqda;

9.7.3 iddiaçı şəxs yanlış məlumatlar təqdim etdikdə;

9.7.4 informasiya sisteminin təhlükəsizliyinin auditinin nəticələrinə əsasən iddiaçı şəxsin Mərkəz kimi fəaliyyət göstərməsi mümkün sayılmadıqda;

9.7.5 iddiaçı şəxsin sertifikatlaşdırma və ya vaxt göstəricilərinin qeydiyyatı barədə nəzərdə tutduğu fəaliyyətin bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə uyğun olmadıqda;

9.7.6 iddiaçı şəxsin dövlətə vergi borcu olduqda;

9.7.7 Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

9.8 Mərkəzin qeydiyyatı və akkreditə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.



Download 155 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Download 155 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



III FƏSİL Sertifikat xidmətləri, sertifikatlaşdırma

Download 155 Kb.